Fransa Tayvandakı seçkilərin nəticələrini alqışlasa da, "vahid Çin" prinsipinə də sadiqdir
Fransa Çin Respublikası – Tayvanda keçirilmiş seçkilərin nəticələrini alqışlayıb və "vahid Çin" prinsipi əsasında ada ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Sənəddə Tayvanın "Fransanın vacib tərəfdaşı" olduğu qeyd olunub.
"Bu seçkilərdən sonra ada ilə əlaqələr bizim "vahid Çin" siyasətinə uyğun olaraq genişləndirilməyə davam edəcək", – xarici siyasət idarəsinin kommünikesində diqqətə çatdırılıb. Qeyd olunub ki, seçkilər "Tayvan vətəndaşlarının demokratik dəyərlər, qanunun aliliyi və insan haqlarına dərin bağlılığını" nümayiş etdirib.
Xatırladaq ki, yanvarın 13-də Tayvanda keçirilmiş "prezident və parlament seçkiləri" keçirilib. Adanın yeni lideri postuna mübarizədə Demokratik Tərəqqi Partiyasının nümayəndəsi Lay Sinde qalib olub. 2020-ci ildən ölkəsinin vitse-prezidenti olmuş Sinde səslərin 40,05 %-ni toplayıb.
Rəsmi Pekin Tayvan məsələsinin Çinin daxili işi olduğunu və adanın onu parçası olduğunu xatırladıb.
Azərbaycan XİN "vahid Çin" siyasətini dəstəkləyərək Tayvandakı seçkiləri tanımadığını açıqlayıb.
Daha öncə "The Economist" Çinin seçkiqabağı Tayvan əhalisinin ABŞ-nin onların ən böyük təhdidi olduğunu düşünməsini istəməsinə dair məqalə dərc etmişdi.
Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.
1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-nin o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb.
Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 605 Tarix: 14 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233