Nə üçün "Anadan əmdiyi süd burnundan gəlmək" deyirik? – Belə yaranıb
Yəqin ki, "Anasından əmdiyi süd burnundan gəldi" deyimini eşitmisiniz. Bəs bu ifadənin necə yarandığını bilirsiniz?
Lent.az "Belə yaranıb" rubrikasında bu ifadənin dəhşətli yaranma tarixi barədə məlumat verir.
Osmanlı İmperiyasında 1389-cu ildən başlayan 1603-cü ilə qədər 214 il fasiləsiz və sistemli şəkildə taxta çıxan Sultanlar özlərinə rəqib ola biləcək şahzadələrin ölümünə fərman verirdilər. Bu 214 il Osmanlı tarixində rüsvayçılıq illəri kimi yadda qalıb. Bu qətllərdən ən ağırını isə Sultan III Mehmet törətmişdi. 29 yaşında taxta çıxan III Mehmet (1595-1603) taxta çıxdığı günün gecəsi 19 bacı-qardaşının boğulub öldürülməsini əmr edib. Öldürülən şahzadələrin 4 –ü yeniyetmə, qalanları çox balaca idi. Hadisə o qədər vəhşi olub ki, hətta şahzadələri boğmağa gedən cəlladların belə ağladığı deyilir.
Şahzadələrdən biri südəmər yaşda imiş və cəlladlar onu boğmağa gələndə anası onu əmizdirirdi. Cəlladlar körpə şahzadəni boğub öldürəndə uşağın əmdiyi süd burnundan tökülür. Bu hadisə dildən-dilə düşür. Sonralar zalımlıqla cəzalandırılan məsum adamların haqqında "Anadan əmdiyi süd burnundan gəldi" ifadəsi işlədilməyə başlayır. Bu uşaqların anaları və arvadları da eyni vəhşiliklə öldürülüb. Yavaşlaya bilməyən III Mehmet öz oğlu Şahzadə Muratı boğub öldürdür. III Mehmet 1603-cü ildə 37 yaşında piylənmənin yaratdığı problemlərə görə vəfat etdi. Onun yerinə 13 yaşlı oğlu I Ahmet keçdi. Həmin gün keçirilən beyət mərasimindən sonra keçirilən dəfn mərasimində o vaxt cəmi 13 yaşı olan Sultan I Ahmet iştirak etməyib.
"19 qardaşını və bir oğlunu taxt uğrunda öldürən adam mənim atam olsa belə, qatildir. Mən qatilin cənazə namazını qılmayacağam",- deyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1108 Tarix: 25 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEkspert İrana səsləndi: "Dini həssaslıqlardan siyasi məqsədlərlə istifadə edilməməlidir"
İran rəsmilərinin Azərbaycanda vahid məktəbli formasının tətbiqini hicaba qarşı addım kimi təqdim etməsi dini həssaslıqlar üzərindən ictimai rəyə təsir göstərmək və Azərbaycanın daxili siyasətini müzakirə predmetinə çevirmək cəhdi kimi qiymətləndirilir. Bu fikirləri "Səs" qəzetinin baş redaktoru
15:07 130 Mirsaleh Seyidov vəzifəsindən azad olundu
Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M. Seyidov bu vəzifəni 2023-cü ildən icra edirdi
13:16 235 Çin səmasında qeyri-adi optik effekt müşahidə edildi
Çində "Uzun Yürüş-6A" raketinin buraxılışından sonra səmada "kosmik meduza" kimi tanınan optik effekt müşahidə edilib. xəbər verir ki, Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının məlumatına görə, raket ölkənin şimalında yerləşən Şansi əyalətindəki Tayyuan Peyk Buraxılış Mərkəzində
11:20 182 Ev alarkən bu səhvlərə yol verməyin - Əmlak eksperti açıqladı
"Uzunmüddətli investisiya baxımından bina seçərkən yalnız mənzilin ilkin alış qiymətinə deyil, əmlakın gələcək bazar dəyərinə, likvidliyinə, icarə potensialına və istismar xərclərinə kompleks yanaşmaq lazımdır". Bu sözləri BİG.AZ-a açıqlamasında əmlak eksperti Fərid Cəfərli bildirib. O qey
10:49 199 İnsanlar niyə gecə daha çox düşünür?
Gecə yatağa uzananda gün ərzində ağlımıza belə gəlməyən hadisələri xatırlayır, keçmiş söhbətləri təkrar-təkrar düşünür və gələcəklə bağlı narahatlıqlar yaşayırıq. Bəzən hətta illər əvvəl baş vermiş bir hadisə belə gecənin sakitliyində yenidən gözümüzün önünə gəlir. Bəs bunun səbəbi nədir?. Gün ərzind
13:55 144 Çimərlikdə turistə hücum edən şəxs saxlanılıb
ABŞ-da çimərlikdə turistə cinsi təcavüz etməyə çalışan kişinin qarşısını ətrafdakılar alıb. xəbər verir ki, WFLA hadisənin təfərrüatlarını yayıb. Cinayətdə şübhəli bilinən 50 yaşlı Maykl Cekson oktyabrın 21-də, çərşənbə günü həbs edilib. Florida ştatının Pinellas dairəsinin şerif idarəsinin məlumatın
11:05 180 35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video
Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri
26.10.2026 480 "Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız"
"İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib. Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırlada
11:12 196 İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi
Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü
11:26 188