Azərbaycanda iki hərbçi bədbəxt hadisə nəticəsində həlak oldu

Azərbaycanda iki hərbçi bədbəxt hadisə nəticəsində həlak olduDekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır.

BiG.AZ xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, hadisə rayonun "PMK-23" adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, dördmərtəbəli yaşayış binasında kirayədə yaşayan Neftçala rayon sakini, 1995-ci il təvəllüdlü Ağaməmmədov Urufət Oruc oğlu və Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu dəm qazından boğularaq ölüblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onların yaşadıqları mənzilə baxış keçirilib. Meyitlər daxili və xarici müayinədən sonra aidiyəati üzrə təhvil verilib.

Məlumata görə, rayon ərazisindəki "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət edən U.Ağaməmmədov və D.Ələkbərzadə sözügedən yaşayış massivində kirayədə qalırmışlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 903   Tarix: 04 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aygün Kazımovanın balaca fanatı ilə maraqlı paylaşımı

Xalq artisti Aygün Kazımova balaca fanatı ilə kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, Pop kraliça onunla birlikdə "Vəfasızlar" mahnısını duet şəklində oxuyub. Kazımova həmin anları instaqram hesabında yayımlayıb

20:15 204
.

Kulinardan VACİB tövsiyyə: "Uşaqlarınıza "Nutella" verməyin" - Video

Kulinar texnoloq Mübariz Vəliyev xüsusilə uşaqların çox yediyi "Nutella" şokolad yağlarının tərkibində zərərli palma yağı və qida əlavəsinin olduğunu açıqlayıb. xəbər verir ki, bu barədə məlumatlandırıcı video hazırlayan M.Vəliyev bildirib ki, bu şokalad yağları tərkibinə görə halal hesab edils

21:30 181
.

İran yavaş-yavaş "səsini ucaldır": Bakı hansı cavabı verəcək?

Naxçıvana atılan dornlardan sonra "ayaq yalın, başı açıq" hərəkət edərək, Azərbaycanın könlünü almağa çalışan İran ritorikasını dəyişməyə başlayıb. xəbər verir ki, müharibədən dərhal sonra lazım olan bütün addımları atan rəsmi Bakıya qarşı Tehranın "buynuz" göstərməsi müşahidə olunur

21:00 229
.

ABŞ və İsrail İranın polad sənayesini bombaladı

ABŞ və İsrail qüvvələri İranın mərkəzi və cənub-qərb bölgələrində yerləşən bir neçə poladtökmə kompleksinə zərbə endirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, İsfahan əyalətində fəaliyyət göstərən və ölkənin ən böyük polad şirkətlərindən biri sayılan Mobarakeh Stee

15:32 246
.

Xameneinin vəziyyəti açıqlandı

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi Misirin "Əl-Məsri əl-Youm" agentliyinə müsahibəsində ölkənin yeni Ali Lideri Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, XİN rəsmisi Müctəba Xameneinin vəziyyətini

21:24 206
.

Masallıda ev yandı, baba və nəvə öldü

Xəbərə Masallıda baş verən faciədə ölən baba və nəvənin fotosu əlavə edilib. *. Masallıda evdə yanğın olub. APA-ya istinadən xəbər verir ki, hadisə Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş verib. Yanğın zamanı evdə olan azyaşlı 2 yaşlı Məhərrəm Məmmədzadə və onun babası, 59 yaşl

18:30 292
.

Uşağın ağlamasını "tərcümə edən" süni intellekt tətbiqi yaradıldı

Yaponiyada körpələrin ağlamasını "tərcümə edən" və valideynlərə uşağın niyə ağladığını anlamağa kömək edən tətbiq hazırlanıb. xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada süni intellekt əsasında işləyən Awababy adlı tətbiq hazırlanıb. Bu tətbiq körpələrin ağlamasını analiz edərək valideynlər

18:15 255
.

Qaradağda yolu sel apardı - Belə keçirlər-Video

Paytaxtın Qaradağ rayonunun Umbakı qəsəbəsi yaxınlığında Ceyrankeçməz çayı üzərində yerləşən və keçən il sel sularının dağıtdığı körpünün ətrafında təhlükəli vəziyyət yaranıb. "Qafqazinfo" xəbər verir ki, çaya sel gəlməsi və körpünün yaxınlığından keçən yolun da yararsız hala düşməsi ilə ik

16:26 391
.

Şahzadə İzabella əsgər gedir

Danimarkada qadınlar üçün məcburi hərbi xidmət tətbiq olunduqdan sonra Şahzadə İzabella tarixi bir qərar verib. "Qafqazinfo"nun məlumatına görə, yeni qanunlara əsasən, 18 yaşlı şahzadə hərbi xidmətdən azad edilmədən orduda xidmət edəcək. Şahzadə 2026-cı ilin avqustunda Slagelsedəki Mühafiz

22:30 98
.

TOP MP3