Ölünün sinəsinə niyə güzgü qoyurlar? - Belə yaranıb
Demək olar ki bütün xalqların mifologiyasında güzgü təkcə məişət əşyası kimi yox, inanc predmeti kimi dəyərləndirilir. Türk dünyasında qız gəlin köçürülərkən onun önüncə güzgü aparılması (bəxt güzgüsü) yeni həyatın, yaranışın başlanğıcı anlamına gəlirsə, insan ölən zaman üzərinə güzgü qoyulması həyatın sonu anlamına gəlib.
Bəs güzgüyə niyə bu qədər ağır məna yüklənib, nə üçün müxtəlif xalqların adətinə görə, ölünün sinəsi üstünə güzgü qoyulur?
Lent.az " Belə yaranıb" rubrikasında bu barədə məlumat verir.
Hələ qədim zamanlardan güzgülərin mistik qüvvəyə malik olmasına inanılırdı. Sınıq güzgülər bədbəxtlik əlaməti sayılırdı. Qədim Roma inancına görə, güzgü sındırmaq 7 il bəlaya düçar olmaq anlamına gəlirdi. Sındırdıqları təqdirdə, güzgü parçalarını axar çayda yumalı və basdırmalı idilər. Azərbaycan xalqı da gəlinin bəxt güzgüsünün sınmasını bədbəxtlik işarəsi kimi qəbul edir.
İndidə dünyanın bir çox ölkələrində inanclara görə, evdə güzgünün harada yerləşməsini diqqətlə seçmək lazımdır. Belə ki, bolluq, rifah, aydınlıq simvolu olan aynaları qonşu ilə ortaq divara və yataq otağına asmaq doğru deyil. Qonşu ilə ortaq olan divara asılmış ayna onların mənfi enerjisini çəkə bilər. Yataq otağına isə asılacaqsa, onda onu elə yerləşdirin ki, çarpayı və orda yatan insanlar güzgüdə əks olunmasın. İnsan psixologiyasında bu əks təsir göstərə bilər. Əslində anlaşılandır. Yuxulu insan qaranlıqda qalxıb güzgüdə özünü görsə, qorxa bilər.
Keçək güzgünün meyitinin sinəsi üzərinə qoyulması faktına. Bunun birinci izahı tibblə bağlıdır.
Klinik ölüm zamanı bədən öz funksiyalarını tamamilə itirir, yalnız zəif tənəffüs funksiyası qorunur. Belə vəziyyətdə insanı asanlıqla ölmüş sayıb dəfn etmək olar. Keçmişdə həkimlər ölüm faktını təsdiq etmək üçün cənazənin ağzına güzgünü yaxınlaşdırırdılar. Əgər güzgünün üzəri tərləyirdisə, insanın hələ də nəfəs aldığını və ölmədiyini bilirdilər. Ola bilər ki, cənazənin üzərinə güzgü qoyulması ənənəsi də bununla bağlıdır.
İkinci inanc isə mistika ilə bağlıdır.
Bəzi inanclarda aynanın ruhların axirətə getməsini əngəllədiyinə, bəzi inanclarda isə aynanın ruhu özünə çəkib saxladığına inanılır. Bir çox türk xalqlarında bu inanc var. Bu İslamla yox, daha çox qədim dinlərlə və şamanizmlə əlaqəlidir. Yəhudi inancına görə, ölü dəfn edildikdən sonra 7 gün ərzində güzgüdən istifadə qadağandır. Evdə güzgünün üstü ya örtülməli, ya da güzgü divara tərs çevrilməlidir. Qədim romalılardan qalan bənzər adət indi də İtaliyada yaşadılmaqdadır. İtalyanlar ruhun maneələrə rast gəlmədən rahat səyahət edə bilməsi üçün mərhumun evindəki güzgüləri örtürdülər.
Deyilənə görə, şamanlar aynaya baxaraq gələcəyə gedər, öz ruhları özlərinə görünər, oradan xəbər verərdilər. Erlik Xan yanında güzgü gəzdirər, ona baxdıqca insanların ruhlarını görərmiş.
Bir sözlə güzgülər paralel dünya, paralel aləmə açılan yol kimi qiymətləndirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1655 Tarix: 09 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi
26.10.2026 270 Bakıda uşaq arabası ilə keçilməyən yollar - anaların BÖYÜK DƏRDİ
Bakıda körpəsini uşaq arabasına qoyub gəzintiyə çıxan ana bəzən istirahət etmək əvəzinə, əsl maneələr zolağından keçməli olur. Bir tərəfdə səkiləri zəbt edən avtomobillər, digər tərəfdə hündür bordürlər, pilləkənlər, dar keçidlər və yararsız panduslar. Şəhərdə adi gəzinti belə fiziki güc və səbir tələ
26.10.2026 197 "Sülh sazişi tək kağız üzərində olmamalıdır"
"Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır". "Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması"
26.10.2026 238 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qanuna əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıql
26.10.2026 248 Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb
Türkiyəli aktyor Kadir İnanırın vəfatından dörd ay keçməsinə baxmayaraq, onun mirası ətrafında mübahisələr səngimək bilmir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bütün əmlakını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət edib. Aktyorun bacısı oğlu Levent İnanır məsələ ilə bağlı açıqlamasınd
26.10.2026 224 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.Əsgərova 2 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilib. Məlum olub ki, Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birində
26.10.2026 269 "Ev almaq əlçatmaz olub"
Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn
26.10.2026 215 Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən -a bildirilib ki, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoj
26.10.2026 221 İranın təhsil sisteminin qaranlıq üzü: Repressiyalar, həbslər, boğulan azadlıqlar - TƏHLİL
İranda qadın və qızların təhsil hüquqlarının məhdudlaşdırılması, məcburi hicab qaydalarının sərtləşdirilməsi və universitetlərdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi ölkənin təhsil sisteminin acı reallıqlarıdır. Qadınların geyimlərinə və ictimai mövqelərinə görə təzyiqlərə məruz qalması, bəzi hallard
26.10.2026 203