Məhkəmə Vüqar Səfərlinin əmlakları ilə bağlı qərar çıxardı
Ali Məhkəmədə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin ailə üzvləri və onunla birgə tutulmuş "Portos" MMC-nin direktoru Nadir Məmmədovun barəsindəki hökmdən verilən kassasiya şirkəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay və "Portos" MMC-nin direktoru Nadir Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum olunublar. Digər təqsirləndirilən - Telman Tahirov, Şahin İbrahimov və Ədalət Vəliyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.
Həmçinin hökmə əsasən, V.Səfərlinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kvadratmetr) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.
Bundan başqa, müsadirə edilənlər sırasında onun "Mercedes-Benz ML 350", "Volkswagen Touareg" və "Toyota Land Cruiser" markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192,8 kvadratmetrlik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kvadratmetrlik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kvadratmetrlik qeyri-yaşayış sahəsi də var.
Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Daha sonra V.Səfərli və ailə üzvləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.
Ali Məhkəmədə keçirilən prosesdə elan olunub ki, "Portos" MMC maraqlı şəxs kimi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə üz tutub. Lakin həmin şikayətin mümkünlüyü yoxlanılmayıb. Buna görə də iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb və müvafiq qərar çıxarılıb.
Xatırladaq ki, "Portos" MMC daha əvvəl Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun baldızı Gülər Vəliyevanın adına olub. Daha sonra şirkətə Nadir Məmmədov rəhbərlik edib. MMC "Jurnalistlər binası"nın tikintisində podratçı şirkət olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 649 Tarix: 14 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBələdiyyə sənədi evə çıxarış almaq üçün kifayətdirmi?
Bələdiyyə sənədi əsasında inşa edilmiş fərdi yaşayış evinə çıxarış almaq üçün ilk növbədə torpaq sahəsinin qanuni ayrılıb-ayrılmadığı, təqdim olunan sənədlərin hüquqi qüvvəsi və evin tikinti normalarına uyğunluğu araşdırılmalıdır. İlk mərhələdə vətəndaşın əlində olan bələdiyyə qərarı, torpaq sahəsini
27.10.2026 288 Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
Banan tərkibindəki yüksək kalium miqdarı sayəsində qan təzyiqinə müsbət təsir göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, bu meyvənin faydası insanın sağlamlıq vəziyyətindən və orqanizmin fərdi ehtiyaclarından asılıdır. xarici mediaya istinadən xəbər verir ki, bir orta ölçülü bananın tərkibind
27.10.2026 266 Prezident qonaqlarla görüşdü - Video
Xəbər verdiyimiz kimi, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. Tədbirdə Prezident İlham Əliyev çıxış edib. "Qafqazinfo"nun Real TV-yə istinadən məlumatına görə, dövlət başçısı Forumun qonaqları il
27.10.2026 206 "HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
27.10.2026 246 Arda Mbappenin gözünü yolda qoydu
İspaniyanın "Real Madrid" klubunun "Barselona" üzərində 2:1 hesablı qələbəsindən sonra Kilian Mbappe ilə Arda Gülər arasında yaşanan səmimi anlar diqqət çəkib. -ın Türkiyə mediasına istinadən məlumatına görə, qarşılaşmadan sonra fransalı hücumçunun türkiyəli futbolçuya dəfələrlə səslənərə
27.10.2026 213 24 saatlıq paylaşımla sərvət qazanır - Aktrisanın reklam gəliri açıqlandı
Türkiyəli məşhur aktrisa Hande Erçelin sosial şəbəkələrdə reklam paylaşımlarından əldə etdiyi gəlir açıqlanıb. Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın "Instagram" hesabında 24 saat ərzində bir reklam hekayəsi üçün 500-700 min türk lirəsi (28 min manat) tələb etdiyi iddia olunub
27.10.2026 228 Hind kinosunda yeni romantik döyüş filmi - Baş rollarda Ahaan Panday və Sharvari
Hindistanın tanınmış kino şirkətlərindən olan "Yash Raj Films" yeni romantik döyüş filminin adını və nümayiş tarixini açıqlayıb. "Beparwah" adlanan filmdə Ahaan Panday və Sharvari baş rolları canlandıracaqlar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, filmin rejissoru Ali Abba
27.10.2026 330 Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
Türkiyəli məşhurların serial, reklam və səhnə fəaliyyətindən qazandıqları sərvət bəlli olub. Onlar milyonlarla lirəlik gəlirlərini daşınmaz əmlaka yatırırlar. Axşam.az xəbər verir ki, "Gel Konuşalım" proqramının məlumatına görə, aktrisa Məryəm Üzərli 320 milyon lirə (təxminən 11 milyon manat
27.10.2026 220 Hava dəyişəcək - Xəbərdarlıq
Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlı
27.10.2026 354