"Mən heç kimin ailəsini dağıtmamışam"
Müğənni Aysel Əlizadə media nümayəndələri ilə görüşüb.
Axşam.az xəbər verir ki, sənətçi aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında yaşanan məhkəmə hadisəsindən danışıb. O bildirib ki, "Səni axtarıram" proqramında onunla bağlı xəbər yayılmazdan əvvəl ona zəng edilməyib və fikir soruşulmayıb:
"Nə mesaj, nə zəng olub. Verilişdə hadisələr yaşanandan, adım hallanandan və reytinq alınandan sonra mənə zəng gəldi. Mən də o zaman cavab vermədim. Mənə yaxşılıq etmək istəyən insan əvvəldən zəng vurardı. Əgər belə səhvə addım atmışamsa, çəkərdi kənara deyərdi, etmə, səhvdir. Haradasa köməklik etməyə çalışardı. Amma tam əksi oldu. Məhkəmədə heç vaxt iştirak etməmişəm. Vəkillər yer alıblar. Bir neçə prosessdən sonra Turanə xanımın da vəkili olmayıb, tək gəlib. Verilişdə deyilir, guya onun arxasında dayanılıb. Heç biri olmayıb. Mən həmin vaxt "Xəzər" telekanalının rəhbərliyini də (həmin ərəfədə telekanalın rəhbəri Şamxal Həsəni - red.) məhkəməyə vermişdim. Rəhbərlik dəyişəndən sonra (hazırda telekanalın rəhbəri Xalq artisti Murad Dadaşovdur - red.) şikayətimi geri götürdüm".
Aysel bildirib ki, adı eşq iddialarında hallanan iş adamı Elçininin həyat yoldaşı Turanə Nəcəfli məhkəməyə vəkilsiz qatılıb:
"Bu xanım 2 ildir boşanıb və sonra gedib verilişə. Boşanmağın səbəbkarı mən idimsə, yəqin o şəxslə ailə qurardım, indi övladım olardı. Mən kiminsə ailəsinin dağılmasına səbəb olmamışam. Bu, mülk üzərində qurulmuş məsələdir. Orada deyilir uşaqlar bahalı məktəblərdə oxuyur. Uşaqlar elə bahalı məktəbdə indi də oxuyur. Ortada biri reytinq, digəri ev qazandı. Mənim adım ortada getdi. Adıma söz çıxartdılar ki, mənim dayım hakim olub və yardım edib. Əgər arxamda kimsə olsaydı bu mövzu bu gün efirdə olmazdı. Mənim dayımın hakim olduğu məhkəmədə Xoşqədəm Hidayətqızı Nazilə Səfərliyə qalib gəldi. Dayım olsaydı, arxamda kimsə dayansaydı, məsələ 4 il uzanmazdı".
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri Elçin Nəcəfovla münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı "Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm..." kimi fikirlər səsləndirib.
Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın dediklərini şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb. İddia 4 il ərzində müxtəlif instansiya məhkəmələrində mübahisələndirilib, bu günlərdə isə Ali Məhkəmədə yekun qərar çıxarılıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 2 min manat təzminat ödəməlidir. O, eyni zamanda üzr istəməli və dediklərini təkzib etməlidir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207 AzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970 Özcan Dəniz hakim qarşısına çıxdı
Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət
16.09.2021 1271 Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb
Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır
16.09.2021 2690 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949 Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR
Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib
18.09.2021 5899 Serenaya görə Umutu sildi
Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is
17.09.2021 2293 Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870 Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR
Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:
16.09.2021 4042