Firudin Qurbansoydan bürclərin dəyişməsi məsələsinə REAKSİYA

Firudin Qurbansoydan bürclərin dəyişməsi məsələsinə REAKSİYAAstrologiyada həmişə ilin ayları kimi 12 bürc məlum olub: Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıqlar. Lakin son günlər sosial şəbəkələrdə bu siyahıya yeni "İlan" bürcünün əlavə olunması ilə bağlı məlumatlar yayılır.

Mövzu ilə bağlı tanınmış astroloq Firudin Qurbansoy "Qafqazinfo"ya açıqlama verib.

Onun sözlərinə görə qalaktikada bizə məlum olan və olmayan 88 bürc yerləşir:

"Adını səhv deyirlər. Əslində 13-cü bürc "İlan" yox, "İlantutan" bürcü adlanır. Bununla bağlı öz kitabımda yazmışam. Özü də bu bürc zodiaka indi daxil olmayıb. 1977-ci ildən bəri var".

Məsələ ilə əlaqədar astroloq, "Qoroskop" qəzetinin baş redaktoru Səbuhi Rəhimli isə saytımıza bildirib ki, 1999-cu ildən bəri hər il yeni il ərəfəsində bu cür şayiələr yayılır:

"Əgər 13-cü bürc olan "İlantutan" bürcü həqiqətən varsa, o zaman niyə astrofiziklər bu barədə heç nə demirlər? Əgər 13-cü bürc zodiaka daxil edilibsə, onda niyə yeni il qovşağını 21 martdan - Günəşin "Qoç" bürcünə daxil olmasından hesablayırlar? Bunlar sadəcə insanları çaşdırmaq və diqqət çəkmək üçün yayılan xəbərlərdir".

Astroloq - "heç nə dəyişməyib, hər kəsin bürcü öz qüvvəsində qalır", - deyərək, insanları təşvişə düşməməyə çağırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1257   Tarix: 11 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu

Gəncədə evdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hamam otağında qızdırıcının partlaması nəticəsində bir nəfər ağır xəsarət alıb. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ayxal Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya yerləşdirilib. Ona ilki

15:52 129
.

Külək əslində necə yaranır?

Gündəlik həyatda küləyə adətən yalnız bizi narahat etdikdə diqqət edirik, amma onun arxasında atmosferdə havanın hərəkətini idarə edən mürəkkəb fiziki proseslər dayanır. Qaynarinfo xəbər verir ki, küləyin əsas səbəbi Yer səthinin Günəş şüaları ilə qeyri-bərabər qızmasıdır. Qurunun və ya okeanın bəz

19:45 1
.

Bessent: ABŞ Hörmüz boğazından keçidə görə ödəniş tətbiqinə imkan verməyəcək

ABŞ Maliyyə naziri Skott Bessent Hörmüz boğazından keçən gəmilər üçün ödəniş sisteminin yaradılması cəhdlərinin qarşısının alınacağını bildirib. APA xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb. "ABŞ hökuməti Hörmüz boğazından keçid üçün hər hansı ödəniş sisteminin tətbiqinə dözməyəcək"

28.05.2026 285
.

Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi

İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı Müdafiə Qüvvələrinə Qəzza zolağının 70 faizinə nəzarəti təmin etmək üçün əmr verib. xəbər verir ki, bu barədə "Yerusəlim Post" məlumat verib. "Hazırda Qəzza zolağının ərazisinin 60%-i üzərində tam nəzarətimiz var. Mənim göstərişi

28.05.2026 294
.

Sevgini xilas edən 2 "zəruri" yalan - Psixoloq açıqladı

Araşdırmalar göstərir ki, bəzi qeyri-səmimilik formaları və müəyyən yalan növləri münasibətlərdə mühüm rol oynaya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə amerikalı psixoloq Mark Trevers "Forbes" üçün yazdığı məqalədə bildirib. "İnsan münasibətləri nadir hallarda mütləq qaydalara tab

18:30 86
.

Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Qaynarinfo "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 277 ton olan gübrə Biləcəri stansiyasından Böyü

10:30 167
.

1991-ci ildə yaradılan qapalı dünyada oksigen niyə yoxa çıxdı?

1991-ci ildə səkkiz nəfər ABŞ-ın Arizona səhrasında yerləşən hermetik şüşə konstruksiyaya daxil olaraq tam izolyasiya olunmuş ekosistemdə iki il yaşamağa başlayıb. Lakin zamanla bu "qapalı dünya"da oksigen səviyyəsi tədricən azalıb. Qaynarinfo "Space Daily" nəşrinə istinadən xəbə

20:00 2
.

Kəmaləddin Heydərov vətəndaş qəbulu keçirəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaş qəbulu keçirəcək. BİG.AZ xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, qəbul iyunun 2-də Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında təşkil ediləcək. Vurğulanıb ki, saat 10:00-dan etibarə

11:26 174
.

Həkim xəstəni dinləyir, yoxsa analizləri? - Müasir tibbin dəyişən MƏNZƏRƏSİ

Əvvəllər xəstələrin müraciət edəndə həkim onları dinləyir, söhbətləşir, çoxlu sallar verirdi. Bədənin müxtəlif nayihələrinə toxunmaqla qərar verirdi. Amma indi xəstə həkimin otağına girən kimi ona uzun bir siyahı verilir ki, "get bunlardan analiz ver, müayinələrdən keç, sonra gəl". Beləcə həki

17:08 21
.

TOP MP3