"Sea Breeze"dəki davadan sonra 4 nəfər də döyülüb - Adları bilinmir

"Sea Breeze"dəki davadan sonra 4 nəfər də döyülüb - Adları bilinmirBu ilin yayında "Sea Breeze"də baş verən kütləvi dava ilə bağlı məhkəmə istintaqı davam edir. "Qafqazinfo" xəbər verir ki, dekabrın 12-də "Sea Breeze" işi üzrə 2 məhkəmə prosesi keçirilib. Bakı Baş Polis İdarəsində kütləvi dava ilə bağlı 3 cinayət işi başlanıb. Həmin cinayət işlərindən ikisi tamamlanaraq məhkəməyə göndərilib. Bir cinayət işi isə hələ də istintaqdadır. Dekabrın 12-də məhkəmənin icraatında olan hər iki cinayət işi üzrə məhkəmə prosesləri davam etdirildi. Hər iki iş üzrə hakim də, prokuror da eyni şəxslərdir. Məhkəmədə ittihamı prokuror Amin Şəkərəliyev müdafiə edir. İlkin olaraq Cavad Muradov və Şamxal Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması keçirildi. Bu iş üzrə Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə zərərçəkən şəxslərdir.

Hakim elan etdi ki, məhkəməyə Cavad Muradovun vəkili Vüqar Kazımovun etirazı daxil olub. Vəkil hakim Mirheydər Zeynalova etiraz edib. Müdafiəçi qeyd edib ki, hakim heç olmasa bir dəfə baxılan işin və ya digər materialın mahiyyət üzrə həllinə aid olan məsələlər barəsində fikir bildiribsə, bu halda o bu və ya digər şəkildə öz əvvəlki fikrindən asılı olur. Bu da cinayət işi və ya digər materiallara dair hər hansı halı qiymətləndirərkən onun qərəzsiz olacağını şübhə altına qoyur. Buna görə də hakimə etirazının təmin edilməsini xahiş edib. Təqsirləndirilən Şamxal Məmmədovun vəkili İlqar İsmayılov etirazın təmin edilməsini xahiş edib.

Prokuror Amin Şəkərəliyev etirazın əsassız olduğunu və təmin edilməməsini istəyib. Zərərçəkənlərin vəkilləri də etirazın təmin olunmamasını xahiş ediblər. Hakim prosesin 21 dekabr tarixinə qədər təxirə salındığını, etiraza da həmin tarixdə münasibət bildirəcəyini açıqlayıb.

Bundan sonra növbəti prosesin başlanması üçün qısa fasilə verilib. Cavad Muradov təqsirləndirilən şəxslər üçün nəzərdə tutulan kabinədən çıxarılaraq zalda zərərçəkmiş şəxslər üçün nəzərdə tutulan skamyaya əyləşdirilib. Şamxal Məmmədov isə bu iş üzrə zərərçəkən olmadığından onu zaldan çıxarıblar.
Birinci işdə zərərçəkmişlərin skamyasında əyləşən Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə isə təqsirləndirilən şəxslər üçün nəzərdə tutulan kabinəyə aparılıb.

İş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli M. Ə. təqsirləndirilən şəxslərdir. Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar. Elnur Məmmədov prosesdə iştirak etməyib.

Hakim elan edib ki, ötən prosesdə dövlət ittihamçısı müstəntiq Əlibala Hacıyevin prosesdə dindirilməsi ilə bağlı vəsatət verib. Həmin vəsatətə uyğun olaraq müstəntiq Əlibala Hacıyev məhkəməyə dəvət olunub. Lakin müstəntiq prosesə gəlməyib.

Hakim ötən prosesdə M. Ə.-nin onu Ceyhun adlı müstəntiqin dindirdiyini söylədiyini, bununla bağlı araşdırma apardığını və 2 Ceyhun adlı müstəntiqin olduğunu bildirib. Məktəblidən Ceyhun adlı müstəntiqin soyadını, ata adını bilib-bilmədiyini xəbər alıb. O isə Ceyhun adlı müstəntiqin onu dindirdiyini, həmin müstəntiqin Əlibala Hacıyevin kabinetinin yanından iki kabinet sonrakı kabinetdə oturduğunu deyib.

Hakim isə deyib ki, cinayət işi əvvəldən sonadək müstəntiq Əlibala Hacıyevin icraatında olub.

Yeniyetmənin vəkili Ülvi Məmmədov müvəkkilinin iş materiallarında ilk dəfə nə vaxt, hansı saatda dindirilməsi haqda məlumatların elan edilməsini xahiş etdi.
Hakim iş materiallarına istinadən bildirdi ki, dindirmə protokoluna görə onu 13 iyun 21:05-də dindirməyə başlayıblar. Dindirilmə də qanuni nümayəndə Əhmədov Məzahirin iştirakı ilə başlayıb.

Vəkil hakimə "Bakcell" mobil operatoruna verdiyi sorğunu təqdim edib. Həmin sorğu M. Ə-nin atası və istintaq zamanı qanuni nümayəndəsi olmuş Məzahir Əhmədlinin mobil telefon nömrəsindən çıxan zəngləri əhatə edir. Sorğudan aydın olur ki, 13 iyun tarixində Məzahir Əhmədli 21:14-də müstəntiq Əlibala Hacıyevin mobil nömrəsinə zəng edib və onunla 15 saniyə danışıb. Vəkil deyib ki, qaydalara görə dindirməyə gələn şəxslər, onların yaxınları müstəntiqlərlə əlaqə saxlayır. Həmin müstəntiqlərin göndərdikləri şəxslər də müvafiq sənədləşmə aparmaqla dindirməyə gələn şəxsləri müstəntiqin yanına aparırlar. Bu qaydanın icrasına 30-40 dəqiqə vaxt sərf olunur.

Bu isə onu deməyə əsas verir ki, müstəntiq dindirmə protokolunda yeniyetməni 13 iyun 21:05-də atasının iştirakı ilə dindirməyə başladığını göstərsə də, faktiki olaraq Məzahir Əhmədov dindirmədə iştirak etməyib. Məktəbli qanuni nümayəndəsi olmadan dindirilib.

Vəkil bildirdi ki, ötən prosesdə prokuror M. Ə-dən ibtidai istintaqda verdiyi ifadəsi ilə bağlı çoxsaylı suallar verib, M.Ə. də bildirib ki, o, ibtidai isitntaqa elə bir ifadə verməyib.

Bundan sonra hakim hadisənin baş verdiyi əraziyə baxış protokolunu elan etdi. Bildirdi ki, iş materiallarında 2 video var. Onlardan biri 2 dəqiqə 18 saniyə, digəri isə 38 saniyə olub.

Fotoda: Elnur Məmmədov
"Sea Breeze"dəki davadan sonra 4 nəfər də döyülüb - Adları bilinmirHakim iş materiallarında daha bir videonun olduğunu, 59 dəqiqəlik videonun "Sea Breeze"dəki "White villa 10"un qarşısındakı kameradan götürüldüyünü elan etdi. Gecə 03 radələrində qeydə alınan həmin videoda Elnur Leysan oğlu Məmmədovun köynəksiz halda çılpaq olması, aktiv şəkildə əl-qol hərəkətləri etməsi, Vüqar Tağıyev, Cavad Muradov, hazırda axtarışda olan Fərhad İsgəndərov və Şamxal Məmmədovun yanında olduğu görünür. Ora gələn Elgün İsmayılovun Cavad Muradov tərəfindən vurulması və onun yıxılması da görünür. Bundan sonra Elnur Məmmədovun çoxlu şəxslərin olduğu istiqamətə qaçaraq orada olan şəxslərə yumruq atması da görünür.

Fotoda: Elnur Məmmədovun 99-OH-999 dövlət nömrə nişanlı maşını
"Sea Breeze"dəki davadan sonra 4 nəfər də döyülüb - Adları bilinmirEyni zamanda elan olunub ki, həmin gecə Elnur Məmmədov və dostları hadisədən sonra başqa bir maşında əyləşən şəxslərlə də dalaşıb. Buna səbəb isə Elnurun söyüş söyməsi olub. O, avtomobildəki, şəxsiyyəti istintaqa məlum olmayan 4 nəfəri döyüb. Həmin dörd nəfərin döyülmə anını əks etdirən görüntülər ortada yoxdur.

İş materiallarına əlavə olunmuş videoların təqdiqi ilə bağlı hakimin təklifinə tərəflərin münasibəti də fərqli olmadı. Təqsirləndirilən və zərərçəkənlər, onların vəkilləri videoların tədqiqinə ehtiyac olmadığını bildirdilər. Bundan sonra proses 19 dekabra qədər təxirə salındı.

Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında məsul vəzifədə çalışır, özü isə "Sea Breeze"dəki davayadək Vergilər Xidmətinin inspektoru olub.

Fotoda: Leysan Məmmədov
"Sea Breeze"dəki davadan sonra 4 nəfər də döyülüb - Adları bilinmir


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 937   Tarix: 13 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İliyana Yotova Bolqarıstanın prezident seçkilərində öz namizədliyini irəli sürəcək

Bolqarıstan prezidentinin səlahiyyətlərini icra edən İliyana Yotova qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "BNT-Novini" portalı məlumat yayıb. İ.Yotova əlavə edib ki, onun prezident postuna namizədliyi təşəbbü

26.07.2026 186
.

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub

Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub. BİG.AZ xəbər verir ki, bu barədə APA-ya şairin köməkçisi Arif Mehmandost məlumat verib. "Səhhəti yaxşılığa doğru gedirdi, amma yenidən ağırlaşdı. Buna görə də süni tənəffüs aparatına qoşulub", - deyə köməkçisi bildirib

26.07.2026 204
.

Şalva Papuaşvili: Elektrik sisteminin ardıcıl dayanması qeyri-adi hadisədir, bütün detallar araşdırılmalıdır

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə iyulun 24 və 25-də baş vermiş genişmiqyaslı elektrik kəsintilərinin bütün detallarının araşdırılmasının vacib olduğunu bildirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin elektrik kəsintilər

26.07.2026 177
.

Xətaidə evyaran üç nəfər SAXLANILDI

Bakı şəhəri, Xətai rayonunda evdən oğurluq edənlər saxlanılıblar. -ın əldə etdiyi məlumata görə, Xətai rayonunda yerləşən evlərin birindən 9 500 manat nağd pul və qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Quliyev, R.Qurbano

26.07.2026 205
.

Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət

Yay mövsümündə uzun avtomobil səfərləri zamanı uşaqlarda ürəkbulanma və qusma halları tez-tez müşahidə olunur. xəbər verir ki, pediatr Jül Fujer bunun beynin gözlərdən və bədənin hərəkətindən gələn siqnallar arasındakı uyğunsuzluqdan qaynaqlandığını bildirib. Həkimin sözlərinə görə, səfərdən əvvəl uşağı

26.07.2026 327
.

Almaniyada hər ay 15 minə yaxın iş yeri itirilir

"Almaniya sənaye sektorunda dərin böhran yaşayır və bu vəziyyət ölkənin iqtisadi sabitliyi üçün ciddi risk yaradır". DPA agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya Sənaye Birliyinin (BDI) baş direktoru Tanya Gönner bildirib. Onun sözlərinə görə, sənaye sahəsində hər ay təxminən 1

26.07.2026 293
.

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putini Rusiya-Ukrayna münaqişəsini dondurmağa və İstanbuldakı danışıqlara qayıtmağa çağırıb. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə K.Tokayev bu gün Omskda Putinlə görüşündə deyib. "Bəlk

26.07.2026 200
.

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, rayonun Vənənd kənd sakini, 25 yaşlı Elvar Babayev səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib. Onun yüksək qan təzyiqi səbəbindən dünyasını dəyişdiyi bildirilib. Bu xəbə

10:29 75
.

"Bloomberg": ABŞ İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün vəsait axtarır

Əlavə xərclər paketinin təsdiqlənməsi prosesi konqresdə faktiki olaraq dalana dirəndiyindən ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün maliyyə mənbələri axtarır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Məlumata görə, Vaşinqtond

26.07.2026 224
.

TOP MP3