Yüksək vəzifəyə təyin olunan general Hikmət Mirzəyev - DOSYE

Yüksək vəzifəyə təyin olunan general Hikmət Mirzəyev - DOSYEXüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.

General-leytenant Ənvər Əfəndiyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.

Oxu.Az xatırladır ki, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət İzzət oğlu Mirzəyev Biləsuvarda anadan olub.

O, Birinci Qarabağ müharibəsində xüsusi təyinatlı taborun tərkibində döyüşüb.

Hikmət Mirzəyev ulu öndər Heydər Əliyevin prezident olduğu illərdə "polkovnik-leytenant" rütbəsini daşıyıb. Ona "polkovnik" rütbəsini də məhz Heydər Əliyev təqdim edib.

Hikmət Mirzəyev 2002-ci ilin 19 yanvarında Heydər Əliyevin imzaladığı sərəncamla "general-mayor" hərbi rütbəsini alıb.

Hikmət Mirzəyev 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Cəbrayılın və Şuşanın azad edilməsi əməliyyatlarına başçılıq edib.

Prezident İlham Əliyevin 2020-ci ilin oktyabrın 17-də imzaladığı sərəncamla Hikmət Mirzəyevə "general-leytenant" hərbi rütbəsi verilib.

Hikmət Mirzəyev adını tarixə Şuşa fatehi kimi yazdırıb.

Şuşa işğaldan azad olan gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hikmət Mirzəyevə zəng edib.

Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.

Onu da bildirək ki, 2016-cı ilin aprel döyüşlərində torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında iştirak ediblər.

Təltifləri:

1 yanvar 1994-cü ildə "Azərbaycan Bayrağı", 24 iyun 2015-ci ildə "Vətənə xidmətə görə" 3-cü dərəcəli, 7 noyabr 2023-cü ildə "Qarabağ" ordeni ilə təltif olunub.

"Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medallara layiq görülüb.

26 iyun 2001-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley, 24 iyun 2003-cü ildə "İgidliyə görə", 21 iyun 2007-ci ildə "Vətən uğrunda", 26 iyun 2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley, 26 iyun 2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, 26 iyun 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley, 9 dekabr 2020-ci ildə "Vətən Müharibəsi Qəhrəmanı", 24 dekabr 2020-ci ildə "Cəbrayılın azad olunmasına görə", 25 dekabr 2020-ci ildə "Füzulinin azad olunmasına görə", 29 dekabr 2020-ci ildə "Qubadlının azad olunmasına görə", 29 dekabr 2020-ci ildə "Şuşanın azad olunmasına görə", 29 dekabr 2020-ci ildə Kəlbəcərin azad olunmasına görə", 24 iyun 2021-ci ildə "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2573   Tarix: 12 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...

Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.Əsgərova 2 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilib. Məlum olub ki, Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birində

26.10.2026 269
.

"Ev almaq əlçatmaz olub"

Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn

26.10.2026 215
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26.10.2026 250
.

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub

26.10.2026 238
.

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur

26.10.2026 234
.

"Sülh sazişi tək kağız üzərində olmamalıdır"

"Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır". "Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması"

26.10.2026 238
.

İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi

26.10.2026 270
.

Kim Kardaşyan ilk dəfə Luis Hamiltonla münasibətlərindən açıq DANIŞDI

46 yaşlı ulduz yarış sürücüsünün ideal kişi üçün bütün tələblərinə cavab verdiyini etiraf edib. 46 yaşlı Kim Kardaşyan ilk dəfə "Formula-1" pilotu 41 yaşlı Luis Hamiltonla münasibətləri barədə açıq danışıb. Ulduz şəxsi həyatının təfərrüatlarını "Kardaşyan ailəsi" realiti şousunu

26.10.2026 246
.

Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi

Prezident İlham Əliyev Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbə

26.10.2026 273
.