Brüs Linin ölümünə səbəb olan sirr nə idi? - VİDEO

Brüs Linin ölümünə səbəb olan sirr nə idi? - VİDEOBaku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayı dünyaca məşhur aktyor və kunq-fu ustası Brüs Liyə həsr olunub.

Brüs Li 27 noyabr 1940-cı ildə San Fransiskoda anadan olub. O, varlı ailədə böyüyüb. Brüs Li elə doğulandan sonra filmlərdə rol almağa başlayır. O, ilk dəfə böyük ekrana üç aylıq olarkən çıxır. Maraqlı fakt ondan ibarətdir ki, ilk filmi "Qızıl qapılı qız"da Brüs Li körpə qız rolunu oynayır.

Brüs Amerikada olarkən müxtəlif serial və filmlərdə döyüşçü roluna dəvət alırdı. Sadəcə heç kim ona əsas rolları etibar etmirdi. 1971-ci ildə həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən böyük həvəslə qarşılanan, özünün baş rolda oynadığı "Böyük boss" filminin premyerası baş tutur. Qeyd etmək lazımdır ki, filmdəki bütün döyüş səhnələri Brüsün özü tərəfindən səhnələşdirilib.

Dünya şöhrəti qazanan Li ona daha da populyarlıq gətirən "Qəzəb yumruğu" və "Əjdahanın qayıdışı" filmlərində də rol aldı. 1972-ci ildə Brüs Li ölümündən bir həftə sonra böyük ekrana çıxacaq olan "Əjdahanın çıxışı" filmi üzərində işləyirdi. Bu, onun iştirakı ilə tamamlanan sonuncu film oldu. Linin rol almağa müvəffəq olduğu başqa ekran əsəri isə "Ölüm oyunu"dur. Onun premyerası 1978-ci ildə baş tutub.

Maraqlı fakt ondan ibarətdir ki, filmin son çəkilişləri aktyorun iştirakı olmadan baş tutub. Brüsün əvəzinə onun oxşarı oynayıb. Brüs Li 20 iyul 1973-cü ildə 32 yaşında vəfat edib.

Böyük döyüşçünün ölümü bütün dünya üçün şok oldu. Rəsmi versiyaya görə, onun ölümünə başağrısı həbi səbəb olub. Bununla belə, yarılma aparılsa da, müvafiq testlər edilməyib. Bu da Brüsün narkotik qəbulundan öldüyünə şübhələr yaradır. Tərəfdarları aktyorun belə bir absurd ölümünə inanmadılar.

Linin avropalılara və amerikalılara döyüş sənətini öyrətməsini istəməyən müəyyən bir döyüş sənətçisi tərəfindən öldürüldüyünə dair də versiya var.

Ətraflı Baku TV-nin süjetində:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1167   Tarix: 07 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru vəzifəsindən kənarlaşdırıldı

Roma Statutuna üzv dövlətlərin Assambleyası Nyu-Yorkda keçirilən xüsusi sessiyada seksual qısnamada ittiham olunan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xanı vəzifəsindən kənarlaşdırıb. xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki diplomatik mənbəyə istinadən məluma

18:50 105
.

Azərbaycan I yarımildə 4 milyon dollar dəyərində nar ixrac edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 99 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 , dəyər baxımından isə, 299 min dolla

10:45 175
.

İlham Əliyev Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən təbrik məktubunun mətnini təqdim edir:. "Hörmətli cənab Prezident,. Maldiv Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütü

11:31 183
.

Zelenski Rusiya ilə sülh sazişi imzalamağa hazırdır: "Hər şey Trampdan asılıdır"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün sülh sazişini ABŞ-də, Ağ Evin Oval kabinetində və ya Donald Trampın Mar-a-Laqo iqamətgahında imzalamağa hazır olduğunu bildirib. "Yevropeyska pravda"ya istinadən xəbər verir ki, Zelenski bu barədə amerikalı ultrasağçı bloqer və ABŞ Prezident

18:40 127
.

Misir və ABŞ Qəzzada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini sürətləndirmək istəyir

Misir və ABŞ Qəzza zolağında Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) yerləşdirilməsini sürətləndirmək istiqamətində regional tərəfdaşlarla birgə iş aparır. "Report"un "The Times of Israel"ə istinadən verdiyi məlumata görə, bu barədə Livanın "Al-Akhbar" qəzeti xəbər verir

15:00 151
.

12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO

Şəmkirdə 12 yaşlı qızın bacısı tərəfindən öldürülməsi ilə bağlı yeni təfərrüat məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, araşdırma zamanı məlum olub ki, yeniyetməyə üç bıçaq zərbəsi vurulub. 12 yaşlı Əfsanə Novruzovanıт bacısı, 16 yaşlı Səma Rəhimova aralarında yaranmış mübahisə zamanı onu kəsic

01:39 602
.

Boşanmaq istəyən arvadını yatdığı yerdə öldürdü

Türkiyədə 40 yaşlı qadını əri yatdığı yerdə öldürüb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Adana şəhərində gecə saat 1 radələrində Yüreğir rayonunun Kışla məhəlləsində qeydə alınıb. Məlumata görə, 40 yaşlı Hatice Mine Kocamaz əri H.K.-dan boşanmaq qərarı verib. Boşanmağa qarşı çıxan H.K. bütü

14:30 175
.

Rəsmi Vaşinqtondan Avropa İttifaqına sərt XƏBƏRDARLIQ

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) mallarına yüksək idxal rüsumlarının tətbiq ediləcəyini və ABŞ-nin texnologiya şirkətlərinə qarşı kəsilmiş cərimələrin ləğvinə nail olacağını bəyan edib. xəbər verir ki, Tramp bu barədə "Apple" şirkətinə tətbiq edilən cəriməni şərh edərkə

19:50 51
.

Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb: Xəsarət alanlar var - FOTO

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Qəza zamanı "Mercedes" markalı təcili tibbi yardım avtomobili ilə "Cherry" markalı avtomobil toqquşub. Nəticədə təcili tibbi yardım avtomobili aşıb. Təcili tibb

10:27 181
.

TOP MP3