Sibel Can bəstəkarımızın mahnısını oğurladı: Ailəsi müğənnidən təzminat alacaq? - VİDEO
Türkiyəli müğənni Sibel Canın öz mahnısı kimi oxuduğu "Tamam o zaman" bəstəsi plagiat çıxıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, sözügedən bəstə aranjeman edilərək qismən dəyişdirilsə də, azərbaycanlı bəstəkar Tahir Əkbərin "Gülüb getdi" mahnısının plagiatıdır.
Qeyd edək ki, Tahir Əkbər "Gülüb getdi"ni 1987-ci ildə bəstələyib. Sibel Can isə bundan 28 il sonra Ayman Bahqat Amar və Tamer Alinin bəstələdiyi deyilən həmin ifanı səsləndirib.
Maraqlıdır, mərhum bəstəkar Tahir Əkbərin ailəsi Sibel Candan təzminat alacaqmı?
Mərhum bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər Bizim.Media-ya açıqlamasında heç bir quruma müraciət etmək fikrində olmadıqlarını deyib:
"Həmin mahnını dinlədim, bütün nəqarət hissəsi oğurlanıb. Heç bir quruma müraciət etmək fikrində deyiləm. Bilirəm ki, şikayət etsək belə, Müəllif Hüquqları Agentliyindən heç bir reaksiya olmayacaq. Ona görə ki, bundan əvvəl də türkiyəli kanon ifaçısı Halil Karadumanın "Rüyalarda buluşuruz" mahnısı Tahir Əkbərin "Əzizim" bəstəsinin notbanot plagiatı idi.
Tahir müəllim "Əzizim" mahnısını 1989-cu ildə ərsəyə gətirib və Nisə Qasımova onu ifa edib. Tahir müəllim hələ sağ idi, bu məsələ ilə bağlı hətta Türkiyə səfirliyi ilə görüşdü, notlarını göstərdi, səfirin həyat yoldaşı Məltəm xanım öz ölkəsinə zəng etdi ki, türk xalqına dələduzluq etmək olmaz. Bununla bağlı Müəllif Hüquqları Agentliyinə də müraciət etdik, lakin heç kim reaksiya vermədi. Üstəlik bizə deyildi ki, Azərbaycanda bu mahnı Tahir Əkbərin adına olsun, Türkiyədə də onların…"
Aybəniz Əkbər qeyd edib ki, Tahir Əkbər sıradan bəstəkar olmayıb, Azərbaycanı bir neçə dəfə xaricdə təmsil edib:
"2008-ci ildə Briliant Dadaşovanın ifasında Tahir Əkbərin "Amin" bəstəsi qızıl diskə salınıb. Avropanın 20 ölkəsində səslənib. Bundan başqa, onun "El oğlu, hay ver" əsəri Şanxayda keçirilən yarışmada 30 ölkə içində Azərbaycana birincilik gətirib. Kim harada istəyir, Tahir müəllimin əsərlərindən istifadə edir və az qala deyirlər ki, "biz yazmışıq".
Qeyd etdiyim kimi, Sibel Canın mahnısının Tahir Əkbərin bəstəsinin plagiatlığı ilə bağlı heç bir quruma müraciət etmək istəmirəm. Tahir Əkbər beyin əməliyyatı keçirmişdi və əsəbdən öldü. Mənim bir qızım var və tez ölmək istəmirəm".
Məsələ ilə bağlı Müəllif Hüquqları Agentliyinə də müraciət etdik. Qurumdan hələ ki sorğumuza cavab verilməyib./BAKU.WS
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1446 Tarix: 12 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.Əsgərova 2 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilib. Məlum olub ki, Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birində
26.10.2026 269 "Ev almaq əlçatmaz olub"
Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn
26.10.2026 215 Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız
26.10.2026 250 BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda
Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub
26.10.2026 238 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur
26.10.2026 234 "Sülh sazişi tək kağız üzərində olmamalıdır"
"Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır". "Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması"
26.10.2026 238 İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi
26.10.2026 270 Kim Kardaşyan ilk dəfə Luis Hamiltonla münasibətlərindən açıq DANIŞDI
46 yaşlı ulduz yarış sürücüsünün ideal kişi üçün bütün tələblərinə cavab verdiyini etiraf edib. 46 yaşlı Kim Kardaşyan ilk dəfə "Formula-1" pilotu 41 yaşlı Luis Hamiltonla münasibətləri barədə açıq danışıb. Ulduz şəxsi həyatının təfərrüatlarını "Kardaşyan ailəsi" realiti şousunu
26.10.2026 246 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi
Prezident İlham Əliyev Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbə
26.10.2026 273