Azərbaycana daha bir neçə zubr gətirildi
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-nin Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində 24 noyabr 2023-cü il tarixində Azərbaycana Almaniyadan 10 zubr gətirilib.
Yeni gətirilən zubrlar bir müddət volyer şəraitində saxlanacaq, adaptasiya dövrünü keçdikdən sonra Şahdağ Milli Parkının ərazisinə buraxılacaqlar.
Qeyd edək ki, 2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan ofisi tərəfindən intensiv iş aparılır. IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib.
2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Niderlanddan Azərbaycana zubrlar gətirilir. Belə ki, 2019-cu ildə 12 baş, 2020-ci ildə beş baş, 2021-ci ildə doqquz baş, 2022-ci ildə isə 10 baş zubr ölkə ərazisinə gətirilib. Təbii artımla birlikdə hazırda Şahdağ Milli Parkının ərazisində zubrların sayı 61-ə çatıb.
Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur.
Ölkəmizə gətirilən zubrların daim nəzarətdə saxlanılması üçün boyunlarına GPS xaltalar taxılır. Zubrlar sözügedən ərazidə iki il müddətində adaptasiya keçdikdən sonra hərəkət trayektoriyalarının izlənilməsi və sonrakı mərhələdə həyat tərzləri haqqında məlumatların toplanılması məqsədilə boyunlarına GPS cihazları quraşdırılmış boyunbağılarla vəhşi təbiətə buraxılırlar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 625 Tarix: 25 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşElton Conun illərdir gizli qalan vərdişi üzə çıxdı - dostu danışdı
Dünya şöhrətli müğənni Elton Con ilə uzun illər əməkdaşlıq edən söz yazarı Bernie Taupin onların gənclik illərindən maraqlı bir xatirəni bölüşüb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Taupin Elton Conla birlikdə yaşadıqları ilk dövrlərdə baş verən qeyri-adi hadisəni danışıb. Onun sözlərin
15:04 173 Sabahın havası açıqlandı
Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ
12:44 227 Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdi
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı dünyadakı ikili standartlar siyasətinin yolverilməzliyini vurğuladı. Dövlətimizin başçısının mövcud xüsusda üzərində dayandığı başlıca məqam isə budur: ikili standartlar siyasətindən imtina müxtəlif müharibə və münaqişələri
11:57 311 İkili standartlar beynəlxalq ədalətə əsas təhdiddir
"Müasir beynəlxalq münasibətlər sisteminin dərin ziddiyyətlər, artan geosiyasi rəqabət və qlobal təhlükəsizlik mexanizmlərinin zəifləməsi ilə səciyyələnən mürəkkəb mərhələdən keçdiyini deyə bilərik". Bunu BİG.AZ-a açıqlamasında politoloq Mətin Hüseynov bildirib. "Beynəlxalq hüququn aliliyini
11:10 183 Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is
10:26 236 Ölkə başçısı beynəlxalq Forumdakı çıxışında mühüm mesajlar verdi
200-dən çox nümayəndənin qeydiyyatdan keçdiyi, 100 ölkədən 300 xarici qonağın iştirak etdiyi Bakı Forumunun təkcə elə siyasi statistikası Azərbaycanın bu platformada qazandığı nüfuzun coğrafiyasının və çəkisininin göstəricisidir. Budəfəki devizi "Ortaq gələcək naminə dialoq" olan Ümumdüny
10:21 250 Ölkəmiz növbəti dəfə mötəbər toplantıya ev sahibliyi etdi
Oktyabrın 27-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı v
11:40 280 "Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir"
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı uzun illər susduğu xatirələrini qələmə alıb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. X. Hidayətqızı Mehdiyevlə qarşıdurmasını
15:27 215 Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemini
16:55 95