Mətanət efirdə ƏSƏBİLƏŞDİ: "Qıcqırmış iyinizdən sizə yaxın durmaq olmur" - VİDEO
"Biri var ki, səhnəyə ustaddan təhsil alıb gələsən, biri də var ki, yataqdan durub çıxasan səhnəyə. Onlar əllərində şam tutub başlayıblar deməyə ki, "Mətanət Əsədova ilə görək nə edə bilirik?" (Mətanət Əsədova onu gözdən salmağa çalışan şou əhlini nəzərdə tutur - red.) Çöldə bir də görürsən ki, küçə heyvanını avtomobil vurur. Bax, elə yazıq heyvan onlardan mənə daha hörmətlidir. Əsədova ilə nəsə etmək istəyirsinizsə, gəlin, sizinlə məşğul olum. Düzgün ritmə girməyi sizə öyrədim. Zövqlə oxuyun, geyinin. Qıcqırmış iyinizdən sizə yaxın durmaq olmur".
BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Sənətçi efir vasitəsi ilə Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb:
"Azərbaycan xalqının ən gözəl neməti onun mədəniyyəti və musiqisidir. Bu musiqini düzgün şəkildə təbliğ edən oturub qarşısınızda (özünü nəzərdə tutur - red.). Bir dənə konsert təşkil et (Mədəniyyət nazirliyini nəzərdə tutur - red.) de ki, gəl, beş gün oxu. Əgər mən Mətanət beş gün oxumaqdan imtina etsəm, məni tənqid edərsiniz".
Həmkarlarından fərqli olaraq konsert etmək üçün sponsorunun olmadığını söyləyən M.Əsədova onun bu arzusunu həyata keçirmək üçün aidiyyatı qurumdan yardım istəyib:
"Bəzilərinin sponsoru var. Bəzilərinə isə konsert verməyə kimlərsə köməklik edir. Allah hamısının yolunu açıq etsin. Mənim isə yoxdur. Nə də ki, ölsəm, heç kimə demərəm ki, gəl, bunu mənim üçün et. Azərbaycan musiqi mədəniyyətinə nə lazımdır? Musiqisi, muğamı və səsi yerində olan mənim kimi bir müğənni. Öləndən sonra əlinizdə çomaqla axtarıb, soruşacaqsınız ki,
"Hanı oxuyan o Mətanət?" Mən sizə oradan səs verəcəyəm? Gəlin, bunu edin, mən də oxuyum da. Mətanətin pulu yoxdur ki, konsert keçirilən məkanın arenda pulunu ödəsin. Pulu olmamaq ayıb bir məsələdir? Çatdıra bilmirəm.
Mahnını yazdırmağı, aranjiman etməyi, nəğməyə uyğun geyimi alım, gündəlik təlabatımı ödəyim. Hansını edim? Bu problemləri dilə gətirəndə ayıb olur?
Bəzilər üçün kimlərsə nələrsə edirsə, özləri bilər. Mən heç kimin işinə qarışmıram. Neçə illərdir, bu sənətdəyəm və bu illər ərzində heç kimin heç ayaqqabısına belə qarışmamışam, qaldı ki, nəyin ki onun həyatına və ona xərclənən pullara.
O onun taleh yazısıdır. Mən sözümü hökumətimə deyirəm. Hökumətimə deyirəm ki, mənə şərait yaradın konsert verim. Nə vaxt edəcəksiniz? Mədəniyyət Nazirliyinin ömrü boyu belə düzgünlüklərə zamanı olmayıb". / bizim.media
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1600 Tarix: 31 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, oktyabrın 30-
16:12 212 İsrailin gələcək siyasi kursunu nə müəyyən edəcək?
"İsraildə seçkilərin nəticələri ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır. İlkin nəticələr göstərir ki, Benyamin Netanyahu siyasi mövqelərini qoruyub saxlayıb və hakimiyyətdə qalmaq imkanlarını itirməyib. Lakin əsas məqam ondan ibarətdir ki, seçkilərdə siyasi üstünlük əld
15:10 200 Zəfər Günü və Şuşa: milli iradənin təntənəsi, tarixi ədalətin bərpası və Böyük Qayıdışın strateji əhəmiyyəti
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü dövlətçilik salnaməsinin ən mühüm hadisələrindən biri, Şuşanın azadlığı isə həmin tarixi qələbənin hərbi, siyasi və mənəvi mahiyyətini özündə birləşdirən rəmzdir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmaql
12:58 222 Meloninin mümkün istefası İtaliyada siyasi gərginliklə əlaqələndirilir
İtaliyanın Baş naziri Corcia Meloninin mümkün istefası hakim koalisiya daxilində, o cümlədən Ukraynaya hərbi yardımın dayandırılması məsələsi ilə bağlı artan gərginliklə əlaqələndirilir. xəbər verir ki, bu barədə Belluno şəhərindəki UniDolomiti Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə italya
10:34 236 Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat XİN-in "X" hesabında paylaşılıb. Bildirilib ki, nazir Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirakı çərçivəsində türkiyəl
12:23 228 Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa verildi
Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirilib. Axşam.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O bildirib ki, atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı qızın valideyni yenidə
11:14 273 Zəfər tariximizin qüruru, milli birliyimizin və dövlət gücümüzün təntənəsi
Zəfər yalnız hərbi qələbə deyil, həm də bir xalqın milli iradəsinin, sarsılmaz birliyinin, Vətən sevgisinin və tarixi ədalət uğrunda mübarizəsinin təntənəsidir. Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Zəfər ölkəmizin çoxəsrlik dövlətçilik tarixində yeni bir səhifə açdı, xalqımızın milli qürurun
12:15 291 Əliyev Ərdoğanı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz
11:33 244 Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
ın baş redaktoru Ülvi Səfərov yazır. Prezident İlham Əliyev oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. Dövlət başçısının əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və sıx iş qrafiki səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətlər
16:37 170