Paşinyan Yunanıstanın xarici işlər naziri ilə görüşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan Yunanıstanın xarici işlər naziri George Gerapetritis ilə görüşüb.
BiG.AZ xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Baş nazir Paşinyan salamlama nitqində deyib: "Hörmətli nazir, sizi və nümayəndə heyətinizi Ermənistan Respublikasına salamlayıram. Bu, bizim üçün çox mühüm səfərdir, çünki bizim qardaş və dost Yunanıstanla da kifayət qədər əhatəli gündəliyimiz var. İlk növbədə, Yunanıstanın Avropa İttifaqı və ümumilikdə beynəlxalq ictimaiyyətlə birlikdə bizə göstərdiyi dəstəyə görə sizə təşəkkür etmək istərdim.Əlbəttə ki, biz münasibətlərimizin həm ikitərəfli, həm də çoxtərəfli şəkildə inkişaf etdirilməsi potensialından tam istifadə edə bildiyimizi düşünmürük.Ümid edirəm ki, bu səfər nəticəsində biz həmin potensialdan istifadə səviyyəsini artıracağıq. Baş nazir Mitsotakisə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm. Ümid edirəm ki, yeni görüşlər keçirə biləcəyik. Düşünürəm ki, Qranadada çox mühüm söhbətimiz oldu və təbii ki, Yunanıstanla əlaqələrimizin dərinləşməsi bizim üçün çox vacibdir".
Yunanıstanın xarici işlər naziri öz növbəsində deyib:
"Cənab Baş nazir, burada olmaq və sizinlə şəxsən görüşmək mənim üçün müstəsna şərəfdir. Dostum və həmkarım xarici işlər naziri Mirzoyanla çox məhsuldar və konstruktiv görüş keçirdim. Bizim iki xalqımızı möhkəm tarixi bağlar birləşdirir və biz bu əlaqələri nəinki saxlamaq, hətta onları daha da inkişaf etdirmək istəyirik, çünki inanırıq ki, erməni xalqı təkcə bizim tərəfdaşımız deyil, həm də yaxın dostumuzdur.Bizim qardaşlıq münasibətlərimiz var. Cənab Baş nazir, mənim bura səfərim ikitərəfli münasibətlərimiz və ölkəmin baş nazirinin sizə hörmətlə yanaşması üçün güclü siqnaldır.Vurğulamaq istərdim ki, Yunanıstan hökuməti buna hazırdır. Həm Avropa İttifaqı ilə münasibətlərdə, həm də Ermənistanın Avropa ailəsinə inteqrasiyası üzrə dialoq çərçivəsində Ermənistanı bütün mümkün istiqamətlərdə dəstəkləmək istəyirik".
Paşinyan və Gerapetritis Ermənistan-Yunanıstan münasibətlərinin gələcək inkişafı və möhkəmləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. O cümlədən, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri, yeni birgə proqramların həyata keçirilməsi imkanları müzakirə edilib.
Görüşdə Cənubi Qafqazda baş verən proseslər, o cümlədən Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqların gedişi ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı da müzakirə olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 625 Tarix: 10 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNiderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayıb, görüş əsnasında Azərbaycanla Niderlan
26.10.2026 236 "Evlənmək üçün vaxtımız yoxdur"
Türkiyəli aktrisa Hazal Subaşı sevgilisi, müğənni Oğuzhan Koçla bağlı sualları cavablanıdırıb. Axşam.az xəbər verir ki, aktrisa evlilik planlarını işləri səbəbindən ertələdiklərini deyib:. "Evlənmək üçün vaxtımız yoxdur, məşğuluq. Vaxtı planlaşdırmaq vacibdir, axı bu, bir mərasimdir. O, çox çalışır
26.10.2026 218 Avropada açıq Wi-Fi, Azərbaycanda şifrə: Fərqin səbəbi nədir?
Xarici ölkələrdə parklar, kafelər, restoranlar və digər ictimai məkanlarda pulsuz Wi-Fi xidmətinə tez-tez rast gəlinir. Azərbaycanda isə bu xidmət bir çox məkanda şifrə ilə qorunur, bəzi hallarda internetə qoşulmaq üçün telefon nömrəsi təqdim etmək və ya SMS vasitəsilə təsdiqləmə kodu almaq tələb olunur
26.10.2026 297 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.Əsgərova 2 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilib. Məlum olub ki, Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birində
26.10.2026 269 Kim Kardaşyan ilk dəfə Luis Hamiltonla münasibətlərindən açıq DANIŞDI
46 yaşlı ulduz yarış sürücüsünün ideal kişi üçün bütün tələblərinə cavab verdiyini etiraf edib. 46 yaşlı Kim Kardaşyan ilk dəfə "Formula-1" pilotu 41 yaşlı Luis Hamiltonla münasibətləri barədə açıq danışıb. Ulduz şəxsi həyatının təfərrüatlarını "Kardaşyan ailəsi" realiti şousunu
26.10.2026 246 İranın təhsil sisteminin qaranlıq üzü: Repressiyalar, həbslər, boğulan azadlıqlar - TƏHLİL
İranda qadın və qızların təhsil hüquqlarının məhdudlaşdırılması, məcburi hicab qaydalarının sərtləşdirilməsi və universitetlərdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi ölkənin təhsil sisteminin acı reallıqlarıdır. Qadınların geyimlərinə və ictimai mövqelərinə görə təzyiqlərə məruz qalması, bəzi hallard
26.10.2026 203 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət
26.10.2026 225 "Survivor" iştirakçısı Gürcüstanda saxlanıldı
"Survivor" realiti şousu ilə tanınan peşəkar idmançı və məşqçi Hikmət Tuğsuz Gürcüstanda saxlanıldıqdan sonra Türkiyəyə gətirilib. xəbər verir ki, Tuğsuz 2025-ci il iyunun 17-dən İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub. O, 2026-cı il sentyabrın 25-də Gürcüstanda tutulub
26.10.2026 204 Rusiya minlərlə afrikalını müharibəyə göndərir
Rusiya Ukraynada verdiyi ağır itkiləri kompensasiya etmək və canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrikanın ən yoxsul ölkələrindən bəzilərində hərbi xidmətə cəlbetmə fəaliyyətini genişləndirir. xəbər verir ki, bu barədə "Blumberq" Ukrayna kəşfiyyatının hesabatına istinadl
26.10.2026 183