Xalq artisti Rasim Balayev: "Nə olsun ki, Aygün Bəyləri Suraxanıda dəfn ediblər"

Xalq artisti Rasim Balayev: "Nə olsun ki, Aygün Bəyləri Suraxanıda dəfn ediblər"Azərbaycanın Əməkdar artisti Aygün Bəylər (Hümmətova) 3 gün öncə dəfn olundu.

Mərhumun Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılması isə müzakirəsiz ötüşmədi. Bəziləri onun Fəxri Xiyabanda dəfn edilməsinin daha düzgün olacağını, bunun haqsızlıq olduğunu iddia etdi.

Məsələ ilə bağlı Yenisabah.az-a Xalq artisti Rasim Balayev danışıb. Aktyor sənətkarın ölümündən təsirləndiyini bildirib. O, dəfn yerinin heç bir məna kəsb etmədiyi qənaətində olduğunu deyib:

"Aygün Bəylər dünyasını dəyişdi, Allah rəhmət eləsin. Onu Suraxanı qəbiristanlığında, Yasamal qəbiristanlığında, yoxsa Fəxri Xiyabanda dəfn etdilər nə fərqi var?! Bir dəfə bu mövzu müzakirə olunanda rəhmətlik Xalq artisti Eldəniz Zeynalov yarızarafatla çox gözəl cavab vermişdi. Demişdilər ki, filankəsi Qanlı gölün yaxınlığında dəfn ediblər, aktyor da cavab vermişdi ki, "Hə, oranın havası yaxşıdır".

Bütün bunlar mənasız söz-söhbətlərdir. Aygün Bəylərə heyf oldu, o gözəl sənətkar idi. Bu da Allahın yazısı idi, düzdür, adam pis olur ki, yaşı çox deyildi, amma nə etmək olar, hərənin bir taleyi, alın yazısı var. Aygün Bəylərin istedadı, özünəməxsus oxu tərzi vardı. O, şou-biznesdəki hər kəsdən fərqlənirdi. Allah ona rəhmət eləsin, harada dəfn olunmağının nə fərqi var. Əvvəldən sanki "qanun" qoyublar ki, məşhurlar mütləq birinci, ikinci Fəxri Xiyabanda dəfn edilməlidir. İslam dinində belə şey yoxdur. Hətta bizim qoydurduğumuz dəbdəbəli başdaşları, heykəllər, şəkillər də dinimizdə yoxdur. İslam dininə görə balaca bir daş qoyulmalıdır və bir nəsil keçəndən sonra qəbir yeri itməlidir. Qəbir zamanla itməlidir. İndi qəbirə kəhkəşanlar qoşurlar, böyük heykəllər ucaldırlar. Bunlar hamısı mənasız şeylərdir. Həyatdır, sabah nə olacağını bilmək olmur, kimin ağlına gələrdi ki, Leninin ucaldılan bütün heykəlləri söküləcək?"

Rasim Balayev Aygün Bəylərin dəfn mərasimində iştirak etməməsinin səbəbini də açıqlayıb:

"Bir az xəstəyəm deyə Aygünün dəfn mərasimində iştirak edə bilmədim. Yoxsa mütləq onu son mənzilə yola salmağa gedəcəkdim. Çünki ona çox böyük hörmətim olub. Heç o özü bilmirdi ki, mənim ona nə qədər sevgim, hörmətim var. Hər zaman kənardan onu dinləmişəm, görmüşəm ki, bu xanımda çox böyük istedad var. Əsas odur ki, o, yaxşı sənətkar kimi ad qoyub getdi. Vallah, onun dəfn yeri önəmli deyil, onun yeri insanların qəlbidir. Daim də yeri ora olacaq. Uzun illər keçəcək, amma onun avazı gələndə hər kəs üzünü görməsə belə, biləcək ki, oxuyan Aygün Bəylərdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1746   Tarix: 12 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...

Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.Əsgərova 2 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilib. Məlum olub ki, Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birində

26.10.2026 269
.

"Ev almaq əlçatmaz olub"

Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn

26.10.2026 215
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26.10.2026 250
.

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub

26.10.2026 238
.

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur

26.10.2026 234
.

"Sülh sazişi tək kağız üzərində olmamalıdır"

"Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır". "Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması"

26.10.2026 238
.

İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi

26.10.2026 270
.

Kim Kardaşyan ilk dəfə Luis Hamiltonla münasibətlərindən açıq DANIŞDI

46 yaşlı ulduz yarış sürücüsünün ideal kişi üçün bütün tələblərinə cavab verdiyini etiraf edib. 46 yaşlı Kim Kardaşyan ilk dəfə "Formula-1" pilotu 41 yaşlı Luis Hamiltonla münasibətləri barədə açıq danışıb. Ulduz şəxsi həyatının təfərrüatlarını "Kardaşyan ailəsi" realiti şousunu

26.10.2026 246
.

Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi

Prezident İlham Əliyev Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbə

26.10.2026 273
.