"Qarabağ"ın prezidenti: "MOİK qalib gəlsəydi, üzülməyəcəkdim"
"Qarabağ"ın prezidenti Tahir Gözəl Xankəndidə MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
"Report" xəbər verir ki, funksioner ilk olaraq qarşılaşma haqqında fikirlərini bölüşüb:
"MOİK möhtəşəm çıxış etdi. Onları alqışlamaq lazımdır. Əsgərlərin qələbə ruhunu futbolçularında gördük. Onlarla qürur duydum. "Qarabağ" prezidenti kimi deyirəm, MOİK qalib gəlsəydi, inanın üzülməyəcəkdim. Yenə də, halal olsun deyəcəkdim. Çünki alınlarının təri ilə böyük mübarizə apardılar. Sadəcə, qismət bizə imiş. Hər komanda qalib gəlmək istəyirdi".
- Bura dünəndən gəlmisiz. Şuşa və Xankəndidə də olmusuz. Şəhərlərimizlə bağlı təəssüratınız necədir?
- Bura ilk dəfədir gəlirəm. Dahah əvvəl klubla Ağdama getmişdim. Buraları gecəm piyada gəzmişəm. Çox qeyri-adi duyğudur. Allah qoysa, gələcək nəsillər bu mənəviyyatı, gözəlliyi öz ürəklərində daşısınlar. Buraları geri qaytarmaq, buralara gəlmək... Böyük fədakarlığın nəticəsində buralara gəlib çatmışıq. Ona görə böyük qürur, sevinc hissi var. Çox gözəl yerlərdir. Bütün Qarabağı tək-tək ziyarət etmək istəyirəm.
- Avropa klublarını burada qonaq etməyi düşünürsüz?
- Cənab Prezident matçdan əvvəl, "İmarət"in tezliklə inşa ediləcəyi haqda xoş xəbər verdi. Allah qoysa, Avropa komandalarını orada qəbul edəcəyik. Avropa klublarına mesajım budur ki: ən böyük klublar illərdir avrokuboklarda oynayırlar, amma son illərin ən gözəl sürprizi "Qarabağ"dır. Azərbaycan futbolunda tarix yazıb. Onların heç gözləmədiyi cəsarətdə, imanda klub qarşılarına çıxır. Biz Avropada həmişə sürpriz edəcəyik.
- "Qarabağ" yenidən Xankəndinə səfər edə bilər?
- AFFA ilə bərabər bura gəlməyə həmişə hazırıq. "Qarabağ" infrastrukturu və hər şeyi ilə artıq Bakıda yerləşən klubdur. Amma "İmarət" stadionu tikiləndə, şərait normal olanda, əbləttə ki, ən gözəl oyunlarımızı, ilin ən baxımlı, maraqlı matçlarını burada keçirməkdən şərəf duyarıq.
- Avropa Liqasında "Braqa" ilə qarşılaşacaqsınız. Bu haqda fikriniz necədir?
- Potensial rəqiblər arasında Çempionlar Liqasında çempion olmağı qarşısına hədəf qoymuş "Milan" kimi klublar var idi. Hesab edirəm ki, "Braqa"ya qarşı oyunlarımız ağır olacaq. Amma bizim qarşımıza çıxmasını arzu etdiyimiz üç klubdan biri onlar idi. Portuqaliyanın möhtəşəm mədəniyyəti, tarixi var. Qarşımızda hörmətli, dərin klub dayanıb. Bir şeyi də unutmayaq ki, "Braqa"nın büdcəsi bizdən çox böyükdür. Amma "Qarabağ" "Bayer"ə qarşı göstərdiyi mübarizəni orada göstərsə, məncə, çox böyük şansımız var.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1019 Tarix: 21 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRonaldu Portuqaliya millisindən uzaqlaşdırıldı
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən
10.10.2026 574 FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto
Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır
20.10.2026 549 İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24.10.2026 333 Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd
22.10.2026 593 Azərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11.10.2026 564 Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldü
26 yaşlı meksikalı boksçu Arturo Torres sonuncu döyüşünün ardından komaya düşüb və bir həftə belə keçmədən dünyasını dəyişib. xəbər verir ki, bu barədə "Supreme Boxing" promouter şirkəti məlumat yayıb. Qeyd olunur ki, sentyabrın 19-da Mexikali şəhərində Torres öz həmyerlisi Xilberto Qarsiy
26.09.2026 426 Batrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18.10.2026 538 ACF rəsmisi: "Azərbaycanda müasir idman infrastrukturunun yaradılması üzrə mühüm işlər görülüb"
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə müasir idman infrastrukturunun yaradılması, idmançıların dəstəklənməsi və mötəbər beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi istiqamətində mühüm işlər görülüb. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasını
03.10.2026 455 Millətlər Liqası: Türkiyə İtaliya ilə üz-üzə gələcək
UEFA Millətlər Liqasında qrup mərhələsində II turun növbəti oyunları bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, A, B və C qruplarında ümumilikdə səkkiz matç baş tutacaq. A Liqasının 1-ci qrupunda Türkiyə millisi İtaliya seçməsini qəbul edəcək. Fransa isə Belçikanın qonağı olacaq. UEFA Millətlə
28.09.2026 416