Həyatı dəstəkləyə biləcək daha səkkiz planet tapıldı
TESS kosmik teleskopu artıq qalaktikamızda müxtəlif növ, kütlə və ölçülərdə bir neçə min ekzoplanet aşkar edib. Astronomlar qrupu teleskop məlumatlarını təhlil edərək super Yerlər kateqoriyasına aid olan səkkiz yeni planetin müəyyən edildiyini açıqlayıb.
Lent.az xəbət verir ki, TESS teleskopu günəş sistemimizdən kənarda olan planetləri axtarmaq üçün xüsusi hazırlanıb. Hazırda alimlər 400 planetin mövcudluğunu təsdiqləyiblər və daha 6000-ə yaxın obyekt ekzoplanet statusuna namizəd hesab olunur. Bu böyük siyahı arasında bir qrup alim Yerə bənzər ölçüdə səkkiz planet kəşf edib. Onların hamısı Yerlər sinfinə aiddir, yəni ölçüləri bir qədər böyükdür və kütlələri Yerin kütləsindən bir neçə dəfə çox ola bilər.
Bu planetlərin adları verilmiş, onların ölçüləri və kütlələri alimlər tərəfindən müəyyən edilib. Onlardan bəzilərini təqdim edirik:
TOI-238b: Planetin kütləsi Yerdən 3,6 dəfə, diametri isə 1,6 dəfə böyükdür.
TOI-771b: Yerin kütləsindən 2,8 dəfə və ölçüsündən 1,4 dəfə böyükdür.
TOI-871b: Yerin kütləsindən 3,8 dəfə və ölçüsündən 1,6 dəfə böyükdür.
TOI-1467b və TOI-2068b: Yerin kütləsindən 4,4 dəfə və ölçüsündən 1,8 dəfə böyükdür.
TOI-1739b: Yerin kütləsindən 4 dəfə və ölçüsündən 1,7 dəfə böyükdür.
TOI-4559b: Yerin kütləsindən 2,7 dəfə və diametrindən 1,4 dəfə çoxdur.
TOI-5799b: Yerdən 3,7 dəfə, diametri isə 1,6 dəfə böyükdür.
Alimlər mühüm xüsusiyyətlərə malik olduqları üçün daha ətraflı tədqiq edilməli olan planetləri də müəyyən ediblər. Astronomlar hesab edirlər ki, onlar müəyyən ölçülü planetlərin olmamasını izah etməyə kömək edə bilər. Hal-hazırda ölçüləri 1,5 və 2 Yer diametri arasında olan ekzoplanetlər haqqında çox az şey məlumdur. Bu, çox güman ki, bu planetlərin öz ulduzlarından güclü radiasiyaya məruz qalması və nəticədə atmosferin itirilməsi ilə bağlıdır.
Alimlər mövcud məlumatlar əsasında bu səkkiz super-Yerin atmosferlərinin modellərini yaratmışlar və nəticələr maraqlıdır. Təhlil planetlərdə karbon qazı, su və metanın olduğunu göstərir. Metanın olması həyatın mümkünlüyünü göstərə bilər. Ancaq bu həmişə belə deyil. Astronomlar bu yeni planetlərin atmosferini daha ətraflı öyrənmək üçün Uebb Kosmik Teleskopunda gələcək alətlərdən istifadə etməyə ümid edirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 706 Tarix: 08 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək
2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü il
28.10.2026 299 Moskva Berlinin hərbi bəyanatlarına münasibət bildirib
Berlindəki Rusiya səfirliyi Bundesverin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Andreas Kühnenin Almaniyanın xüsusi təyinatlı qüvvələrinin mümkün münaqişəyə hazırlığı ilə bağlı açıqlamalarına münasibət bildirib. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Rusiya diplomatik nümayəndəliyinin təmsilçilər
10:43 67 Sevgilisi olmayanlara TƏKLİF - Finlandiyada istirahət edə biləcəksiniz
Finlandiya sevgilisi olmayan şəxslərə qeyri-adi səyahət təklif edir. Müxtəlif ölkələrdən seçiləcək 16 iştirakçı dördgünlük qastronomik səfərə yollanacaq və yerli subaylarla şam yeməyində tanış olacaq. Səfərin bütün xərclərini təşkilatçılar qarşılayacaq. xarici mediaya istinadla xəbər verir ki, layihəni
28.10.2026 356 2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 28-i saat 18 radələrində Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini 2024-cü il təvəllüdlü Atilla Vasif oğlu İsmayılov qonşunun evində pilləkəndən yıxılaraq ölüb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğund
10:20 106 WhatsApp fırıldaqçılığı: Özünüzü necə qorumalısınız?
WhatsApp vasitəsilə həyata keçirilən sosial mühəndislik və kiberdələduzluq halları istifadəçilər üçün ciddi təhlükə yaradır. Fırıldaqçılar insanların etibarından sui-istifadə edərək pul əldə etməyə, şəxsi məlumatları ələ keçirməyə və hesabları mənimsəməyə çalışırlar. Belə hallardan qorunmaq üçün təhlükəsizli
28.10.2026 433 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası - 1969-cu il təvəllüdlü Səadət Dadaşova 2023-cü ilin avqust ayında qatar vurması nəticəsində həyatını itirib
28.10.2026 469 Elton Conun illərdir gizli qalan vərdişi üzə çıxdı - dostu danışdı
Dünya şöhrətli müğənni Elton Con ilə uzun illər əməkdaşlıq edən söz yazarı Bernie Taupin onların gənclik illərindən maraqlı bir xatirəni bölüşüb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Taupin Elton Conla birlikdə yaşadıqları ilk dövrlərdə baş verən qeyri-adi hadisəni danışıb. Onun sözlərin
28.10.2026 301 Ankara Qara dənizdə gəmilərə hücumlarla bağlı xəbərdarlıq edib
Türkiyənin müdafiə naziri Yaşar Gülər Qara dənizdə gəmilərə qarşı həyata keçirilən hücumlardan narahatlığını ifadə edərək Rusiya və Ukraynanı "ağıllı davranmağa" çağırıb. xəbər verir ki, bu barədə "Reuters" agentliyi nazirin açıqlamasına istinadən məlumat yayıb. "Hər iki tərəf
11:03 3 Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət
28.10.2026 311