"Artıq susmayacağam" - model Razinin keçmiş sevgilisi ilk dəfə danışdı - FOTO

"Artıq susmayacağam" - model Razinin keçmiş sevgilisi ilk dəfə danışdı - FOTOAparıcı və model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Razi Əliyeva ilə onun sabiq sevgilisi Ziya Hüseynzadə arasında məhkəmə prosesi davam edir.

Xatırladaq ki, R.Əliyeva sosial şəbəkələrdə etdiyi paylaşımlarda və açıqlamalarında iş adamı Ziya Hüseynzadəni şiddətə meylli olmaqda, ona qarşı zor tətbiq etməkdə, evli olduğu halda Razi Əliyevaya 3 dəfə evlilik təklifi etməkdə suçlayıb.

R.Əliyeva onu da bəyan etmişdi ki, bütün bunlardan başqa o, sevgilisinə şiddət tətbiq edib, döyüb, qapını bağlayaraq evdən çıxmasına qadağa qoyub, hətta onun şəkillərini öz telefonuna köçürərək şantaj edib.

Z.Hüseynzadə isə Razi Əliyevanın, daha doğrusu, Raziyət Əliyevanın onun haqqında şikayətini şər-böhtan adlandıraraq mediaya ilk açıqlama verib:

"Artıq susmayacağam" - model Razinin keçmiş sevgilisi ilk dəfə danışdı - FOTO- Bildirmək istəyirəm ki, barəmdə cinayət işinin açılmasına səbəb şər-böhtan xarakterli saxta yazışmaların və şəkillərin sosial şəbəkələrdədə yayılması olub. Həmin şəkillərin yayılmasına səbəb isə mənim evli olduğumun öyrənilməsinə, həmçinin məndən borca aldığı külli miqdarda pul vəsaitimi və digər əmlakımı qaytarmaması, ailəmi və işguzar nüfuzumun məhv edilməsi məqsədi olub.
Raziyyat (Razi kimi tanınan) tərəfindən paylaşılmış fotoşoplu şəkillər və video ilk öncə güya 2023-cü ilin may ayına aid olduğu iddia edilmişdi. Lakin müvafiq araşdırma zamanı məlum oldu ki, paylaşılmış foto şəkillər 2022-ci ilə aiddir. Həmçinin, cinayət işi üzrə ekspert rəyi alınmış və həmin rəy 2022-ci ildə tibb müəssisəsi tərəfində verilmiş saxta arayışa əsaslanmışdır, bundan başqa həmin xəsarətlərin yetirilməsi mənim tərəfimdən olmamış və ümumiyyətlə həmin dövürdə Raziyyat Əliyevanın hər hansı xəsarətlərin olmamasına dair kifayət qədər sübutların olmasına baxmayaraq, onun şər-böhtanlı ifadəsi əsasında mənə əlavə olaraq yeni əsassız ittiham irəli sürülmüşdü (AR CM-nin 127 ("az ağır xəsarət" və 133 ("işgəncə") maddələri üzrə). Qeyd olunan ittihamları təkzib edən faktlar - şikayətçinin güya- onun ev dustaglığında olduğu zamanı baş verdiyini iddia etmişdi. Bu, 2022-ci ilin sentyabr-dekabr aylarında olmuşdu.
Əksinə olaraq həmin dövrdə məhz - şikayətçı Əliyeva Raziyyat rəfiqələri ilə çoxsaylı restoranlarda istirahət etdiyini və mənim uzun müddət ərzində ailəmlə xaricdə səfərlərdə olduğunu təsdiq edən sübutlar Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Şəhər Prokurorluğuna tərəfimdən təqdim olunub,cinayət işinin materiallarına əlavə edilib.
Niyə məntiqli cəhətdən şikayət etməkdənsə şəhərdə və restoranlarda gəzərkən, həmçinin bahalı hədiyyələr üçün pulu məndən alırdı? 2022-ci ildə işgəncə altında və ev dustağında yaşadığını iddia edən şikayətci ailəmin, valideynlərimin yaşayış binasının bloku garşısında gecədən səhərədək məni və ailə üzvlərimi güdmüşdü, iş ofisimin qarşısında saatlarla məni izləmişdir. Axı guya "ev dustağı olan" Əliyeva Raziyyat bu izləmələri necə yerinə yetirə bilərdi?

"Artıq susmayacağam" - model Razinin keçmiş sevgilisi ilk dəfə danışdı - FOTOŞikayətçi yanlış və əsassız iddialarının mənimlə üzləşmədə ifşa olunacağını dərk edərək, dəfələrlə tələb etdiyim üzləşmələrdən əsaslı səbəb olmadan yayınıb və istintaqa heç mobil telefonunu baxış üçün verməmişdi.

Digər ittihamlar (AR CM-nin 182-ci ("hədə-qorxu ilə əmlak tələb etmə") və 134-cü ("ölümlə hədələmə" maddələri) telefonumun Raziyyat tərəfindən faktiki bloklandığı səbəbindən, güya vatsapp zənglə olmuş uydurma hədələr əsasında verilib. Xatırladım ki, bloklanmış mobil telefonundan zəng etmək qeyri-mümkündür. Bunu təkzib edən yazışmalar Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Şəhər Prokurorluğa təqdim olunub və cinayət iş materiallarına əlavə olunub.

İttihamı isə təsdiq edə biləcək hər hansı sübut cinayət işi materiallarında mövcud deyil.

Raziyyat Əliyev zorakılığa məruz qaldığını, döyüldüyünü iddia edir, lakin yayılan fotolar "hadisə"dən bir il əvvəl çəkilibmiş.

Raziyyat Əliyeva güya mənim ona avtomobili hədiyyə kimi aldığımı İnstagram səhifəsində bəyan edib. Lakin istintaqın sonrakı dövründə ittihamlarını (AR CM-nin 177-ci ("oğurluq"), 182-ci ("hədə-qorxugəlmək") və 186-cı ("əmlaka ziyan") maddələri) irəli sürmək üçün avtomobili güya öz hesabına aldığını istintaqa bildirmişdi. Bəyan edirəm ki, Raziyyatın bu saxta iddiaları həqiqətə uyğun deyil. Həmin avtomobil mənə məxsus olub, tərəfimdən alındığı təsdiq edən çoxsaylı faktlardan bəziləri artıq Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Şəhər Prokurorluğa təqdim olunaraq cinayət iş materiallarına əlavə edilib.

İstintaqa və Prokurorluğa təqdim etdiyim və edəcəyim çoxsaylı sübutlarımı sosial şəbəkələrdə və açıqlamalarımda hissə-hissə, mərhələli şəkildə əks etdirəcəyəm.
"Artıq susmayacağam" - model Razinin keçmiş sevgilisi ilk dəfə danışdı - FOTOHazırda şikayətçi üçün bəzi xahiş edən şəxslər və dairələr var ki, özlərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məndən şəxsi qisas almaq məqsədi ilə təzyiqlərə əl atıblarö Onlar əməllərini indi də davam etdirirlər.

Hər hansı mübahisəli,qaranlıq məqamlara şikayətçi mənimlə üzləşmədə, bizə məxsus mobil telefonlarına qarşılıqlı baxış ilə aydın qətirmək olar və yaxınlarda təşkil edəcəyimiz mətbuat konfransı vasitəsi ilə mənə qarşı bütün şər-böhtanları təkzib edən əks sübutlarla aydınlıq gətirəcəyəm. Mənə qarşı məqsədli təşkil olunmuş qarayaxma kampaniyasından fərgli olaraq kimsəni alçaldacaq, şəxsiyyətinə toxunacaq açıqlama ilə çıxış etmək niyyətində deyiləm.

Elə məqamlar var ki, bizim mentalitetə uyğun gəlmir. Həm də öz abırıma sığdırmadığından susmağa davam edəcəkdim. Ancaq görəndə ki mən susduqca mənə qarşı əsassız böhtanlar və ittihamlar artmaqda davam edir.

Bu gündən etibarən mənə qarşı edilmiş və ya ediləcək böhtan və şər xarakterli məlumatlar tərəfimdən davamlı olaraq yayılanacaqdır.

"Artıq susmayacağam" - model Razinin keçmiş sevgilisi ilk dəfə danışdı - FOTOHazırda istintaqı yekunlaşmış cinayət işinin mənim vəsatətim əsasında yenilənmiş və mötəbər sübutu olmadan, mobil telefonlara baxış keçirilmədən, yalnız qərəzli ifadə əsasında verilşmiş ittihamların ləğv olunmasına, habelə ədalətli, adekvat və müvafiq tədbirlərin Bakı Şəhər Prokurorloğu və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən həyata keçiriləcəyinə umid edirəm./milli.az


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2458   Tarix: 01 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.