Qarabağ Dirçəliş Fondu və "Azərlotereya" "Hər şey Qarabağ üçün" şüarı altında birgə layihəyə start verdilər

Qarabağ Dirçəliş Fondu və "Azərlotereya" "Hər şey Qarabağ üçün" şüarı altında birgə layihəyə start verdilərQarabağ Dirçəliş Fondu (QDF) və "Azərlotereya" ASC-nin təşkilatçılığı ilə "Hər şey Qarabağ üçün" şüarı altında yeni layihəyə start verilib.

Layihənin təqdimatına həsr olunan tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, millət vəkili, Fondun Müşahidə Şurasının üzvü Fatma Yıldırım, Xalq artisti, Fondun Müşahidə Şurasının üzvü Alim Qasımov, "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, eləcə də QDF-nin donorları və partnyorları, televiziya və radio rəhbərləri, dövlət qurumlarının əməkdaşları və media nümayəndələri iştirak ediblər.

İlk olaraq adıçəkilən qurumlar arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində işğaldan azad edilən ərazilərin bərpasına və dirçəlişinə dəstək olmaq üçün birgə layihələrin həyata keçirilməsi, iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Tədbirin əvvəlində Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə təməlini qoyduğu və açılışını etdiyi obyektlərə, ümumilikdə həmin ərazilərdə aparılan bərpa və quruculuq işlərinə həsr olunan videoçarx nümayiş etdirilib.

Daha sonra layihəyə həsr edilən "Nə şanslıyam?!" adlı videoçarx və www.forkarabakh.az saytının təqdimatı nümayiş olunub.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək Fondun işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi layihələrin icrasında donorların dəstəyinin əhəmiyyətini vurğulayıb və Fondla yaxından əməkdaşlıq edən bütün donorlara təşəkkürünü bildirib.

İdarə Heyətinin sədri bildirib ki, uzun müddət ərzində davam edəcək layihənin məqsədi işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə dəstək vermək üçün ölkəmizdə insanlar arasında ianəçilik mədəniyyətinin təşviqi, daha çox insanın bu prosesə cəlb olunmasıdır:

"Layihə çərçivəsində "Azərlotereya" ASC tərəfindən keçirilən tirajlı lotereya ("Meqa 5/36", "4+4" və "Super Keno") biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. Belə ki, tirajlı lotereya bileti alan hər kəs bu xeyriyyə kampaniyasının iştirakçısı kimi yalnız uduş əldə etmək imkanı qazanmayacaq, həm də işğaldan azad edilən ərazilərin, doğma Qarabağımızın bərpasına dəstək olacaq. Dünyada bu cür təcrübələr kifayət qədər çoxdur. İstəyərdik ki, bu ənənə ölkəmizdə də geniş yayılsın və daha çox insan Qarabağın bərpasına töhfə versin".

"Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş da "Hər şey Qarabağ üçün" layihəsinin həmrəyliyimizin bariz nümunəsi olduğunu vurğulayıb.

"Nə şanslıyıq ki, Qarabağımızı birgə dirçəldirik" deyən Osman Karakuş da kampaniyanı yüksək qiymətləndirərək bu şanlı yolda vətəndaşlarımızı Fonda dəstək olmağa çağırıb. O, "Azərlotereya"nın bu amal uğrunda hər zaman çalışacağına və tezliklə Qarabağın ən inkişaf etmiş regionlar sırasında olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, "Hər şey Qarabağ üçün" layihəsi çərçivəsində ilk lotereyanın tirajı 8 noyabr - Zəfər Gününə təsadüf edəcək.

Kampaniya barədə daha ətraflı məlumatı forkarabakh.az saytından əldə edə bilərsiniz.

Qarabağ Dirçəliş Fondu və "Azərlotereya" "Hər şey Qarabağ üçün" şüarı altında birgə layihəyə start verdilərQarabağ Dirçəliş Fondu və "Azərlotereya" "Hər şey Qarabağ üçün" şüarı altında birgə layihəyə start verdilərQarabağ Dirçəliş Fondu və "Azərlotereya" "Hər şey Qarabağ üçün" şüarı altında birgə layihəyə start verdilərQarabağ Dirçəliş Fondu və "Azərlotereya" "Hər şey Qarabağ üçün" şüarı altında birgə layihəyə start verdilərQarabağ Dirçəliş Fondu və "Azərlotereya" "Hər şey Qarabağ üçün" şüarı altında birgə layihəyə start verdilərQarabağ Dirçəliş Fondu və "Azərlotereya" "Hər şey Qarabağ üçün" şüarı altında birgə layihəyə start verdilərQarabağ Dirçəliş Fondu və "Azərlotereya" "Hər şey Qarabağ üçün" şüarı altında birgə layihəyə start verdilər


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 663   Tarix: 07 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?

Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ

11:41 95
.

Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr

28.10.2026 352
.

Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər

Yəmənin qərbinə nəzarət edən husilər çərşənbə günü Səudiyyə Ərəbistanının dəstəklədiyi və beynəlxalq səviyyədə tanınan hökumətin yerləşdiyi Ədən şəhərinin hava limanının dərhal boşaldılmasına çağırıblar. Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, husilərin sözçüsü Yəhya Səri "X" sosia

28.10.2026 322
.

"Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir"

Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı uzun illər susduğu xatirələrini qələmə alıb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. X. Hidayətqızı Mehdiyevlə qarşıdurmasını

28.10.2026 475
.

Niyə bu sabunun üzərinə 72 faiz yazılır?

Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi

28.10.2026 379
.

Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, paylaşımda deyilir:. "Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

10:49 138
.

Xuraman Əlizadəyə ağır itki

Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!

28.10.2026 505
.

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy

28.10.2026 327
.

Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək

Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, ​"boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda

28.10.2026 437
.