"Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri" layihəsi çərçivəsində regionlarda keçirilən təlimlər başa çatıb
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən icra edilən "Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri" layihəsi çərçivəsində regionlarda təşkil edilən təlimlər 28-29 oktyabr tarixlərində Zaqatala rayonunda keçirilən təlimlə başa çatıb.
Təlimçi Rafat Şirəliyev iştirakçılara innovasiya və startap nədir, onlar arasında əlaqə necə qurulur, innovativ ideyaların formalaşdırılması, innovasiya fəaliyyətinin strategiyası, digital marketinq və bu kimi digər mövzular üzrə ətraflı məlumat verib. Tapşırıqlar əsasında daha faydalı informasiyanın araşdırılmasını aparan gənclər, yeni ideyaların formalaşdırılması və ideyanın marketinq planının qurulması üzrə qrup işi icra ediblər. İştirakçılar, həmçinin komandalara bölünərək hazırladıqları layihə təkliflərinin təqdimatını keçirib, təqdim edilən layihələrin müzakirəsini aparıblar. Təlimçi tərəfindən mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, "Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri" layihəsi innovasiya və dördüncü sənaye inqilabının texnologiyalarından istifadənin təşviqinin genişləndirilməsi, bu istiqamətdə baş verən proseslər və icra olunan fəaliyyətlərlə bağlı region gəncləri arasında məlumatlılığın artırılması məqsədilə icra edilir. Zaqatala ilə yanaşı, Lənkəran rayonu və Gəncə şəhərində də təşkil edilən təlimlərdən, ümumilikdə 100-dən çox gənc yararlanıb və bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Layihə növbəti mərhələdə innovativ tədqiqatların təşviqinə yönləmiş mövzuları əhatə edən onlayn təlimlərlə davam etdiriləcək.









BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1043 Tarix: 30 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPezeşkianın ana dili sevgisi: İranda Azərbaycan məktəbləri üçün yeni ümid
Ana dili hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının və mənəvi varlığının ən mühüm dayaqlarından biridir. İnsan öz ana dilində düşünür, duyğularını ifadə edir, xalqının tarixini, mədəniyyətini və ədəbiyyatını gələcək nəsillərə ötürür. Bu baxımdan İranda yaşayan milyonlarla azərbaycanlının öz an
19:30 78 Canavarlar ov etmək üçün meşə yanğınlarından istifadə edirlər - Maraqlı kəşf
Alimlər müəyyən ediblər ki, canavarlar meşə yanğınlarından qaçmaq əvəzinə, bəzən alovun yaxınlığına gedərək ov imkanlarından yararlana bilirlər. xarici mediaya istinadən xəbər verir ki, adətən vəhşi heyvanların, xüsusilə yırtıcıların oddan qorxduğu düşünülür. Buna görə də ovçular gecələr vəhşi heyvanlar
18:45 124 Ürəyi "öldürən" qidaların qara siyahısı
Gündəlik qidalanma ürək və damar sağlamlığına təsir göstərir. Duz, doymuş yağ və əlavə şəkərlə zəngin məhsulların tez-tez, çox miqdarda istehlakı yüksək təzyiq, xolesterin və artıq çəki kimi risk amillərini artıra bilər. xarici mediaya istinadla kardioloqların öz rasionlarında məhdudlaşdırdıqları qidala
19:45 50 Netanyahu üçün fürsət, müxalifət üçün sınaq: İsraildə seçkidən sonrakı mənzərə
İsraildə səslərin 84,5 faizinin hesablanmasından sonra Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blok 54, Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalifət bloku 49 mandat qazanıb. Ərəb partiyalarının isə ümumilikdə 17 mandat əldə etdiyi bildirilir. Bu nəticələrə əsasən, Netanyahu və onun rəhbərli
11:21 226 Zəfərdən doğan yeni reallıqlar: Azərbaycan qalib dövlət kimi gələcəyə doğru inamla irəliləyir
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə təkcə hərbi uğur deyil, həm də milli iradənin, güclü dövlətçilik strategiyasının, xalq-ordu birliyinin və müstəqil siyasətin təntənəsidir. 8 Noyabr - Zəfər Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılan, Azərbaycanın siyasi və hərb
12:32 231 Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdır
225 nömrəli məktəbdə baş verən faciə məktəb mühitində məsuliyyət, tərbiyə, aqressiya və hüquq anlayışına yenidən nəzər salmağın vacibliyini ortaya qoyur. Bakının 225 nömrəli məktəbində baş verən faciə və ardınca jurnalistlərin çəkiliş qrupuna qarşı törədilən zorakılıq cəmiyyətdə ciddi suallar doğurur
14:59 225 8 Noyabr - Zəfər Günü: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi və milli qürur tariximiz
Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin tarixlər təkcə təqvimdə əlamətdar gün kimi deyil, milli yaddaşın, dövlətçilik iradəsinin və xalqın sarsılmaz ruhunun təcəssümü kimi yaşayır. 8 Noyabr - Zəfər Günü məhz belə bir tarixdir. Bu gün Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığ
12:27 295 Zəfər Günü və Şuşa: milli iradənin təntənəsi, tarixi ədalətin bərpası və Böyük Qayıdışın strateji əhəmiyyəti
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü dövlətçilik salnaməsinin ən mühüm hadisələrindən biri, Şuşanın azadlığı isə həmin tarixi qələbənin hərbi, siyasi və mənəvi mahiyyətini özündə birləşdirən rəmzdir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmaql
12:58 238 Kollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?
Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ
11:41 241