Arvadını amansızlıqla öldürən şəxs: "Nə qədər bıçaq zərbəsi endirdiyimi bilmədim"

Arvadını amansızlıqla öldürən şəxs: "Nə qədər bıçaq zərbəsi endirdiyimi bilmədim"Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qusarda arvadını bıçaqlayaraq öldürməkdə təqsirli bilinən Farik Mollayevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı Oksana Mollayeva hadisədən bir müddət qabaq qonşu qadınlarla birlikdə işə getmək istəyib və o, buna razılıq verib:

"O, işə getdikdən təxminən bir ay sonra gördüm ki, gizlincə telefonla danışır. Kiminlə danışdığını soruşduqda o, bacısı olduğunu söylədi. Bacısı ilə nə səbəbə gizlində danışdığını, onun yanında danışmadığını soruşduqda isə arvadı öz aralarında söhbət olduğunu bildirib. Təxminən 3-4 dəfə aramızda da bu mövzuda dialoqlar oldu.

Sonra mənə iş təklifi gəldi, Oksanaya dedim ki, sən daha işə getmə, özüm işləyəcəyəm. Razılaşmadı, işdən qalmayacağını söylədi. Sonra bir dəfə gecə saat on ikinin yarısı arvadım mənə bildirdi ki, eyvanda yatacaq, mən də uşaqlarla otaqda yatım. Birdən qapı səsi eşitdim. Düşündüm ki, yəqin o, çölə çıxıb. Təxminən yarım saat keçdikdən sonra arvadımın qayıtmadığını görüb eyvana baxdım. Onu orada görmədim. Anasına zəng edib Oksananın onlarda olduğunu soruşdum, gəlmədiyini bildirdi.

Sonra gecə dördün yarısı qayınanam zəng eləyib həyat yoldaşımın onlarda olduğunu bildirdi. Oksananın evdən anasıgilə piyada şəkildə getdiyinə inanmadım. Çünki bizim evdən onlara on dörd kilometr məsafə var. Bundan sonra qayınanamgilə getdim, onu götürüb evə gəldim. Onun yenidən işə getməsinə razılıq verdim. Sonra dostumla bizim evdə oturub bir az spirtli içki qəbul etdik. Arvadım yeməyi gətirib stolun üzərinə qoydu. Həmin vaxt onun yenə kiminləsə telefonda danışdığını düşündüm.

Oksana bayıra çıxdıqdan təxminən iyirmi dəqiqə sonra çölə çıxdım. Uşaqlar oyun oynayırdı. Onlara analarının harada olduğunu soruşduqda isə qadının evin arxa tərəfinə getdiyi söylədilər. Həyat yoldaşımın yanına getdim. Yenə gizlin şəkildə telefonla danışırdı. Dərhal telefonu əlindən aldım, bu zaman kiməsə "oldu, can" sözünü dediyini eşitdim. O, telefonun məndə qalmasına icazə vermədi. Həmin vaxt anladım ki, arvadım telefonda pis şeylərlə məşğuldur.
Evə qayıtdıq, qonağa evinə getməsini, bizdə vacib problem olduğunu bildirim. Qonaq getdikdən sonra Oksananı ayrı otağa çağırdım. Ondan telefonda danışdığı şəxslə aralarında intim əlaqə olub-olmadığını soruşdum. O, əvvəl bunu inkar etdi. Ona düzünü deməsini söyləyərək təkid etdim. Sonra telefonda danışdığı şəxslə intim əlaqəsinin olmasını boynuna aldı, özümü çox pis hiss etdim. Bayıra çıxıb bir qədər gəzdim.

Qayıdan zaman qarpız kəsmək üçün istifadə etdiyim bıçağı gördüm. Otağa girəndə gördüm ki, Oksana qızımla birlikdə, oğlum isə ayrı yatıb. Bıçaqla arvadımın yanına getdim. Həmin vaxt onu yatan yerdə boynundan vurmaq istədim. Sonra uşaqların yanında belə hərəkət etməməyi düşündüm.

Bundan sonra digər otağa gedərək bıçağı yastıqların altına qoydum. Arvadımı da ora çağırdım. Ona bu söhbəti burada bitirməklərini dedim. Yenə də intim söhbətini soruşdum. Bu zaman Oksana mənə bu söhbəti bağlamağımı istədi. Həmin vaxt özümü əskilmiş kimi hiss etdim, otağın qapısını bağladım, bıçağı götürmək üçün yastığın yanına yaxınlaşdım. Ora bir metr qalmış sanki arvadım nəsə hiss elədi, əlləri ilə üzünü qorudu.

Bıçağı götürəndə Oksana qışqırmağa başladı. Qışqıran zaman mənə qarşı nalayiq, təhqiredici ifadə işlətdi. O, "it oğlu, məni öldürmək istəyirsən?" dedi. Bu söz mənə pis təsir etdi və onu bir dəfə bıçaqla vurdum. Yenə məni söydü. Nə qədər bıçaq zərbəsi endirdiyimi bilmədim. Zərbələrdən sonra Oksana yerə uzandı, bıçağı yerə atdım. Hadisədən sonra qardaşıma zəng etdim".

Qeyd edək ki, hadisə Qusarın Piral kəndində baş verib. Kənd sakini, 44 yaşlı Farik Pakiddin oğlu Mollayev həyat yoldaşı 34 yaşlı Oksana Minbər qızı Mollayevanı bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, 17 bıçaq zərbəsi alan qadın elə hadisə yerində keçinib. Cinayəti törətməkdə şübhəli bilinən Farik Mollayev polis əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 561   Tarix: 05 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zelenski ABŞ senatorları ilə görüşəcək, Rusiyaya qarşı sanksiyalar səsverməsi gözlənilir

Senatın iki köməkçisi bildirib ki, ABŞ Senatının bütün 100 üzvü çərşənbə axşamı axşamı mərhum respublikaçı senator Lindsi Qrahamın dəfn mərasimində iştirak etmək üçün Vaşinqtona səfər edən Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşə dəvət olunub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, köməkçilərdə

12:39 177
.

Qarabağın 3 rayonunda güclü yanğınlar başladı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub. Qaynarinfo xəbər verir ki, məlumatlarla əlaqəda

17:16 49
.

Sibir vulkanları çoxlu miqdarda CO2 buraxdı: Bu, Yerdə həyatı necə dəyişdirdi?

Təxminən 252 milyon il əvvəl Yer tarixində ən böyük kütləvi məhvolma hadisəsi baş verib və dəniz canlılarının təxminən 90 faizi məhv olub. Qaynarinfo xəbər verir ki, bu barədə "Space Daily" nəşri yazıb. Alimlərin fikrincə, bu fəlakət tək bir vulkan püskürməsi ilə deyil, indiki Sibir ərazisind

27.07.2026 266
.

III Çarlz şahzadə Harrini Bukingem sarayında qalmağa dəvət edib

Böyük Britaniya Kralı II Çarlz oğlu şahzadə Harriyə növbəti Britaniya səfəri zamanı Bukingem sarayında qalmağı təklif edib. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, Harri iyul ayında ölkəyə səfəri ərəfəsində atasının eyni təklifini əvvəlcə qəbul etməmişdi. Lakin sonradan fikrini dəyişərək sarayd

14:50 155
.

Antarktidada nəhəng əraziyə heç bir ölkə iddia etmir: Səbəbi nədir?

Antarktidada yerləşən Meri Berd Torpağı bu günə qədər heç bir dövlətin rəsmi ərazi iddiası irəli sürmədiyi ən böyük quru sahələrindən biridir. Qaynarinfo xəbər verir ki, bu regionun unikallığı təkcə ölçüləri ilə deyil, həm də hüquqi statusu ilə bağlıdır. Sahəsi İran və Monqolustandan böyük, Polşada

27.07.2026 272
.

Sabah hava küləksiz olacaq

İyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25 isti, gündüz 31-36 isti olacaq. Atmosfe

14:33 150
.

Günel Zeynalova Mərdəkandakı bağ evinə gedə bilmir

Müğənni Günel Zeynalova Mərdəkanda yerləşən bağ evinə gedib-gəlməkdə çətinlik çəkir. Müğənninin köməkçisi Nəzər Nəzərli Qaynarinfo-ya bildirib ki, buna səbəb bağ evinə aparan yolun yararsız vəziyyətdə olmasıdır:. "Bağ evi Mərdəkanda, Qazmaçılar küçəsində yerləşir. Ora yeni köçmüşük. Ərazidə yolla

14:54 224
.

Vladimir Putin İlham Əliyevə zəng edib

İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, ikitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiy

13:01 219
.

Netanyahu Ağ Evdəki görüşdə Trampa İranın Pikaxe dağındakı yalanının sübutunu göstərəcək

"The New York Post" qəzeti yazıb ki, Netanyahunun Trampa İran rejiminin münaqişənin diplomatik yolla həllində maraqlı olduğunu yalan danışdığını göstərməsi gözlənilir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, "New York Post" qəzetinin bazar ertəsi İsrail mənbəsinə istinadə

12:56 170
.

TOP MP3