Naibə Allahverdiyeva: "O qədər pulumu aldılar, ayağımı da pis günə qoydular" – ÖZƏL
"Hələ də müalicə olunuram. Ağrılarım olur. Ağrılarımı azaltmaq üçün ağrıkəsici dərmanlar içirəm. Sizinlə danışa-danışa həkimə gedirəm".
BiG.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Sənətçi uzun müddətdir ayağının topuq hissəsində yaranan problemlərdən əziyyət çəkdiyini və aldığı müalicələrin hələ də effekt vermədiyini bildirib:
"Sağalmağım uzun çəkəcək. Tez sağalan bir şey deyil. Ölkədə həkim qalmayıb ki, ona müalicəmlə bağlı müraciət etməyim. Bu saat fizioterapiyaya gedirəm. Ümid edirəm ki, bunun bir xeyiri olacaq. Daha əvvəl isə problemimlə bağlı Türkiyəyə getmişdim. Orada həkimlər mənə söylədilər ki, əməliyyat olunmalısan. Bu əməliyyata razılıq versəm, o zaman əlil olacağam.
Çünki, topuq nahiyyəm dondurulacaq. Nəticədə isə mən artıq gəzə bilməyəcəyəm. Buna görə də mən əməliyyata razılıq vermədim. Hələ ki müalicələr edirəm. Bakıda da həkimlər mənə müxtəlif dərmanlar qəbul etməyimi məsləhət gördülər. Həmin müalicələri edirəm, görək İnşallah nə olur".
Xalq artisti bildirib ki, "iynəterapiya" etdikdən sonra ayağındakı ağrılar daha da şiddətlənib.
"Daha əvvəl Bakıda çinlilərə "iynəterapiya" etdim. Söylədilər ki, bundan sonra ağrılarınız azalacaq. Amma azalmadı. Yalandan boş-boş mənə vədlər verdilər. Əksinə "iynəterapiya"dan sonra lap pis günə düşdüm, ağrılarım şiddətləndi. O qədər pulumu aldılar əlimdən, ayağımı da pis günə qoydular. Amma indi bir uzman həkimin yanına fizioterapiyaya gedirəm. O mənə söz verib ki, əməliyyatsız məni sağaldacaq. Ümidim göydə Allaha, yerdə isə həmin bu həkimədir".
Aktrisa, həmçinin vurğulayıb ki, ayağındakı ağrıları azaltmaq üçün 20 kiloqram arıqlamalıdır:
"Gəzirəm, çalışdığım Gənc Tamaşaçılar teatrına məşqlərə gedirəm. Tamaşalarımı oynayıram. Biraz gəzirəm, ayağımda ağrılar yenidən başlayır. İki il əvvəl İctimai televiziyanın çəkilişlərinin birində dağın başında ayağımdan çox ciddi zədə aldım. Topuğum zədələndi. Bundan sonra problemlərim başladı. Elə zamanında düzgün müalicə almadığıma görə indidə bunun əziyyətini çəkirəm.
Yəni ortalığa bu cür fəsadlar çıxıb. Həkimlərin əksəriyyəti məni müayinə etdikdən sonra deyilər ki, zamanında düzgün müdaxilə olsaydı, belə fəsadlara yol açmazdı. Ayağımda şişkinlik yoxdur.
Ayağımda və topuq hissəmdə yeyilmə, keyimə, yerdəyişmə var. Həkimlər mənə çox gəzməməyi və hərəkət etməməyi söyləyirlər. Deyirlər ki, sən 200 metrdən artıq gəzməli deyilsən, eyni zamanda arıqlamağı məsləhət görürlər. Mən isə 10 kiloqram çəki atmışam hələ bir 10 kiloqramda atmalıyam. Hazırda çəkim 68 kiloqramdır, amma mən yenə də arıqlamalıyam ki, topuğuma düşən yük azalsın".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 908 Tarix: 31 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, oktyabrın 30-
16:12 212 İsrailin gələcək siyasi kursunu nə müəyyən edəcək?
"İsraildə seçkilərin nəticələri ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır. İlkin nəticələr göstərir ki, Benyamin Netanyahu siyasi mövqelərini qoruyub saxlayıb və hakimiyyətdə qalmaq imkanlarını itirməyib. Lakin əsas məqam ondan ibarətdir ki, seçkilərdə siyasi üstünlük əld
15:10 200 Zəfər Günü və Şuşa: milli iradənin təntənəsi, tarixi ədalətin bərpası və Böyük Qayıdışın strateji əhəmiyyəti
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü dövlətçilik salnaməsinin ən mühüm hadisələrindən biri, Şuşanın azadlığı isə həmin tarixi qələbənin hərbi, siyasi və mənəvi mahiyyətini özündə birləşdirən rəmzdir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmaql
12:58 222 Meloninin mümkün istefası İtaliyada siyasi gərginliklə əlaqələndirilir
İtaliyanın Baş naziri Corcia Meloninin mümkün istefası hakim koalisiya daxilində, o cümlədən Ukraynaya hərbi yardımın dayandırılması məsələsi ilə bağlı artan gərginliklə əlaqələndirilir. xəbər verir ki, bu barədə Belluno şəhərindəki UniDolomiti Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə italya
10:34 236 Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat XİN-in "X" hesabında paylaşılıb. Bildirilib ki, nazir Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirakı çərçivəsində türkiyəl
12:23 228 Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa verildi
Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirilib. Axşam.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O bildirib ki, atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı qızın valideyni yenidə
11:14 273 Zəfər tariximizin qüruru, milli birliyimizin və dövlət gücümüzün təntənəsi
Zəfər yalnız hərbi qələbə deyil, həm də bir xalqın milli iradəsinin, sarsılmaz birliyinin, Vətən sevgisinin və tarixi ədalət uğrunda mübarizəsinin təntənəsidir. Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Zəfər ölkəmizin çoxəsrlik dövlətçilik tarixində yeni bir səhifə açdı, xalqımızın milli qürurun
12:15 291 Əliyev Ərdoğanı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz
11:33 244 Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
ın baş redaktoru Ülvi Səfərov yazır. Prezident İlham Əliyev oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. Dövlət başçısının əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və sıx iş qrafiki səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətlər
16:37 170