AZZA-dan ŞİKAYƏT: "Mən də daxil olmaqla əməkdaşlar 8 saatlıq iş rejimindən daha artıq işlədilir"

AZZA-dan ŞİKAYƏT: "Mən də daxil olmaqla əməkdaşlar 8 saatlıq iş rejimindən daha artıq işlədilir"Kərimzadə Nihad Elman oğlu Bakının məşhur mağazalar şəbəkəsi olan AZZA-dan şikayətçidir.

"Azərbaycan Reallığı" xəbər verir ki, Onun sözlərinə görə, 2022-ci ilin martından AZZA-da işə başlayıb və həmin dövrdən etibarən əmək, istirahət hüququ mütəmadi olaraq pozulub.

Şikayətçinin Dövlət Əmək Müfəttişliyinə ünvanladığı məktubdan da görünür ki, işlədiyi müddətdə dəfələrlə onunla bağlanan əmək müqaviləsinin işçidə qalmalı olan nüsxəsini istəsə də, rəhbərlik müqavilənin nüsxəsini ona verməkdən yayınıb:

"Məni audit vəzifəsinə qəbul etdiklərini demələrinə baxmayaraq, daha sonra əslində nəzarətçi vəzifəsinə işə qəbul edildiyimi öyrəndim. Bununla bağlı birbaşa tabe olduğum rəhbərlik-Teymur Oruca müraciət etdiyim zaman mənə sistemdə yanlışlıq olduğu və vəzifəmin dəyişdiriləcəyi bildirildi.

Ancaq bu "səhv" aradan qaldırılmadı, mənə bildirildi ki, işdən azad ediləcəyim halda mənə audit vəzifəsində işlədiyimə dair sənəd təqdim ediləcək. Halbuki bu, Əmək Məcəlləsi ilə qadağandır".

Şikayətçinin sözlərinə görə, hüquqlarının pozuntusu bununla da bitməyib:

"AZZA-da mən də daxil olmaqla əməkdaşlar 8 saatlıq iş rejimindən daha artıq işlədilir, ancaq əlavə işə cəlb olunduğum saatların əmək haqqı ödənilməyib. Bu da Əmək Məcəlləsinin 165-ci maddəsinin pozulmasıdır. Məsələn, bu ilin 14 sentyabrında 2 saat, 15 sentyabrda 2 saat 24 dəqiqə, 16 sentyabrda isə 3 saat 24 dəqiqə əlavə işləmişəm.

Bu zaman mənimlə birlikdə ümumilikdə 20-yə yaxın əməkdaş işləyib. Bu da əmək qanunvericiliyinə ziddir. Çünki Əmək Məcəlləsinin 100-cü maddəsinə əsasən, iki gün dalbadal gələn iş günündə işçi ümumi olaraq 4 saatdan artıq əlavə işə cəlb edilə bilməz. Mənim isə əmək hüququmun pozulmasını yuxarıdakı bir nümunə isə təqdim etdim".

Şikayət məktubunda o da bildirilir ki, məzuniyyət pullarının ödənilməsində də qanunsuzluğa yol verilib və əmək qanunvericiliyi dəfələrlə pozulub:

"AZZA-da əməkdaşlar iş günü olmayan bayram, istirahət, ümumxalq hüzn günü də heç bir əlavə ödəniş olmadan adi iş günü kimi işə cəlb edilib və bununla da Əmək Məcəlləsinin 164-cü maddəsi pozulub. Bununla bağlı şikayətimizi bildirdikdə, mənə kadrlar şöbəsinin qapısını göstərdilər.

Əvvəlki rəhbərim Teymur Orucun yerinə gələn Zaur Aslanov da əməkdaşların hüquqlarını pozmaqla yanaşı, hətta mənə hədə-qorxu da gəlib. Orada işlədiyim müddətdə Əmək Məcəlləsinin 224-cü (Sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi), 195-ci (Ödənişlərin düzgün müəyyən edilməməsi, əsassız və qanunsuz olaraq verilməməsi), 69-cu (İşçiyə hədə-qorxu gəlinməsi) maddələri də pozulub".

Onun iddiasına görə, əmək qanunvericilyinin pozulması bununla da yekunlaşmır. İşçi ilə bağlanan müqavilədə bədbəxt hadisə, peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığorta təmin olunmayıb, bu barədə əmək müqaviləsində müvafiq bənd əksini tapmayıb.

Şikayətçi bildirib ki, AZZA həmçinin 18 yaşdan aşağı içilərin də hüquqlarını kobud şəkildə pozub:

"18 yaşdan aşağı uşaqlar gecə növbəsinə işə göndərilir, iş saatlarından əlavə işə cəlb edilir, əmək təhlükəsizliyi, ümumiyyətlə, qorunmur. Bu yaş qrupunda olan əməkdaşlar yük maşınlarından palet dolu yeşikləri əllə boşaltmağa vadar edilir, halbuki bu iş xüsusi avadanlıqla həyata keçirilməlidir. Bunu təsdiq edən foto-videogörüntülər məndə var və araşdırıla bilər".

N.Kərimzadə bildirib ki, əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra onunla olan müqavilə yenilənməyib:

"Bundan sonra mənə "Get, kimə şikayət edirsən et, bizə heç kəs heç nə edə bilməz" deyildi. Bütün yuxarıda göstərdiyim faktları nəzərə alaraq müvafiq dövlət qurumlarından AZZA ASC-nin direktoru Rüstəm Gərəkməzli, kadrlar şöbəsinin müdiri Margit Boloton, eləcə də Zaur Aslanov barədə qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş edirəm".

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırdır.\32gün.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2588   Tarix: 11 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış

27.10.2026 392
.

Azərbaycanda cəza sistemi dəyişdirilməlidir? - Hüquqşünasdan AÇIQLAMA

"Azərbaycanda kontinental, yəni roman-german hüquq sistemi tətbiq olunur. Ancaq həm anqlo-sakson, həm də roman-german hüquq sistemlərində cinayət təqibi prosesi tarixən bir neçə mərhələdən keçib. Hazırda dünyada tətbiq olunan cəza sistemi həm vurulmuş zərərin ödənilməsinə, həm də sosial ədaləti

27.10.2026 261
.

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

"Heç vaxt Azərbaycan klubunda oynayacağımı düşünməzdim". Bizim.Media xəbər verir ki, bu sözləri "Səbail"in fransız futbolçusu Sofian Budraa Əlcəzairin "Maghreb-Foot" nəşrinə müsahibəsində deyib. 23 yaşlı yarımmüdafiəçi Azərbaycana keçidi barədə danışaraq klubun ona maraql

27.10.2026 206
.

Dəyişdirməyin vaxtı gəldi: payız üçün 5 ideal ətir

Ağ müşk notlarına malik ətirlər populyarlığını qoruyub saxlayır. Müşk tərkibli ətirlər mövsümdən və moda tendensiyalarından asılı olmayaraq universal seçim hesab edilir. xəbər verir ki, payız mövsümündə xüsusilə isti, zərif və rahatlıq hissi yaradan ətirlərə üstünlük verilir. Ağ müşk notları təmiz dəri

27.10.2026 253
.

Hava dəyişəcək - Xəbərdarlıq

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlı

27.10.2026 354
.

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu

27.10.2026 279
.

Konsertləri ləğv oluna bilər

Rusiyanın Xalq artisti Larisa Dolinanın bu ilin sonunadək konsertlərini ləğv edə biləcəyi iddia olunur. Axşam.az xəbər verir ki, prodüser Pavel Rudçenko " "ya açıqlamasında müğənninin çıxışlarına əvvəlki marağın qalmadığını bildirib. Belə ki, zəif bilet satışları səbəbindən konsertlər baş tutmay

27.10.2026 185
.

Prezidentin sosial şəbəkə hesablarında forumun açılışına dair video paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

27.10.2026 279
.

İnsanlar niyə gecə daha çox düşünür?

Gecə yatağa uzananda gün ərzində ağlımıza belə gəlməyən hadisələri xatırlayır, keçmiş söhbətləri təkrar-təkrar düşünür və gələcəklə bağlı narahatlıqlar yaşayırıq. Bəzən hətta illər əvvəl baş vermiş bir hadisə belə gecənin sakitliyində yenidən gözümüzün önünə gəlir. Bəs bunun səbəbi nədir?. Gün ərzind

27.10.2026 234
.