Paytaxtda qeyri-adi oğurluq hadisəsi baş verib
Bakıda qeyri-adi oğurluq hadisəsi baş verib. Belə ki, özünü "Azəriqaz"ın əməkdaşı kimi təqdim edən şəxs taksi sürücüsündən danışmaq üçün telefonu istəyib. Həmin şəxs telefonla danışa-danışa anidən qaçmağa başlayıb.
Zərərçəkmiş Vasif Məmmədov Oxu.Az-a açıqlamasında hadisənin metronun "Koroğlu" stansiyasının ətrafında baş verdiyini deyib:
"Axşam saatlarında bir nəfər maşına əyləşərək Binə qəsəbəsinə getmək istədiyini dedi. Özünü "Azəriqaz"ın əməkdaşı kimi təqdim edirdi. Qəsəbədə bir neçə ünvanda dayandıq. Daha sonra "Koroğlu" stansiyasına gəldik. Metroya çatanda telefonumu istədi ki, zəng vursun. Mən də verdim. Danışa-danışa maşından düşdü. Anidən qaçmağa başladı. Maşını pis yerdə saxladığım üçün arxası ilə qaça bilmədim".
Vasif Məmmədovun sözlərinə görə, həmin şəxs Binə qəsəbəsində qaz borcu çox olan abonentləri tanıyırdı. "Orada qaza çox borcu olan sakinlərdən pul aldı. Bir qadından 60 manat aldığını dəqiq bilirəm".
Qeyd edək ki, hadisə anı təhlükəsizlik kameralarına düşüb.
Zərərçəkmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 920 Tarix: 18 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523