İranda Rusiyanı xəyanətdə ittiham etdilər - VİDEO
Rusiya-Ərəb Əməkdaşlıq Forumunun yekun sənədi İranda siyasi ehtirasları əməlli-başlı coşdurub və rəsmi Tehranın özünə strateji müttəfiq bildiyi, o cümlədən Ukrayna ilə müharibədə öz dronları ilə ciddi dəstək verdiyi Rusiya əleyhinə müxtəlif ittihamların səslənməsinə səbəb olub.
Belə ki, dekabrın 20-də Mərakeş krallığında Rusiya-ərəb əməkdaşlıq forumunun Xarici İşlər nazirləri səviyyəsində 6-cı iclası keçirilib və həmin iclasda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da iştirak və çıxış edib.
Forumun sonunda yekun bəyannamə qəbul olunub, həmin sənəddə Fələstin, Suriya, Liviya, Yəmən, Sudan, Ukrayna, terrorçuluqla mübarizə və sair kimi regional və beynəlxalq məsələlərlə yanaşı, İran ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mübahisəli ərazi sayılan üç ada - Böyük Tomb, Kiçik Tomb və Əbu Musa mövzusu ayrıca bənddə əksini tapıb.
Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə deyilib.
Məlumata görə, həmin bənd İran siyasi elitasını özündən çıxarıb. Belə ki, altında Rusiyanın da imzası olan sənəddə həm İranın mövqeyinin əksinə olaraq, Fars körfəzindəki sözügedən adaların mübahisəli ərazi olduğu təsdiqlənib, həm də həmin mübahisənin dinc yolla, danışıqlar vasitəsilə həllinə, eləcə də BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət əsasında həllinə dəstək ifadə olunub.
Adalar məsələsində Rusiyanın belə mövqe tutması ilk dəfə olmasa da, məsələ İran siyasi dairələrində, mətbuatda və sosial şəbəkələrdə qızğın müzakirə obyektinə çevrilib, Moskva İranın ərazi bütövlüyünü sual altına almaqda, Tehranla müttəfiqlik münasibətlərinə xəyanət etməkdə ittiham olunub.
Ən kəskin mövqeyi isə rəsmi "Keyhan" və yarımrəsmi "Cümhuri-ye islami" qəzetləri sərgiləyib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 625 Tarix: 24 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı
Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad
15:30 170 "Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız"
"İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib. Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırlada
11:12 208 Prezident ailəsi ilə sərgidə - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Mənim Abşeronum: Üstə gəl"
16:57 107 "HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
14:03 179 İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi
Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü
11:26 194 Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edildi (RƏSMİ)
Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə BİG.AZ-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmd
10:20 196 Azərbaycanda cəza sistemi dəyişdirilməlidir? - Hüquqşünasdan AÇIQLAMA
"Azərbaycanda kontinental, yəni roman-german hüquq sistemi tətbiq olunur. Ancaq həm anqlo-sakson, həm də roman-german hüquq sistemlərində cinayət təqibi prosesi tarixən bir neçə mərhələdən keçib. Hazırda dünyada tətbiq olunan cəza sistemi həm vurulmuş zərərin ödənilməsinə, həm də sosial ədaləti
13:48 198 Zahid Oruc:"Sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü…"
Təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişikliyi özündə ehtiva edir. Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiy
12:45 289 Dəyişdirməyin vaxtı gəldi: payız üçün 5 ideal ətir
Ağ müşk notlarına malik ətirlər populyarlığını qoruyub saxlayır. Müşk tərkibli ətirlər mövsümdən və moda tendensiyalarından asılı olmayaraq universal seçim hesab edilir. xəbər verir ki, payız mövsümündə xüsusilə isti, zərif və rahatlıq hissi yaradan ətirlərə üstünlük verilir. Ağ müşk notları təmiz dəri
1