SON DƏQİQƏ: Perinatal Mərkəzinin 3 rəhbər şəxsinə cinayət işi AÇILDI

SON DƏQİQƏ: Perinatal Mərkəzinin 3 rəhbər şəxsinə cinayət işi AÇILDI"Respublika Perinatal Mərkəzi" Publik Hüquqi Şəxsində baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

BiG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Xəbər verildiyi kimi yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İlkin istintaq tədbirləri nəticəsində tibb müəssisəsinin 3 vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib.

Belə ki, toplanmış sübutlarla Mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, istintaqla Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaları nəticəsində müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə edilməsi, habelə istismara yararsız olan və qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, bundan başqa çoxsaylı tibbi avadanlıqların elektrik xəttlərinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə xəstələrin müalicə alındığı palatalarda yerləşdirilməsi və istismarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunanlar nəticəsində infant inkubator körpə küvezi və yeni doğulmuş körpələrin müalicəsi üçün nəzərdə tutulmuş digər tibbi avadanlıqlarından təhlükəli şəkildə və standartlara uyğun olmadan istifadə edilmiş, yanğın xəbərdarlığı vasitələri işlək vəziyyətdə olmamış, elektrik xətlərində baş vermiş normadan artıq yüklənmədən törəyən yanğın otağa yayılmış, bununla da, 4 körpə ölmüş və müəssisəyə ciddi əmlak ziyanı dəyib.

İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilmişdir.

Hazırda təqsirləndirilən şəxslərin digər qanunazidd əməllərinin, iş üzrə qanun pozuntularına yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, habelə bu kimi yanğının baş verməsinin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1223   Tarix: 10 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayıb, görüş əsnasında Azərbaycanla Niderlan

26.10.2026 236
.

"Evlənmək üçün vaxtımız yoxdur"

Türkiyəli aktrisa Hazal Subaşı sevgilisi, müğənni Oğuzhan Koçla bağlı sualları cavablanıdırıb. Axşam.az xəbər verir ki, aktrisa evlilik planlarını işləri səbəbindən ertələdiklərini deyib:. "Evlənmək üçün vaxtımız yoxdur, məşğuluq. Vaxtı planlaşdırmaq vacibdir, axı bu, bir mərasimdir. O, çox çalışır

26.10.2026 218
.

Avropada açıq Wi-Fi, Azərbaycanda şifrə: Fərqin səbəbi nədir?

Xarici ölkələrdə parklar, kafelər, restoranlar və digər ictimai məkanlarda pulsuz Wi-Fi xidmətinə tez-tez rast gəlinir. Azərbaycanda isə bu xidmət bir çox məkanda şifrə ilə qorunur, bəzi hallarda internetə qoşulmaq üçün telefon nömrəsi təqdim etmək və ya SMS vasitəsilə təsdiqləmə kodu almaq tələb olunur

26.10.2026 297
.

800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...

Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.Əsgərova 2 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilib. Məlum olub ki, Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birində

26.10.2026 269
.

Kim Kardaşyan ilk dəfə Luis Hamiltonla münasibətlərindən açıq DANIŞDI

46 yaşlı ulduz yarış sürücüsünün ideal kişi üçün bütün tələblərinə cavab verdiyini etiraf edib. 46 yaşlı Kim Kardaşyan ilk dəfə "Formula-1" pilotu 41 yaşlı Luis Hamiltonla münasibətləri barədə açıq danışıb. Ulduz şəxsi həyatının təfərrüatlarını "Kardaşyan ailəsi" realiti şousunu

26.10.2026 246
.

İranın təhsil sisteminin qaranlıq üzü: Repressiyalar, həbslər, boğulan azadlıqlar - TƏHLİL

İranda qadın və qızların təhsil hüquqlarının məhdudlaşdırılması, məcburi hicab qaydalarının sərtləşdirilməsi və universitetlərdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi ölkənin təhsil sisteminin acı reallıqlarıdır. Qadınların geyimlərinə və ictimai mövqelərinə görə təzyiqlərə məruz qalması, bəzi hallard

26.10.2026 203
.

İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət

26.10.2026 225
.

"Survivor" iştirakçısı Gürcüstanda saxlanıldı

"Survivor" realiti şousu ilə tanınan peşəkar idmançı və məşqçi Hikmət Tuğsuz Gürcüstanda saxlanıldıqdan sonra Türkiyəyə gətirilib. xəbər verir ki, Tuğsuz 2025-ci il iyunun 17-dən İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub. O, 2026-cı il sentyabrın 25-də Gürcüstanda tutulub

26.10.2026 204
.

Rusiya minlərlə afrikalını müharibəyə göndərir

Rusiya Ukraynada verdiyi ağır itkiləri kompensasiya etmək və canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrikanın ən yoxsul ölkələrindən bəzilərində hərbi xidmətə cəlbetmə fəaliyyətini genişləndirir. xəbər verir ki, bu barədə "Blumberq" Ukrayna kəşfiyyatının hesabatına istinadl

26.10.2026 183
.