"Bu görüş Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasına xidmət etməlidir" - Şərh
"Dünən keçirilən Azərbaycanın Qazax rayonunun Ermənistanın İcevan rayonu ilə sərhədində delimitasiya komissiyasının iclasında uzun fasilədən sonra rəsmiləri arasında təkbətək görüşlər bərpa olunub. Üçüncü tərəf qatılmadığından bu formatın daha faydalı olacağı istisna edilmir".
Bu sözləri BiG.AZ-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.
"Bu görüşlər yekun olaraq, tərəflər arasında sərhədlərin müəyyənləşməsinə, eləcə də sülh sazişinin imzalanmasına və Ermənistan-Azərbaycan normallaşma prosesinin başa çatmasına xidmət etməlidir. Əks halda bu görüşlərin ATƏT təşkil etdiyi çoxsaylı görüşlərdən heç bir fərqi olmayaq. Baş nazir müavinlərinin görüşü sübut edir ki, Azərbaycan ikitərəfli görüşə alternativ görmür. Çünki vasitəçi olmuşlar, yaxud bu rolu oynamaq istəyənlər, demək olar, eyni aktorlardır. Ötən illərin təcrübəsi sübut edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına onların yeni töhfə verəcəyi ehtimalı sıfırdan da aşağıdır. Ceyhun Bayramov vasitəçi məsələsinə münasibət bildirib ki, ATƏT həllin bir parçası olmaq şansına sahib idi, təəssüf ki, bunu itirib". Bu çıxış həm də Avropada vasitəçi olmaq niyyətində olanlara bir ismarış idi".
Qeyd edək ki, noyabrın 30-da Azərbaycanın Qazax rayonunun Ermənistanın İcevan rayonu ilə sərhədində delimitasiya komissiyasının iclası keçirilib. Tərəflər Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər. Tərəflər, həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 738 Tarix: 01 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabahın havası açıqlandı
Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ
12:44 102 Prezident İlham Əliyevin Qlobal Forumda mesajları
Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad
11:55 140 Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
Türkiyəli məşhurların serial, reklam və səhnə fəaliyyətindən qazandıqları sərvət bəlli olub. Onlar milyonlarla lirəlik gəlirlərini daşınmaz əmlaka yatırırlar. Axşam.az xəbər verir ki, "Gel Konuşalım" proqramının məlumatına görə, aktrisa Məryəm Üzərli 320 milyon lirə (təxminən 11 milyon manat
27.10.2026 401 Dəyişdirməyin vaxtı gəldi: payız üçün 5 ideal ətir
Ağ müşk notlarına malik ətirlər populyarlığını qoruyub saxlayır. Müşk tərkibli ətirlər mövsümdən və moda tendensiyalarından asılı olmayaraq universal seçim hesab edilir. xəbər verir ki, payız mövsümündə xüsusilə isti, zərif və rahatlıq hissi yaradan ətirlərə üstünlük verilir. Ağ müşk notları təmiz dəri
27.10.2026 394 Avropa liderləri Putinlə telefon danışığı apardılar
Finlandiya Prezidenti Aleksandr Stubb, Norveçin Baş naziri Yonas Qar Störe və Rusiya lideri Vladimir Putin telefon danışığı zamanı Ukraynada müharibənin dayandırılması və danışıqların bərpası istiqamətində diplomatik səyləri müzakirə ediblər. Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Prezidentini
27.10.2026 337 Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə
"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa
11:17 160 "Subay vaxtımda bunu edirdim"
Müğənni Elnur Məmmədov ad günü ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "10+" layihəsində danışıb. O bildirib ki, hər yeni yaşını ailəsi ilə birlikdə keçirməyə üstünlük verir:. "Ən bahalı hədiyyəni ad günümdə özüm özümə alıram. Hər yaşımın üstünə yaş gəldikc
27.10.2026 378 Sakinlər "Osmanlı hamam"ının fəaliyyətindən şikayətçidir (VİDEO)
Paytaxtın Yasamal rayonu Əsəd Əhmədov küçəsi 2 ünvanında yaşayan sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən narazıdırlar. Sakinlər deyirlər ki, gecələr generatorun səsi, gündüzlər isə tüstü onları narahat edir. Ərazidə olarkən öyrəndik ki, bu problem tez-tez təkrarlanır. İddialar
10:09 192 "Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama
"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır
12:00 164