İş adamı vəzifəli şəxslərlə görüşə gizli kamera ilə gedibmiş
Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin sabiq rəisi Adilov Zaur Sefi oğlu və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin sabiq rəisi Əliyev Əjdər Nəsib oğluna hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda Zaur Adilova 8 il 1 ay, Əjdər Əliyevə isə 8 il 2 ay həbs cəzası verilib. Onların hər ikisi 2 il vəzifə tutmaq hüququndan da məhrum edilib.
Araşdırmalar zamanı məlum olub ki, 1982-ci il təvəllüdlü Z.Adilov və 1960-cı ildə anadan olmuş Ə.Əliyev əlbir olaraq İrandan Azərbaycana kartof idxal edən şirkətin rəhbərindən MMC-nin 189.000 manat vergi borcunun silinməsi müqabilində 35 min manat rüşvət tələb ediblər.
Bundan sonra şirkət rəhbəri hüquq-mühafizə orqanlarına müraciət edib və məhkəmənin qərarı ilə vəzifəli şəxslərin izlənməsinə başlanılıb. Həmçinin şikayət etmiş iş adamının üzərinə texniki izləmə qurğusu (gizli kamera) yerləşdirilib. Tərəflər əvvəlcə 15, sonra isə 12 min manat rüşvət müqabilində "razılıq" əldə etdikdən sonra sahibkar ona dövlət qurumu tərəfindən təqdim edilmiş pulları vəzifəli şəxslərə verərkən əməliyyat keçirilib.
Z.Adilov və Ə.Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 912 Tarix: 06 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qızımın səsi var, amma o siyasəti seçdi"
Xalq artisti Gülyanaq Məmmədova "Qonaqcanlı" verilişində qızı ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi övladı Sılanın musiqi istedadı olsa da, bu sahədə fəaliyyət göstərmədiyini bildirib:. "Qızım Sılanın səsi var, amma oxumur. Bakı Slavyan Universitetində təhsil alır
29.05.2026 341 1991-ci ildə yaradılan qapalı dünyada oksigen niyə yoxa çıxdı?
1991-ci ildə səkkiz nəfər ABŞ-ın Arizona səhrasında yerləşən hermetik şüşə konstruksiyaya daxil olaraq tam izolyasiya olunmuş ekosistemdə iki il yaşamağa başlayıb. Lakin zamanla bu "qapalı dünya"da oksigen səviyyəsi tədricən azalıb. Qaynarinfo "Space Daily" nəşrinə istinadən xəbə
29.05.2026 173 Ana ölümü şəhərdə artıb, kənddə azalıb - Hesabat
2025-ci ildə Azərbaycanda 26 ana ölümü baş verib. Trend xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub. Statistikaya görə, 2024-cü ilə nisbətən 2025-ci ildə hər 100 00 nəfər diri doğulana hesabı ilə ana ölümü şəhər yerlərind
29.05.2026 142 Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
Gəncədə evdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hamam otağında qızdırıcının partlaması nəticəsində bir nəfər ağır xəsarət alıb. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ayxal Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya yerləşdirilib. Ona ilki
29.05.2026 261 Külək əslində necə yaranır?
Gündəlik həyatda küləyə adətən yalnız bizi narahat etdikdə diqqət edirik, amma onun arxasında atmosferdə havanın hərəkətini idarə edən mürəkkəb fiziki proseslər dayanır. Qaynarinfo xəbər verir ki, küləyin əsas səbəbi Yer səthinin Günəş şüaları ilə qeyri-bərabər qızmasıdır. Qurunun və ya okeanın bəz
29.05.2026 174 Bakıya və Abşeron yarımadasına dolu düşməsi ehtimalı var - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu prosesinin olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 29-u saat 22:50-yə olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dol
29.05.2026 89 Ermənistandakı Rusiya bazası ləğv edilir?
Ermənistandakı Rusiya bazasının ləğvi üçün heç bir ilkin şərt yoxdur. xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Birinci Beynəlxalq Təhlükəsizlik Forumunda bildirib. "Rusiya bazası işləyir və aktivdir və biz hələlik onun orada olmaması üçün heç bir ilkin şərt v
28.05.2026 323 İşsiz kişilərin sayı qadınlardan daha çoxdur
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarında 152 min 197 nəfər işsiz şəxs kimi qeydiyyata alınıb. Onların 73 min 423 nəfəri qadın, 78 min 774 nəfəri isə kişi olub. Trend xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın v
29.05.2026 116 İsrail HƏMAS-ın maliyyə şəbəkəsinin rəhbərini zərərsizləşdirdi
İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında HƏMAS-ın maliyyə şəbəkəsinin rəhbərini zərərsizləşdirdiyini bildirib. xəbər verir ki, bu barədə İDF mətbuat xidməti məlumat yayıb. Bundan əlavə, İsrail HƏMAS-ın istehsal şöbəsinin komandirini də öldürüb. "İDF Xan Yunisə hava hücumu həyata keçirib v
28.05.2026 285