Hərbçilərin istefaya göndərilməsinin səbəbi nə ilə bağlıdır? - AÇIQLAMA

Hərbçilərin istefaya göndərilməsinin səbəbi nə ilə bağlıdır? - AÇIQLAMAXəbər verdiyimiz kimi, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Hərbçilərin istefaya göndərilməsinin səbəbi nə ilə bağlıdır.

Məsələ ilə hərbi ekspert Elxan Şıxəliyev Sonxeber.az-a açıqlama verib:

"Strateji səviyyədə vəzifə tutan şəxslərin təyinatını müdafiə nazirinin təqdimatına əsasən Ali Baş Komandan həyata keçirir. Rotasiyaların həyata keçirilməsi və yerdəyişmələrin, operativ-strateji vəzifə tutan müdafiə nazirlərinin quruluş və komandanlığının, birlik komandirlərinin təyinatı planlıda həyata keçirilə bilər. Bu indiki mərhələdə yüksək vəzifə tutan zabitlərin kənarlaşdırılması rotasiya qaydasında baş tutan məsələdir. Adətən komandanlar, birlik komandirləri, müdafiə nazirinin müavinləri plan üzrə dəyişdirilə bilirlər. Düşünürəm ki, təyinatlarda uğurlu təyinatlardır. Xüsusilə quru qoşunları komandanına xüsusi təyinatlı qüvvələrin komandanının təyin olunması silahlı qüvvələrinin quru qoşunlarında xidmət edən heyətlərin döyüş hazırlığını yüksək səviyyəyə qaldıracaq".

Ekspert bildirib ki, Vətən müharibəsi qəhrəmanı general-leytenant Hikmət Mirzəyevin zabitlik və generallıq xüsusiyyətlərini Azərbaycanda bilməyən şəxs yoxdur:

"Xüsusilə quru qoşunları komandanlığına təyinatı çox uğurlu təyinatdır. Çünki avtomatik olaraq həmin şəxs müdafiə nazirinin müavini statusuna malik olur. Digər vəzifələrindən təxris olunanlar isə yaş həddinin bitməsinə görə ehtiyata buraxıblar. Bu da normal haldır. Gənc nəsil zabit heyəti yetişir. Ən azından operativ-strateji səviyyədə 30-35 il xidmət keçmiş zabitlərin ehtiyata buraxılmasıda normal hesab olunmalıdır. Çünki yaş və xidmət həddinin bitməsindən sonrakı mərhələdə onların yenilənməsi, yeni zabit kadrların yetişdirilməsi və yerini tutması həyata keçirilməlidir. Hesab edirəm ki, yeni təyinatlarımız uğurlu olacaq. Çünki 44 günlük müharibə və antiterror tədbirlərində kifayət qədər həm müharibə , həm də hərbi xidmət təcrübəsi olan zabit və generallarımız var".

Elxan Şıxəliyevin sözlərinə görə, vəzifədən çıxarılanlar Azərbaycan Silahlı Qüvvələrinə ən azından 30-35 il xidmət vermiş şəxslərdir:

"Yaşları təxris müddəti həddinə çatıblar. Həm də hərbi xidmət keçmənin 20 illik müddətini doldurmuş şəxslərdir. Bu məsələnin sırf, hər hansı bir səbəb üzərindən həyata keçirilməsini qiymətləndirilməsi doğru olmazdı. Həqiqətən generallar və zabitlər hər hansı bir səbəbdən vəzifədən çıxarılması məsələsi olsaydı, onlara cinayət işi qaldırılmalı və xidmət zamanı buraxdığı səhvlərə görə xüsusi qaydada araşdırmalar təyin olunmalı idi. Bunu ictimaiyyətdə bilməli idi. Ona görə biz artıq bundan sonra Türkiyə-Azərbaycan silahlı qüvvələrini Türkiyənin mini modelinə keçidi üzərindən artıq belə rotasiyaların xüsusən də yeni vəzifələrə yeni təyinatların olacağını tez-tez gözləməliyik. Buna kadr potensialımız da imkan verir. Hərbi vəzifələrdə yeni çağırışlar yaranıb. Xüsusən komandanlar, müdafiə nazirinin müavinləri, birlik komandirlərinə kimlərin təyin olunması çox önəm kəsb edir".

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2318   Tarix: 12 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...

Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.Əsgərova 2 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilib. Məlum olub ki, Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birində

26.10.2026 269
.

"Ev almaq əlçatmaz olub"

Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn

26.10.2026 215
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26.10.2026 250
.

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub

26.10.2026 238
.

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur

26.10.2026 234
.

"Sülh sazişi tək kağız üzərində olmamalıdır"

"Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır". "Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması"

26.10.2026 238
.

İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi

26.10.2026 270
.

Kim Kardaşyan ilk dəfə Luis Hamiltonla münasibətlərindən açıq DANIŞDI

46 yaşlı ulduz yarış sürücüsünün ideal kişi üçün bütün tələblərinə cavab verdiyini etiraf edib. 46 yaşlı Kim Kardaşyan ilk dəfə "Formula-1" pilotu 41 yaşlı Luis Hamiltonla münasibətləri barədə açıq danışıb. Ulduz şəxsi həyatının təfərrüatlarını "Kardaşyan ailəsi" realiti şousunu

26.10.2026 246
.

Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi

Prezident İlham Əliyev Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbə

26.10.2026 273
.