Qaraya bürün, ellə sürün: Əksəriyyət niyə tünd rəngli geyimlərə üstünlük verir?

Qaraya bürün, ellə sürün: Əksəriyyət niyə tünd rəngli geyimlərə üstünlük verir?İnsanlar danışmadan və hansısa bacarıqlarını nümayiş etdirmədən öncə onlar haqqında ilk fikir geyimlə formalaşır. Geyim tərzilə onun psixologiyasını, tələskənliyi, ciddiliyi və digər xüsusiyyətlərini, az da olsa, müəyyən etmək olur. Öz milli geyimlərindən istifadə edənlər isə asanlıqla hansı xalqın nümayəndəsi olduqlarını bildirirlər.

Azərbaycan xalqının da milli geyimi var ki, hazırda onlar xalqın tarixi, yaşayış tərzi və ümumi zövqündən xəbər verəcək element kimi qorunub saxlanır.

Yəni hazırda məişətdə o geyimlərdən istifadə edilmir. Bu həm də dövrün tələbidir. Buna baxmayaraq, müəyyən ölkə və şəhərdə olduqda şəhərin memarlığı, insanların yaşayış, davranış tərzi ilə yanaşı onların geyimi də önəmlidir.

Azərbaycanlıların isə konkret geyim tərzi formalaşmayıb. Bakıda rəngli geyinən, xüsusi tərzi olan insanlara rast gəlinsə də, bölgələrdə monotonluq hökm sürür.

Paytaxtın özü də insanların geyim tərzinə görə fərqlənir. Şəhərin mərkəzində parıltılı və rəngli insanlara rast gəlinsə də, mərkəzdən uzaqlaşanda boz və qara rəngin aurasına düşmək mümkündür. Bunun müəyyən səbəbləri var.

Ölkəmizdə boz və qara rəngli geyimləri daha çox kişilər geyinirlər. Yaz və yay aylarında bu, çox gözə çarpmasa da, qış aylarında kütləvi yerlərdə, avtobus və metroda qara geyimli insan axını ilə hamımız rastlaşmışıq.

Niyə insanlar, əsasən də kişilər qara rəngə üstünlük verirlər? Buna səbəb nədir, mentalitet, ümumi zövqün formalaşmaması, yoxsa maddi durum?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan modelyer Leyla Əhmədova deyib ki, Azərbaycanda rəngli geyinən kişilərə münasibət birmənalı deyil:

"Qara rəng çox güclü və daim istifadə olunan rəngdir. Kişilərin buna üstünlük verməsi daha çox işlə əlaqədardır. İşə gedən kişilər ağ və ya digər açıq rəngdə şalvar geyinsələr, gərək ayda bir şalvar dəyişsinlər. Ona görə də tünd rənglərə üstünlük verirlər. Kişilər parlaq geyinəndə onlara başqa gözlə də baxırlar. Azərbaycanın gözəl mentaliteti var, adət-ənənəmiz belədir".

Onun sözlərinə görə, hazırda gənclər dəblə çox ayaqlaşırlar:

"Xalçalarımızda, naxışlarımızda rəngarənglik olub, ümumiyyətlə, geyimlərimizdə də parlaq rənglərdən istifadə olunub. Kişilərə tövsiyə edirəm ki, köynək, qalstuk, şərf və kəmərlərdə parlaq rəngləri istifadə eləsinlər. Qırmızının və hər rəngin boz və parlaq çalarları var. Onları tutuşdurmalı və gözəl təqdim eləməlisən. Baxırsan ki, sadə geyimi var, amma o qədər səliqəli geyinib, adama xoş gəlir. Hər bir geyimin öz yeri var, insan ona uyğun geyinəndə tərzini qorumuş olur. Modelyer kimi cavanların dəblə uyğunlaşmasına baxıb, onlara afərin deyirəm".

"Qanun" nəşrlər evinin rəhbəri, fərqli geyim tərzi ilə seçilən Şahbaz Xuduoğlu da Bizim.Media-ya mövzu ilə bağlı fikirlərini bölüşüb. O, insanın daxildəki rəngarəngliyinin çölünə təzahür etdiyini bildirib:

"Bunun bir resepti yoxdur və zövqlərə bağlı olan məsələdir. İnsan həyatı bizə onu zülmətdə saxlamaq üçün verilməyib. İnsan həyatı rənglidir, işıqlıdır, parlaqdır. Həyatımız əsəb, gərginlik, mübahisə və dedi-qoduya görə mövcud deyil. Daha yaxşı yaşamalı, xoşniyyətli olmalıyıq ki, bunlar da insanın geyimində öz əksini tapsın. Azərbaycan təbiət baxımından rəngarəng yerdir. Əgər təbiətlə harmoniyada yaşamış olsan bu, sənin geyimində də öz əksini tapmalıdır. Şimal ölkələrində, hətta soyuq ölkələrdə çox rəngarəng geyinirlər, amma ölkəmizə gələndə təbiətin rəngarəng olmasına rəğmən, geyimlər elə deyil".

Kişilərin geyimi ilə bağlı ölkədə qəlibləşmiş fikrin olduğunu deyən naşir bunun dinlə əlaqəsi olmadığı qənaətindədir:

"Pakistan və ya Hindistanda eyni dini paylaşan insanlar çox rəngli geyinirlər. Ölkədə kişilərin geyimi ilə bağlı formalaşmış bir fikir var. Həqiqi oxuyan insanların sayı artır, dünya görüşü təzələnir, inkişaf edir, insanlar başa düşürlər ki, kimə nə rahatdırsa, onu geyinməlidir. Əsas insanın düşüncəsinin gözəl, rəngli olmasıdır. Biz əsgər kimi daim eyni libasda, eyni rəngdə olmaq məcburiyyətində deyilik, əhvalımıza uyğun geyinməyi bacarmalıyıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1028   Tarix: 05 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kredit faizlərinin və əhalinin borc yükünün artmasının qarşısını necə almaq olar?

Əhalinin banklar qarşısında kredit borcunun və faiz dərəcələrinin artmasının qarşısını yalnız inzibati tədbirlərlə almaq çətindir. Çünki kredit faizləri bankların maliyyələşmə xərclərindən, risklərdən, inflyasiyadan və bazardakı tələb-təklif nisbətindən asılıdır. Bununla belə, dövlət və Mərkəzi Ban

27.10.2026 323
.

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M. Seyidov bu vəzifəni 2023-cü ildən icra edirdi

27.10.2026 418
.

Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır

İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətd

27.10.2026 291
.

Prezident ailəsi ilə sərgidə - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Mənim Abşeronum: Üstə gəl"

27.10.2026 409
.

Milyarderin oğlu dayanacaqda öldürüldü

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, hadisə oktyabrın 14-də axşam saatlarında Vyentyandakı yaşayış komplekslərində

27.10.2026 365
.

"Napoli"nin oyunçusu cinayətin qurbanı oldu

"Napoli"nin braziliyalı qanad oyunçusu Alisson Santos gecə evində soyğunçuluğun qurbanı olub. -ın xarici mediaya istinadən məlumatına görə, oğruların futbolçu yatarkən evinə girib saatını, zinət əşyalarını və avtomobilini oğurladıqları bildirilir. Oyunçunun özü zərər çəkməyib və cinayətdə

27.10.2026 343
.

Trampın İran planı dəyişdi: Diplomatiya, yoxsa yeni zərbələr?

ABŞ Prezidenti Donald Tramp həmin vaxt atəşkəsi təqdir etməsinə baxmayaraq, İranla iyun ayında əldə edilmiş anlaşma memorandumundan imtina edib. Bu barədə "Al Arabiya" məlumat yayıb. "(İyunda) Qısamüddətli atəşkəs elan etdik, amma mən bunu o qədər də istəmirdim", - Amerika lider

27.10.2026 319
.

Tanınmış modeli döymüş Ziya Hüseynzadəyə hökm oxundu

Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

27.10.2026 374
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

27.10.2026 491
.