"Foreign Affairs"dən Ukraynaya hərbi əməliyyatları dondurmaq barədə mesaj

"Foreign Affairs"dən Ukraynaya hərbi əməliyyatları dondurmaq barədə mesajABŞ-nin məşhur "Foreign Affairs" jurnalı ölkəsində ən nüfuzlu xarici siyasət jurnallarından biri hesab olunur.

Uzun tarixi ərzində jurnal öz səhifələrində bir sıra vacib hesab olunan məqalələri, o cümlədən Corc Kennanın 1947-ci ildə nəşr olunmuş "Х Article" yazısını, həmçinin 1993-cü ildə nəşr olunan Samuel Hantinqtonun "Sivilizasiyaların toqquşması" adlı məqaləsini dərc etmişdir.

İndi də bu mötəbər nəşr Ukraynaya proqram xarakterli istiqamət verir: Rusiyanı məğlub etməyin mümkünsüzlüyü ilə barışmaq və aktiv hərbi əməliyyatları dondurmaq.

"Atəşkəs insanların həyatını xilas edəcək, iqtisadiyyatın bərpasına başlamağa imkan verəcək, Ukraynaya daxil olan qərb silahlarını döyüş meydanında tez xərcləməkdənsə, onları Ukraynanın uzunmüddətli təhlükəsizliyinə sərmayə qoymağa imkan yaradacaq.
Atəşkəsin dəqiq şərtləri - vaxt, təmas xəttinin dəqiq yeri, silah və qüvvələrin çıxarılması prosedurları, monitorinq və icra müddəaları geniş beynəlxalq nəzarət altında, BMT-nin yaxud da Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatınln (ATƏT) himayəsi altında işlənilib hazırlanmalıdır. Bunu müəlliflər - Amerika Beynəlxalq Əlaqələr üzrə Şurasının keçmiş prezidenti, "Centerview Partners"ın baş məsləhətçisi Riçard Natan Has və Corctaun Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, Barak Obama administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında Avropa məsələləri üzrə baş direktor vəzifəsində çalışıb Çarlz Kupçan tövsiyə edir" – deyə dərc olunan materialda qeyd olunur.

"Ukraynanın Qərbdəki dostları ukraynalılar üçün acı həbi şirinləşdirə bilər və şirinləşdirməlidir. ABŞ və NATO-nun bəzi üzvləri (Ukraynanın dostları koalisiyası) təkcə uzunmüddətli iqtisadi və hərbi yardım göstərmək deyil, həm də Ukraynanın müstəqilliyini təmin etmək öhdəliyini götürməlidirlər. Bu öhdəlik NATO Müqaviləsinin bir üzvün "ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi" üçün təhlükə yarandıqda dərhal məsləhətləşməni nəzərdə tutan 4-cü maddəsinə əsaslanmalıdır. Bu yaxınlarda Kiyevlə üzvlük danışıqlarına başlamaq niyyətini açıqlayan Avropa İttifaqı Ukraynanın Aİ-yə daxil olması üçün vaxt cədvəlini qısaltmalı, Ukraynaya xüsusi razılaşma təklif edərək Aİ-nin işini asanlaşdırmalıdır. Qərb müttəfiqləri də açıq şəkildə bildirməlidirlər ki, Rusiyaya qarşı sanksiyaların əksəriyyəti Rusiya qoşunları Ukraynanı tərk edənə qədər qüvvədə qalacaq və onlar Ukraynaya danışıqlar masası arxasında ərazi bütövlüyünü bərpa etməyə kömək edəcəklər" – "Foreign Affairs" vurğulayır.

"Tamamilə mümkündür ki, ABŞ-da 2024-cü il prezident seçkilərindən sonra qarşılıqlı formada razılaşdırılmış atəşkəs və sonrakı ərazi danışıqları üçün perspektivlər nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq. Əgər qalib gələn tərəf davamlı transatlantik həmrəyliyə və Ukraynanın təhlükəsizliyini və suverenliyini təmin etmək üçün gələcək səylərə sadiq olacaqsa, o zaman Putinin vaxtın Rusiyanın xeyrinə işləməsinə inanmağına heç bir əsası olmayacaq. Ancaq hələ ABŞ-dəki seçkilərə tam bir il var və onlar elə bir nəticəyə gətirib çıxara bilər ki, Ukrayna məğlub duruma düşər. Nə Vaşinqton, nə də Kiyev belə bir riskə getməməlidir. ABŞ siyasi-hərbi reallıqları əks etdirən yeni strategiyaya keçid üçün indi Ukrayna ilə işləməlidir. Fərqli davranmaq - Ukraynanın gələcəyi ilə ağılsız risk hərəkət etmək demək olacaq" – deyə bildirib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 573   Tarix: 19 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemini

28.10.2026 273
.

Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdi

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı dünyadakı ikili standartlar siyasətinin yolverilməzliyini vurğuladı. Dövlətimizin başçısının mövcud xüsusda üzərində dayandığı başlıca məqam isə budur: ikili standartlar siyasətindən imtina müxtəlif müharibə və münaqişələri

28.10.2026 381
.

Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək

Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, ​"boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda

28.10.2026 348
.

Xuraman Əlizadəyə ağır itki

Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!

28.10.2026 399
.

Qlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib

Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is

28.10.2026 150
.

Niyə bu sabunun üzərinə 72 faiz yazılır?

Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi

28.10.2026 281
.

Ermənistan parlamenti Zəngəzur marşurutunu təsdiqlədi

Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə sazişi təsdiqləyib. Ermənistan mediasının xəbərinə görə, parlament "Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında" çərçivə sazişini ratifikasiya edib. 63 nəfər lehinə

28.10.2026 221
.

Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin

28.10.2026 311
.

WhatsApp fırıldaqçılığı: Özünüzü necə qorumalısınız?

WhatsApp vasitəsilə həyata keçirilən sosial mühəndislik və kiberdələduzluq halları istifadəçilər üçün ciddi təhlükə yaradır. Fırıldaqçılar insanların etibarından sui-istifadə edərək pul əldə etməyə, şəxsi məlumatları ələ keçirməyə və hesabları mənimsəməyə çalışırlar. Belə hallardan qorunmaq üçün təhlükəsizli

28.10.2026 316
.