"Xankəndidə ikinci Zəfər muzeyi ilə yanaşı, orada böyük bir kitabxana, arxiv idarəsi yaradılsın" - ŞƏRH

"Xankəndidə ikinci Zəfər muzeyi ilə yanaşı, orada böyük bir kitabxana, arxiv idarəsi yaradılsın" - ŞƏRHTorpaqlarımız işğaldan azad edilmə prosesi başa çatdıqdan sonra, Azərbaycan ordusunun misilsiz qəhrəmanlığını və tarixi qələbəsini nümayiş etdirmək üçün Vətən Müharibəsi Memorial Kompleksinin və Qələbə Muzeyinin, Hərbi Qənimət Parkının əsası qoyuldu. Zəfər Ermənistan ordusunun necə məhv edildiyini sübut etməklə yanaşı, illərlə Ermənistan ordusunda və onun rəhbərlərində məğlubedilməzlik mifini yaradan acınacaqlı halları bütün çılpaqlığı ilə ortaya qoyur.İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə Xankəndidə ikinci Zəfər muzeyi açıla bilər?

Movzu ilə bağlı siyasi şərhçi Sədrəddin Soltan BiG.AZ-a açıqlama verib. Azərbaycanın hər yerində Zəfər muzeyi açıla bilər:

"Çünki ölkənin hər kəndinin bu Zəfərin qazanılmasında əməyi var. Azərbaycanın elə bir rayonu, şəhəri yoxdur ki, orada şəhid olmasın. Xankəndidə muzeyin açılması da mümkündür. Bu şəhər həm də uzun illər Azərbaycandan uzaq düşüb. Burada muzeyin, yaxud qələbənin, şəhidlərin. qaziləri xatirəsinin yad edilməsi üçün başqa abidələrin açılması da mümkündür.

Bunun həm tarixi, həm də ərazi bütövlüyün və suverenliyin təmin olunması baxımından əhəmiyyəti var. Belə muzeylərin, mədəni yerlərin açılması gələcək nəsil üçün də tərbiyəvi baxımdan önəmlidir".

"Xankəndidə ikinci Zəfər muzeyi ilə yanaşı, orada böyük bir kitabxana, arxiv idarəsi yaradılsın" - ŞƏRHTarixçi alim Zaur Əliyevin sözlərinə görə, Xankəndidə ikinci Zəfər muzeyinin açılması böyük bir əhəmiyyət daşıyır:

"Xankəndinin özü belə muzeydir. Çünki o xan ailəsi üçün salınmış bir ərazidir. Orada xan ailəsinə məxsus tikililər, evlər olub. Yaranan dövrdən - işğal dövrünə qədər kifayət qədər Azərbaycan və Qarabağ tarixi ilə bağlı olaraq, abidələr, mədəni və qeyri-mədəni irs nümunələri olub. Təsəvvür edin təkcə Xankəndinin 37 məhəlləsinin hər birində bir abidə, məscid, bulaq olub. Bunların mövcud olduğu bir şəhərdə niyə ikinci bir muzey olmasın. Mən hesab edirəm ki, bu daha uğurlu bir addımdır. Ümumiyyətlə Xankəndidə ikinci Zəfər muzeyi ilə yanaşı, orada böyük bir kitabxana, arxiv idarəsi yaradılsın. Qarabağ ilə bağlı olaraq, sənədlər əlyazmalar Xankədinin özündə yerləşdirilsin. İnsanlar tədqiqat və araşdırma üçün Qarabağla bağlı məlumat əldə etmək üçün həm Xankəndiyə ziyarət etsinlər, həm də muzeylə tanış olsunlar. Bununla yanaşı, Xankədinin Qarabağın əsas mərkəzlərindən biri olduğunu bilsinlər".

İşğaldan azad edilmiş torpaqların hər santimetrində ermənilərin ağlasığmaz qəddarlığının, misli görünməmiş cinayətlərinin izlərini görmək olar. Zəfərimizi əsl qalib ölkə kimi nümayiş etdirmək və şəhidlərimizin xatirəsini qoruyub saxlamaq bir xalq olaraq bizim borcumuzdur və böyük şərəfdir.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1760   Tarix: 01 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, oktyabrın 30-

16:12 212
.

İsrailin gələcək siyasi kursunu nə müəyyən edəcək?

"İsraildə seçkilərin nəticələri ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır. İlkin nəticələr göstərir ki, Benyamin Netanyahu siyasi mövqelərini qoruyub saxlayıb və hakimiyyətdə qalmaq imkanlarını itirməyib. Lakin əsas məqam ondan ibarətdir ki, seçkilərdə siyasi üstünlük əld

15:10 200
.

Zəfər Günü və Şuşa: milli iradənin təntənəsi, tarixi ədalətin bərpası və Böyük Qayıdışın strateji əhəmiyyəti

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü dövlətçilik salnaməsinin ən mühüm hadisələrindən biri, Şuşanın azadlığı isə həmin tarixi qələbənin hərbi, siyasi və mənəvi mahiyyətini özündə birləşdirən rəmzdir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmaql

12:58 222
.

Meloninin mümkün istefası İtaliyada siyasi gərginliklə əlaqələndirilir

İtaliyanın Baş naziri Corcia Meloninin mümkün istefası hakim koalisiya daxilində, o cümlədən Ukraynaya hərbi yardımın dayandırılması məsələsi ilə bağlı artan gərginliklə əlaqələndirilir. xəbər verir ki, bu barədə Belluno şəhərindəki UniDolomiti Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə italya

10:34 236
.

Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat XİN-in "X" hesabında paylaşılıb. Bildirilib ki, nazir Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirakı çərçivəsində türkiyəl

12:23 228
.

Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa verildi

Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirilib. Axşam.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O bildirib ki, atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı qızın valideyni yenidə

11:14 273
.

Zəfər tariximizin qüruru, milli birliyimizin və dövlət gücümüzün təntənəsi

Zəfər yalnız hərbi qələbə deyil, həm də bir xalqın milli iradəsinin, sarsılmaz birliyinin, Vətən sevgisinin və tarixi ədalət uğrunda mübarizəsinin təntənəsidir. Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Zəfər ölkəmizin çoxəsrlik dövlətçilik tarixində yeni bir səhifə açdı, xalqımızın milli qürurun

12:15 291
.

Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz

11:33 244
.

Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi

ın baş redaktoru Ülvi Səfərov yazır. Prezident İlham Əliyev oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. Dövlət başçısının əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və sıx iş qrafiki səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətlər

16:37 170
.