Cəlilabadda ağır qəza: Ölən və xəsarət alan şəxslərin adları AÇIQLANDI - VİDEO
Köhnə Ələt-Astara yolunun 125-ci kilometrliyində, Cəlilabadın Alar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Biləsuvar istiqamətindən hərəkət edən "VAZ-2107" markalı minik avtomobili qarşıdan gələn "Mitsubishi" markalı maşınla toqquşub.
Çiskinli hava şəraitində baş verən qəzada "VAZ-2107"də olan sürücü və dörd sərnişin, eləcə də digər avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıblar.
Qəza nəticəsində 36 yaşlı Ülkər Səmədova, 59 yaşlı Zemfira Ağayeva, 37 yaşlı Rəşad Rzayev, 30 yaşlı Şövqi Qasımlı və Mehrac Qəhrəmanov xəsarət alıblar. Digər sərnişin Biləsuvarın Xırmandalı kənd sakini, 32 yaşlı Xosrov Cəfərli isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralılardan biri Reanimasiya şöbəsinə yerləşdirilib, birinin isə əməliyyatı davam edir. Digər üç xəstənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Mehrac Qəhrəmanov Bakı şəhərində yerləşən xəstəxanalardan birinə təxliyə edilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.
Baş vermiş qəza ilə bağlı hadisə yerində ilkin araşdırmalar aparılıb. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 805 Tarix: 14 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBələdiyyə sənədi evə çıxarış almaq üçün kifayətdirmi?
Bələdiyyə sənədi əsasında inşa edilmiş fərdi yaşayış evinə çıxarış almaq üçün ilk növbədə torpaq sahəsinin qanuni ayrılıb-ayrılmadığı, təqdim olunan sənədlərin hüquqi qüvvəsi və evin tikinti normalarına uyğunluğu araşdırılmalıdır. İlk mərhələdə vətəndaşın əlində olan bələdiyyə qərarı, torpaq sahəsini
27.10.2026 288 Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
Banan tərkibindəki yüksək kalium miqdarı sayəsində qan təzyiqinə müsbət təsir göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, bu meyvənin faydası insanın sağlamlıq vəziyyətindən və orqanizmin fərdi ehtiyaclarından asılıdır. xarici mediaya istinadən xəbər verir ki, bir orta ölçülü bananın tərkibind
27.10.2026 266 Prezident qonaqlarla görüşdü - Video
Xəbər verdiyimiz kimi, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. Tədbirdə Prezident İlham Əliyev çıxış edib. "Qafqazinfo"nun Real TV-yə istinadən məlumatına görə, dövlət başçısı Forumun qonaqları il
27.10.2026 206 "HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
27.10.2026 246 Arda Mbappenin gözünü yolda qoydu
İspaniyanın "Real Madrid" klubunun "Barselona" üzərində 2:1 hesablı qələbəsindən sonra Kilian Mbappe ilə Arda Gülər arasında yaşanan səmimi anlar diqqət çəkib. -ın Türkiyə mediasına istinadən məlumatına görə, qarşılaşmadan sonra fransalı hücumçunun türkiyəli futbolçuya dəfələrlə səslənərə
27.10.2026 213 24 saatlıq paylaşımla sərvət qazanır - Aktrisanın reklam gəliri açıqlandı
Türkiyəli məşhur aktrisa Hande Erçelin sosial şəbəkələrdə reklam paylaşımlarından əldə etdiyi gəlir açıqlanıb. Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın "Instagram" hesabında 24 saat ərzində bir reklam hekayəsi üçün 500-700 min türk lirəsi (28 min manat) tələb etdiyi iddia olunub
27.10.2026 228 Hind kinosunda yeni romantik döyüş filmi - Baş rollarda Ahaan Panday və Sharvari
Hindistanın tanınmış kino şirkətlərindən olan "Yash Raj Films" yeni romantik döyüş filminin adını və nümayiş tarixini açıqlayıb. "Beparwah" adlanan filmdə Ahaan Panday və Sharvari baş rolları canlandıracaqlar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, filmin rejissoru Ali Abba
27.10.2026 330 Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
Türkiyəli məşhurların serial, reklam və səhnə fəaliyyətindən qazandıqları sərvət bəlli olub. Onlar milyonlarla lirəlik gəlirlərini daşınmaz əmlaka yatırırlar. Axşam.az xəbər verir ki, "Gel Konuşalım" proqramının məlumatına görə, aktrisa Məryəm Üzərli 320 milyon lirə (təxminən 11 milyon manat
27.10.2026 220 Hava dəyişəcək - Xəbərdarlıq
Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlı
27.10.2026 354