Yeni qaydaların tətbiqi taksi fəaliyyətinə necə təsir edəcək? - AÇIQLAMA

Yeni qaydaların tətbiqi taksi fəaliyyətinə necə təsir edəcək? - AÇIQLAMASon günlər sosial mediada və gündəlik həyatımızda müzakirə olunan əsas mövzulardan biri də taksi fəaliyyəti sahəsində qüvvəyə minən yeni tələblərdir.

Yeni tələblərə əsasən, taksi fəaliyyəti ilə məşğul olan şəxslər özlərinə buraxılış vəsiqəsi, istifadələrində olan nəqliyyat vasitəsinə buraxılış kartı almalıdırlar. Buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün də müəyyən tələblər var ki, taksi sürücüləri fəaliyyətlərinə davam etmək üçün bu tələbləri yerinə yetirməlidirlər. Bunlardan ən əsası sürücülərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkil etdiyi sürücülük təlimlərində iştirak edib sertifikat alması, digəri isə istismar etdikləri avtomobillərin saz vəziyyətdə olmasıdır. Əks halda sürücü taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək. Doğrudur, bu tələblərin yanvarın 1-dən qüvvədə olacağı gözlənilsə də, hələlik qaydaların tam gücü ilə tətbiq olunmadığı göz qabağındadır. Bunun müəyyən obyektiv və subyektiv səbəbləri var.

Bu gün taksilərdən nəqliyyat növü kimi istifadə edən sərnişinlərin də, taksi sürücülərinin də əsas müzakirə mövzusu bu məzmundadır - Taksi fəaliyyəti ilə bağlı tələblər tam gücü ilə işə düşəndən sonra taksi bazarındakı vəziyyət necə olacaq? Taksi qiymətləri yenidən qalxa bilərmi?

Bu məsələ ilə bağlı Oxu.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksi qiymətlərinin artacağını gözləmir.

"Taksi ilə bağlı tələblər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib. Tələb ondan ibarətdir ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs, həm özünə, həm də istismar etdiyi avtomobilinə icazə vərəqəsi almalı olacaq. Bu, onlayn qaydada AYNA tərəfindən veriləcək. Sadəcə müəyyən nüanslar var ki, qurum tərəfindən həll edildikdən sonra, düşünürəm ki, yaxın zamanlarda, həmin o tələb tətbiq olunacaq və taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlar mütləq qaydada həmin icazə vərəqlərini almalı olacaqlar.

Qeyd etmək lazımdır ki, taksi qiymətlərinin formalaşması, müxtəlif amillərə bağlıdır. Bunlar amortizasiya xərcləri, yanacağa sərf olunan xərclər, taksi fəaliyyətinin olduğu şəhərdə ictimai nəqliyyatın qiymətidir. Taksi qiymətləri tarifi, hətta ilin mövsümlərinə görə də dəyişir - qışda bir, yayda başqa qiymətə, gecə başqa, gündüz başqa qiymətə ola bilir, hava şəraiti dəyişəndə - məsələn, güclü külək əsəndə, yağış, qar yağanda - fərqli qiymətə ola bilir və s. Yəni qiymətin dəyişmə amilləri özü özlüyündə çoxdur. Ona görə düşünürəm ki, bu tələblər tətbiq olunmağa başlayandan sonra da kəskin qiymət artımı deyə bir şey olmayacaq.

Əslində, bu gün bizdə taksi tarifləri heç də ucuz deyil, sadəcə əlçatandır. Bu gün taksi qiymətləri bir kilometrə görə, yüksəkdir. Çünki 2023-cü ilin yayında taksi şirkətləri sövdələşərək taksi qiymətlərinin minimumunu 1,50 manatdan 2,50 manata qaldırdılar. Əslində, bu artım qeyri-qanuni sayıla bilər.

Burada bir məqam da var - taksi şirkətlərinin təklif etdiyi əksər nəqliyyat vasitələri ekonom sinif nəqliyyat vasitələridir. Əgər digər sinif (komfort, lüks və s.) nəqliyyat vasitələri ilə xidmət göstərərlərsə, məlumdur ki, qiymət tam fərqli olur. Beynəlxalq taksi şirkətləri də taksi qiymətlərini məhz bu şəkildə təyin edirlər", - deyə E.Cəfərov bildirib.
Ekspert hesab edir ki, taksilərin sayının kəskin azalacağını düşünmür və hesab edir ki, taksilərin sayı azaldıqca, müəyyən bir balans yaranacaq, əvəzində ictimai nəqliyyatın sayı artacaq.

"Düşünmürəm ki, taksiyə tələb artandan sonra taksilərin sayı kəskin azalsın. Düzdür, tələblər tam şəkildə icra olunandan sonra taksi sayında müəyyən azalmalar olacaq. Bu da o deməkdir ki, lazım olan tələblərə cavab verməyənlər yavaş-yavaş bu sahədən uzaqlaşmalı olacaqlar.

"Taksinin sayı azaldıqca ictimai nəqliyyatın balansı pozulacaq" məsələsinə gəlincə, hesab edirəm ki, taksinin sayı azaldıqca ictimai nəqliyyatın sayı artacaq və mütləq bir balans yaranacaq. Xırdalasaq - əgər taksi sayı azalırsa, avtobus sayı artacaq, yeni marşrutlara ehtiyac olacaq, marşrutların optimallaşdırılması prosesi gedəcək, metroda intervalların azaldılması və yeni qatarların gətirilməsinin təmin edilməsi üzərində iş aparılacaq. Bir sözlə, ictimai nəqliyyatın keyfiyyəti yüksəlmədən taksilərin kütləvi şəkildə azaldılması baş verməyəcək.

Doğrudur, qayda qüvvəyə minib amma hələ də bu qaydalara uyğun gəlməyən insanlar taksi fəaliyyəti ilə məşğul olurlar, həmçinin yararsız avtomobillər də var. Onlar hələ ona görə qalıblar ki, indiki halda qeydiyyatdan keçmə və müvafiq vərəqə alma məsələsi qalıb. Zənnimcə, o vərəqələrin verilməməsinin əsas səbəblərindən biri dövlət tərəfindən texniki parametrlərin təsdiq olunmaması ola bilər. Həmin parametrlər təsdiqləndikdən sonra icazə vərəqələri veriləcək. Amma biləsiniz ki, bu proses çox uzun çəkməyəcək. Bir daha vurğulamaq istərdim ki, taksi fəaliyyəti üçün istismar olunan köhnə avtomobillərin yığışdırılması real görünür, çünki icazə vərəqəsi almaq üçün tələbin həm də nəqliyyat vasitəsinə olması o deməkdir ki, həmin tələblərə uyğun gəlməyən nəqliyyat vasitəsi taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək", - deyə ekspert vurğulayıb.

Ekspert hesab edir ki, bütün bu proseslər uzun görünsə də, bu ilin birinci yarısı həll olunacaq, gələn ilə qalmayacaq.

"Cəmiyyətdə belə bir yanlış fikir var ki, taksi ilə bağlı icazə vərəqələri qaldı. Heç kim buna görə cərimə olunmayacaq. Bu, heç də belə deyil. Yanvar ayının birində bu baş vermədisə, ola bilər, elə yanvar ayının sonunda, uzağı fevralın ortasında bu proses olsun.

Sonda fürsətdən istifadə edib, sürücülərin bir daha diqqətinə çatdırmaq istəyərdim ki, mütləq qaydada AYNA-nın təşkil etdiyi sürücülük təlimlərində iştirak edib sertifikat alsınlar və mütləq qaydada hazır olsunlar ki, icazə vərəqələrini ala bilsinlər. Nəzərə alsınlar ki, əgər taksi fəaliyyəti göstərmək istəyirlərsə, istismar etdikləri avtomobilləri saz vəziyyətdə saxlamalı, özləri təcrübəli olmalı, qanunlara ciddi riayət etməlidirlər. Ən önəmlisi yaddan çıxarmasınlar - bütün bu proseslər cari ilin birinci yarısı olacaq, gələn ilə qalmayacaq", - deyə E.Cəfərov fikrini yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 895   Tarix: 13 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiya almaq istəyənlərin DİQQƏTİNƏ: HƏR KƏS BUNU BİLMİR...

Minlərlə Azərbaycan vətəndaşı müxtəlif ölkələrdə rəsmi şəkildə çalışaraq sosial sığorta haqları ödəyir. Bəs həmin ölkələrdə qazanılan əmək stajı Azərbaycanda pensiya təyin edilərkən nəzərə alınırmı?. Mövzu ilə bağlı -a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssisi Asif İbrahimov bildirib ki

00:15 276
.

Şalva Papuaşvili: Elektrik sisteminin ardıcıl dayanması qeyri-adi hadisədir, bütün detallar araşdırılmalıdır

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə iyulun 24 və 25-də baş vermiş genişmiqyaslı elektrik kəsintilərinin bütün detallarının araşdırılmasının vacib olduğunu bildirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin elektrik kəsintilər

12:00 134
.

Ukrayna ABŞ lisenziyası ilə "Patriot" istehsalında Yaponiyanın dəstəyinə ümid edir

Ukrayna Yaponiyanın Özünümüdafiə Qüvvələri üçün ələkeçirici raketlər istehsal edən Yaponiyanın "Mitsubishi Heavy Industries Ltd." şirkətinin təcrübəsinə arxalanaraq, ABŞ lisenziyası ilə "Patriot" hava hücumundan müdafiə sistemlərinin istehsalında Yaponiyanın dəstəyinə ümid edir. "Report"

10:30 160
.

Azərbaycanda MƏŞHUR HƏBSXANA RƏİSİ vəfat etdi - FOTO

Uzun illər ədliyyə orqanlarında çalışmış Elxan Sadıqov vəfat edib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, təqaüddə olan ədliyyə polkovniki ötən gün 73 yaşında dünyasını dəyişib. Qeyd edək ki, E.Sadıqov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müxtəlif vəzifələrdə çalışıb. 20 il

25.07.2026 299
.

Donald Tramp zirehli jileti niyə geyinmədiyini AÇIQLADI

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp qoruyucu zirehli jiletin onu xarici görünüşcə daha kök göstərdiyini bildirərək, bu vəziyyətdən gileylənib. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbulunda çıxış edib. "Bir ço

25.07.2026 236
.

Xətaidə evyaran üç nəfər SAXLANILDI

Bakı şəhəri, Xətai rayonunda evdən oğurluq edənlər saxlanılıblar. -ın əldə etdiyi məlumata görə, Xətai rayonunda yerləşən evlərin birindən 9 500 manat nağd pul və qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Quliyev, R.Qurbano

15:40 0
.

12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO

Şəmkirdə 12 yaşlı qızın bacısı tərəfindən öldürülməsi ilə bağlı yeni təfərrüat məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, araşdırma zamanı məlum olub ki, yeniyetməyə üç bıçaq zərbəsi vurulub. 12 yaşlı Əfsanə Novruzovanıт bacısı, 16 yaşlı Səma Rəhimova aralarında yaranmış mübahisə zamanı onu kəsic

01:39 534
.

İlk dəfə "amansız isti gün" XƏBƏRDARLIĞI ELAN ETDİLƏR

Yaponiya rekord səviyyəyə çatan isti hava dalğası ilə mübarizə aparır. Ölkədə temperaturun 40 dərəcəni keçməsindən sonra meteoroloqlar yeni tətbiq edilən "amansız isti gün" xəbərdarlığını ilk dəfə elan ediblər. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yaponiya Meteorologiy

25.07.2026 218
.

Fond: Yüksək faizli qorunmayan əmanətlər birbaşa risk yaratmır

Yüksək faizli qorunmayan əmanətlər Əmanətlərin Sığortalanması Fondu üçün birbaşa risk yaratmır. "Report" xəbər verir ki, bunu Fondun Sığorta və risklərin idarə edilməsi departamentinin Maliyyə bazarlarının təhlili vərisklərin modelləşdirilməsi şöbəsinin müdiri Lalə Cəfərli Milli Mətbuat Gün

15:10 0
.

TOP MP3