Bu dönərxanalar da bağlandı - Siyahı

Bu dönərxanalar da bağlandı - SiyahıAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlərin növbəti nəticələrini açıqlayıb.

AQTA-dan "Qafqazinfo"ya verilən məlumata görə, noyabr ayının ilk ongünlüyündə keçirilən monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsində uyğunsuzluq aşkarlanmış aşağıda adları qeyd olunan dönərxanalarda Agentliyin müfəttişləri tərəfindən növbəti plandankənar yoxlamalar həyata keçirilib:

- Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 7A ünvanında fəaliyyət göstərən dönərxana;

- Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində (160 nömrəli marşrut xəttinin son dayanacağı) fəaliyyət göstərən "Kral Dönər";

- Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 2 ünvanında fəaliyyət göstərən "Stop Dönər";

- Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 122 ünvanında fəaliyyət göstərən dönərxana;

- Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 74 ünvanında fəaliyyət göstərən "Şaurma" restoranı;

- Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Z.Əliyev küçəsi 27Q ünvanında fəaliyyət göstərən "Doneritto" restoranı;

- Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında fəaliyyət göstərən "Dönər Storm";

- Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, Sədərək TM, Zona 3, korpus 15, mağaza 127 ünvanında fəaliyyət göstərən "Ordubad" kafesi.

Yoxlama zamanı qida blokunda çalışan işçi personaldan, qidaların hazırlanması sahələrində səthlərdən, alət və ləvazimatlardan, doğrama lövhələrindən, dönər şişlərindən, "Çiy toyuq əti dönəri", "Çiy mal əti dönəri", "Bişmiş toyuq əti dönəri", "Bişmiş mal əti dönəri" və digər məhsullardan nümunələr götürülüb. Müayinələr nəticəsində "S.Aureus", "E.Coli", "Salmonella" aşkarlanıb.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda qida obyektlərində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 807   Tarix: 24 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ölkəmiz növbəti dəfə mötəbər toplantıya ev sahibliyi etdi

Oktyabrın 27-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı v

11:40 280
.

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub. Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasını

13:03 523
.

Azərbaycanın multikulturalizm modeli dünyanın diqqətindədir

Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı multikulturalizm anlayışına və onun müasir dünyada üzləşdiyi çağırışlara fərqli prizmadan baxmaq üçün mühüm fürsətdir. XX əsri

11:45 263
.

Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı

"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin

11:54 208
.

Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin

14:22 220
.

İlham Əliyev çexiyalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev çexiyalı həmkarı Petr Pavelə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubun mətnində deyilir:. "Hörmətli cənab Prezident,. Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:30 95
.

"Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama

"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır

12:00 293
.

Xuraman Əlizadəyə ağır itki

Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!

17:07 108
.

İntihar baş verən məktəbə psixoloqlar cəlb olunub

Bu gün Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.D.-nin intihar etməsi ilə bağlı xəbər vermişdik. "Qafqazinfo" xəbər verir ki, hadisədən sonra Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələr

16:50 124
.