Dörd nəfərin ölümündə təqsirləndirilən "Qurtuluş 93"ün vəzifəli şəxsi barədə verilmiş yüngül qərar ləğv edildi
Novxanı-Sumqayıt yolunda "Range Rover"lə qəza törədərək dörd nəfərin ölümünə səbəb olan "Əlincə" futbol klubunun prezidenti Elşad Kəlbəliyevlə bağlı qərardan verilmiş kassasiya protestinə baxılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda prokuror etirazını əsaslandırıb.
Protestdə deyilib ki, məhkum Kəlbəliyev haqqında apellyasiya məhkəməsinin qərarı qanunauyğun olmayıb. Həmçinin təyin olunmuş cəza cinayətin ağırlığına münasibətdə yüngüldür. Həmin qərara əsasən, dörd nəfərin ölümünə səbəb olan iş adamının cəzası 8 ildən 5 ilə endirilib. Digər güzəşt isə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə qərar verilməsi olub.
Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, prokurorun etirazı əsaslı hesab edilməlidir. Qərara əsasən, E.Kəlbəliyev haqda yüngül qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, 2021-ci ildə E.Kəlbəliyevin sərxoş halda idarə etdiyi "Range Rover" markalı maşınla Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Daewoo" markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər.
Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib. Bundan sonra müdafiə tərəfi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayəti ilə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını tamamilə ləğv edərək işi geri qaytarıb. Bakı Apellyasiya Məhkəməsinin yeni qərarı ilə məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 5 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Kəlbəliyev "Qurtuluş 93" MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir. O, "Qurtuluş 93"də satış müdiri vəzifəsində çalışıb və "Əlincə" futbol klubunun prezidenti olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1045 Tarix: 09 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNiderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayıb, görüş əsnasında Azərbaycanla Niderlan
26.10.2026 236 "Evlənmək üçün vaxtımız yoxdur"
Türkiyəli aktrisa Hazal Subaşı sevgilisi, müğənni Oğuzhan Koçla bağlı sualları cavablanıdırıb. Axşam.az xəbər verir ki, aktrisa evlilik planlarını işləri səbəbindən ertələdiklərini deyib:. "Evlənmək üçün vaxtımız yoxdur, məşğuluq. Vaxtı planlaşdırmaq vacibdir, axı bu, bir mərasimdir. O, çox çalışır
26.10.2026 218 Avropada açıq Wi-Fi, Azərbaycanda şifrə: Fərqin səbəbi nədir?
Xarici ölkələrdə parklar, kafelər, restoranlar və digər ictimai məkanlarda pulsuz Wi-Fi xidmətinə tez-tez rast gəlinir. Azərbaycanda isə bu xidmət bir çox məkanda şifrə ilə qorunur, bəzi hallarda internetə qoşulmaq üçün telefon nömrəsi təqdim etmək və ya SMS vasitəsilə təsdiqləmə kodu almaq tələb olunur
26.10.2026 297 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.Əsgərova 2 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilib. Məlum olub ki, Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birində
26.10.2026 269 Kim Kardaşyan ilk dəfə Luis Hamiltonla münasibətlərindən açıq DANIŞDI
46 yaşlı ulduz yarış sürücüsünün ideal kişi üçün bütün tələblərinə cavab verdiyini etiraf edib. 46 yaşlı Kim Kardaşyan ilk dəfə "Formula-1" pilotu 41 yaşlı Luis Hamiltonla münasibətləri barədə açıq danışıb. Ulduz şəxsi həyatının təfərrüatlarını "Kardaşyan ailəsi" realiti şousunu
26.10.2026 246 İranın təhsil sisteminin qaranlıq üzü: Repressiyalar, həbslər, boğulan azadlıqlar - TƏHLİL
İranda qadın və qızların təhsil hüquqlarının məhdudlaşdırılması, məcburi hicab qaydalarının sərtləşdirilməsi və universitetlərdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi ölkənin təhsil sisteminin acı reallıqlarıdır. Qadınların geyimlərinə və ictimai mövqelərinə görə təzyiqlərə məruz qalması, bəzi hallard
26.10.2026 203 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət
26.10.2026 225 "Survivor" iştirakçısı Gürcüstanda saxlanıldı
"Survivor" realiti şousu ilə tanınan peşəkar idmançı və məşqçi Hikmət Tuğsuz Gürcüstanda saxlanıldıqdan sonra Türkiyəyə gətirilib. xəbər verir ki, Tuğsuz 2025-ci il iyunun 17-dən İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub. O, 2026-cı il sentyabrın 25-də Gürcüstanda tutulub
26.10.2026 204 Rusiya minlərlə afrikalını müharibəyə göndərir
Rusiya Ukraynada verdiyi ağır itkiləri kompensasiya etmək və canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrikanın ən yoxsul ölkələrindən bəzilərində hərbi xidmətə cəlbetmə fəaliyyətini genişləndirir. xəbər verir ki, bu barədə "Blumberq" Ukrayna kəşfiyyatının hesabatına istinadl
26.10.2026 183