Məktəblərin distant tədrisə keçməsi qızılcanın qarşısını ala bilər? - AÇIQLAMA
Son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub.
Hazırda virus əsasən uşaqlar, şagirdlər və tələbələr arasında yayılır. Belə ki, ötən aylarda Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən tədris müvəqqəti dayandırıldı.
Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.
Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında qızılcaya yoluxma halı aşkarlanıb.
Bakıda isə şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant təhsilə keçib.
Bəs, məktəblərin distant tədrisə keçməsi qızılcanın sürətlə yayılmasının qarşısını ala bilər?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Trend-in suallarını cavablandırarkən bildirib ki, hazırda mövsümi xəstəliklərin, virusların yayıldığını nəzərə alsaq, tədris prosesində məsafəyə ehtiyac var.
"Təkcə bizim təhsil sistemində 1,6 milyon şagird var. Hər hansı bir yoluxma faktı digər insanlar arasında sürətlə yayılmaya yol aça bilər.
Burada, həmçinin, iki amil də var: Birincisi orta ümumtəhsil məktəblərində tibbi xidmətlərin göstərilməsindəki problemlər, ikincisi isə məktəbə gedən şagirdlərin hər hansı formada müayinəyə cəlb edilməməsidir. Bu amillər yoluxma sayına təsir göstərir.
Qızılcaya yoluxma halları müşahidə edilən məktəblərdə dərslər mütləq şəkildə ən azı 14 gün onlayn formada olmalıdır. Dərs prosesinin ənənəvi formada təşkilinə icazə vermək olmaz, çünki bu təhlükəlidir", - deyə o əlavə edib.
Qeyd edək ki, ötən gün elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hazırda bütün məktəblərin distant təhsilə keçməsi düşünülmür.
"Böyük qapanmalar olacağı ehtimal edilmir. Ola bilər ki, yenə də ayrı-ayrı məktəblərdə və ya siniflərdə o hallar olsun. Hələlik bilirsiniz ki, bir məktəbdə belə hal olub. Hazırda riskli hallar müşahidə olunmur", - deyə nazir qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 855 Tarix: 14 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBələdiyyə sənədi evə çıxarış almaq üçün kifayətdirmi?
Bələdiyyə sənədi əsasında inşa edilmiş fərdi yaşayış evinə çıxarış almaq üçün ilk növbədə torpaq sahəsinin qanuni ayrılıb-ayrılmadığı, təqdim olunan sənədlərin hüquqi qüvvəsi və evin tikinti normalarına uyğunluğu araşdırılmalıdır. İlk mərhələdə vətəndaşın əlində olan bələdiyyə qərarı, torpaq sahəsini
27.10.2026 288 Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
Banan tərkibindəki yüksək kalium miqdarı sayəsində qan təzyiqinə müsbət təsir göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, bu meyvənin faydası insanın sağlamlıq vəziyyətindən və orqanizmin fərdi ehtiyaclarından asılıdır. xarici mediaya istinadən xəbər verir ki, bir orta ölçülü bananın tərkibind
27.10.2026 266 Prezident qonaqlarla görüşdü - Video
Xəbər verdiyimiz kimi, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. Tədbirdə Prezident İlham Əliyev çıxış edib. "Qafqazinfo"nun Real TV-yə istinadən məlumatına görə, dövlət başçısı Forumun qonaqları il
27.10.2026 206 "HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
27.10.2026 246 Arda Mbappenin gözünü yolda qoydu
İspaniyanın "Real Madrid" klubunun "Barselona" üzərində 2:1 hesablı qələbəsindən sonra Kilian Mbappe ilə Arda Gülər arasında yaşanan səmimi anlar diqqət çəkib. -ın Türkiyə mediasına istinadən məlumatına görə, qarşılaşmadan sonra fransalı hücumçunun türkiyəli futbolçuya dəfələrlə səslənərə
27.10.2026 213 24 saatlıq paylaşımla sərvət qazanır - Aktrisanın reklam gəliri açıqlandı
Türkiyəli məşhur aktrisa Hande Erçelin sosial şəbəkələrdə reklam paylaşımlarından əldə etdiyi gəlir açıqlanıb. Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın "Instagram" hesabında 24 saat ərzində bir reklam hekayəsi üçün 500-700 min türk lirəsi (28 min manat) tələb etdiyi iddia olunub
27.10.2026 228 Hind kinosunda yeni romantik döyüş filmi - Baş rollarda Ahaan Panday və Sharvari
Hindistanın tanınmış kino şirkətlərindən olan "Yash Raj Films" yeni romantik döyüş filminin adını və nümayiş tarixini açıqlayıb. "Beparwah" adlanan filmdə Ahaan Panday və Sharvari baş rolları canlandıracaqlar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, filmin rejissoru Ali Abba
27.10.2026 330 Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
Türkiyəli məşhurların serial, reklam və səhnə fəaliyyətindən qazandıqları sərvət bəlli olub. Onlar milyonlarla lirəlik gəlirlərini daşınmaz əmlaka yatırırlar. Axşam.az xəbər verir ki, "Gel Konuşalım" proqramının məlumatına görə, aktrisa Məryəm Üzərli 320 milyon lirə (təxminən 11 milyon manat
27.10.2026 220 Hava dəyişəcək - Xəbərdarlıq
Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlı
27.10.2026 354