2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlandı

2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlandı2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından BiG.AZ-a verilən xəbərə görə, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək. Bu zaman yaz gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir, həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayır.​

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 00:50:56-da daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə) və ən qısa gecə (gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə) olur.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə olacaq.

Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 22-si saat 16:43:36-ya təsadüf edəcək. Bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş düz şərqdə doğub, qərbdə batır.​ Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində yaz fəsli başlayır.

Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.

2023-cü ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i saat 13:20:30-da daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır.​ Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə)​ olur.

Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1029   Tarix: 31 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pezeşkianın ana dili sevgisi: İranda Azərbaycan məktəbləri üçün yeni ümid

Ana dili hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının və mənəvi varlığının ən mühüm dayaqlarından biridir. İnsan öz ana dilində düşünür, duyğularını ifadə edir, xalqının tarixini, mədəniyyətini və ədəbiyyatını gələcək nəsillərə ötürür. Bu baxımdan İranda yaşayan milyonlarla azərbaycanlının öz an

19:30 78
.

Canavarlar ov etmək üçün meşə yanğınlarından istifadə edirlər - Maraqlı kəşf

Alimlər müəyyən ediblər ki, canavarlar meşə yanğınlarından qaçmaq əvəzinə, bəzən alovun yaxınlığına gedərək ov imkanlarından yararlana bilirlər. xarici mediaya istinadən xəbər verir ki, adətən vəhşi heyvanların, xüsusilə yırtıcıların oddan qorxduğu düşünülür. Buna görə də ovçular gecələr vəhşi heyvanlar

18:45 124
.

Ürəyi "öldürən" qidaların qara siyahısı

Gündəlik qidalanma ürək və damar sağlamlığına təsir göstərir. Duz, doymuş yağ və əlavə şəkərlə zəngin məhsulların tez-tez, çox miqdarda istehlakı yüksək təzyiq, xolesterin və artıq çəki kimi risk amillərini artıra bilər. xarici mediaya istinadla kardioloqların öz rasionlarında məhdudlaşdırdıqları qidala

19:45 50
.

Netanyahu üçün fürsət, müxalifət üçün sınaq: İsraildə seçkidən sonrakı mənzərə

İsraildə səslərin 84,5 faizinin hesablanmasından sonra Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blok 54, Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalifət bloku 49 mandat qazanıb. Ərəb partiyalarının isə ümumilikdə 17 mandat əldə etdiyi bildirilir. Bu nəticələrə əsasən, Netanyahu və onun rəhbərli

11:21 226
.

Zəfərdən doğan yeni reallıqlar: Azərbaycan qalib dövlət kimi gələcəyə doğru inamla irəliləyir

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə təkcə hərbi uğur deyil, həm də milli iradənin, güclü dövlətçilik strategiyasının, xalq-ordu birliyinin və müstəqil siyasətin təntənəsidir. 8 Noyabr - Zəfər Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılan, Azərbaycanın siyasi və hərb

12:32 231
.

Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdır

225 nömrəli məktəbdə baş verən faciə məktəb mühitində məsuliyyət, tərbiyə, aqressiya və hüquq anlayışına yenidən nəzər salmağın vacibliyini ortaya qoyur. Bakının 225 nömrəli məktəbində baş verən faciə və ardınca jurnalistlərin çəkiliş qrupuna qarşı törədilən zorakılıq cəmiyyətdə ciddi suallar doğurur

14:59 225
.

8 Noyabr - Zəfər Günü: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi və milli qürur tariximiz

Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin tarixlər təkcə təqvimdə əlamətdar gün kimi deyil, milli yaddaşın, dövlətçilik iradəsinin və xalqın sarsılmaz ruhunun təcəssümü kimi yaşayır. 8 Noyabr - Zəfər Günü məhz belə bir tarixdir. Bu gün Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığ

12:27 295
.

Zəfər Günü və Şuşa: milli iradənin təntənəsi, tarixi ədalətin bərpası və Böyük Qayıdışın strateji əhəmiyyəti

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü dövlətçilik salnaməsinin ən mühüm hadisələrindən biri, Şuşanın azadlığı isə həmin tarixi qələbənin hərbi, siyasi və mənəvi mahiyyətini özündə birləşdirən rəmzdir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmaql

12:58 238
.

Kollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?

Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ

11:41 241
.