Türkiyənin 100 ili – parçalanmış ölkənin yerində yaradılan qüdrətli dövlət – ŞƏRH

Türkiyənin 100 ili – parçalanmış ölkənin yerində yaradılan qüdrətli dövlət – ŞƏRHDövlət milli yaradıcılığın ən yüksək zirvəsidir. Türklər Anadoluda son 723 ildə iki qüdrətli dövlətin müəllifidir. Onlar cahanda imperiyalar hakim olduğu bir dövrdə Osmanlı İmperiyasını qurmaqla öz gücünü bir daha dünyaya nümayiş etdirdi. Türkün bu imperiyası 623 il yaşadı.

Yeddi əsrə yaxın bir dövrdə bu türk dövləti çox böyük yeniliklərə imza atmaqla dünya düzənini dəyişib. Afrikanın şimalını Avropaya yaxınlaşdırıb. Bir çox müharibələrdən zəfərlə çıxıb. 1914-cü ildə Birinci Dünya Müharibəsində 6 aparıcı beynəlxalq gücdən biri olaraq iştirak edib. Bu savaş Osmanlı İmperiyası ilə yanaşı, başqalarının da çökməsinə səbəb olub.

Ovaxtkı dünya gücləri bu türk dövlətini dünyanın siyasi xəritəsindən silməyi qarşılarına məqsəd qoymuşdular. Ancaq Mustafa Kamal paşanın başçılığı altında başlamış Qurtuluş Savaşı Osmanlının varisi kimi Türkiyə Cümhuriyyətinin qurulması ilə nəticələndi. Beləliklə, Mustafa Kamal Atatürkün liderliyi ilə yeni dünyanın tələblərinə uyğun respublika quruldu. Anadolu türkləri dünyanın tələblərinə cavab verən yeni dövlət quruluşu ilə yenidən doğuldu. Bu gün həmin müasir dövlətin 100 yaşı tamam olur.

Ötən bir əsrdə Türkiyə Cümhuriyyəti İkinci Dünya müharibəsindən zərər görmədən çıxdı. Qərb bloku ilə birlikdə dünyanın bir çox bölgələrində siyasi-ideoloji toqquşmalar nəticəsində yaranan qarşıdurmalarda müttəfiqlik borcunu ləyaqətlə yerinə yetirdi.

Türkiyə 71 ildir NATO-nun aparıcı dövlətlərindəndir.

Sovet ittifaqının dağılması ilə dünyanın siyasi xəritəsinə yeni müstəqil dövlətlər əlavə edildi. Onlardan biri də Azərbaycan Respublikası idi. Türkiyə Azərbaycan da daxil olmaqla yeni yaranmış, yaxud müstəqilliyini bərpa etmiş bütün dövlətləri ilk tanıyan ölkələrdən oldu.

Bu arada qeyd edək ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinə Osmanlı dövləti bütün istiqamətlərdə yardım edib. Bakının və ətraf rayonların erməni daşnakları və bolşeviklərdən azad edilməsində onun Türk İslam Ordusunun əvəzsiz rolu olub.

Müstəqilliyini bərpa etdikdən sonra da Azərbaycan süni problemlərlə üzləşdi. Ölkəmizin inkişafının qarşısını almaq istəyən qüvvələrin səyləri nəticəsində Azərbaycan torpaqları 30 il ərzində Ermənistanın işğalı altında qaldı.

Nəhayət, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı əks-həmlə əməliyyatları nəticəsində torpaqlar 44 gün ərzində işğaldan azad edildi. 102 il əvvəl olduğu kimi, bu dəfə də Türkiyə Azərbaycanla çiyin-çiyinə oldu və bu haqq davasında Azərbaycanı sonuna qədər dəstəklədi. Nəticədə bu savaş Ermənistanın kapitulyasiyası ilə başa çatdı.

Türkiyə və Azərbaycan, həmçinin 102 il gecikmiş bir sənədi – Şuşa Bəyannaməsini imzaladılar.

Beləliklə, həm regionda, həm də dünyada baş verən ictimai, siyasi, iqtisadi və mədəni proseslərlə bağlı Türkiyənin sərgilədiyi mövqe və atdığı praktiki addımlar bu gün onu regionun, eləcə də dünyanın aparıcı dövləti səviyyəsinə gətirib. Hazırda Türkiyə Cümhuriyyəti Yaxın və Orta Şərqin əsas aktorlarındandır. Müasir orduya və hərbi texnikaya malikdir. Onun istehsal etdiyi "Bayraktar" pilotsuz uçuş aparatları Qarabağın və ətraf rayonların işğaldan azad edilməsində əhəmiyyətli rol oynadı. Məhz bu savaşdakı uğurları ilə Türkiyə hərbi sənaye kompleksinin dünyanın silah sənayesində söz sahibi ölkələrindən biri olduğunu təsdiqlədi.

Türkiyə demokratik inkişaf yolunu tutan, bu istiqamətdə örnək olan 100 illik təcrübəyə malik bir dövlətdir. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 20 dövlətindən biridir. Osmanlı İmperiyası dünyada öz dövrü üçün layiqli yerini tutduğu kimi, Türkiyə Cümhuriyyəti də 21-ci əsrdə yeni zirvələrə doğru irəliləyir.(report)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 510   Tarix: 29 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avropa Mərkəzi Bankının rəhbəri istefa verdi

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard vəzifəsindən erkən ayrılacağını açıqlayıb. xəbər verir ki, bu barədə AMB-nin rəsmi məlumatında bildirilib. Qeyd olunub ki, Kristin Laqard 2027-ci il fevralın 7-də vəzifəsini tərk edəcək. Onun səlahiyyət müddəti normal şəraitdə 2027-ci ilin oktyabrınd

21:30 2
.

Zaur Rzayev vəfat etdi - Yenilənib

Xalq artisti Zaur Rzayev vəfat edib. "Qafqazinfo" -a istinadla xəbər verir ki, uzun müddətdir səhhətində ciddi problemlər olan Z. Rzayev bu dəqiqələrdə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Allah rəhmət etsin!. *. TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Mərkəzi Neftçilə

20:00 0
.

Qızıl almaq istəyənlərin nəzərinə

Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara və mənşəyə görə 1 qram qızılın qiymət göstəriciləri təmiz qızıl (99 əyyar

20:30 113
.

Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat XİN-in "X" hesabında paylaşılıb. Bildirilib ki, nazir Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirakı çərçivəsində türkiyəl

12:23 244
.

Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi

ın baş redaktoru Ülvi Səfərov yazır. Prezident İlham Əliyev oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. Dövlət başçısının əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və sıx iş qrafiki səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətlər

16:37 225
.

Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, oktyabrın 30-

16:12 272
.

Kollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?

Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ

11:41 245
.

Zəfərdən doğan yeni reallıqlar: Azərbaycan qalib dövlət kimi gələcəyə doğru inamla irəliləyir

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə təkcə hərbi uğur deyil, həm də milli iradənin, güclü dövlətçilik strategiyasının, xalq-ordu birliyinin və müstəqil siyasətin təntənəsidir. 8 Noyabr - Zəfər Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılan, Azərbaycanın siyasi və hərb

12:32 238
.

Robotlar sinif otaqlarında: Təhsildə inqilab, yoxsa yeni çağırışlar?

Müasir dövrdə texnoloji inqilab təhsilin fundamentini də sarsıdır. Özəl məktəblərdə robotların müəllim kimi çıxış etməsi və dərslərin süni intellekt vasitəsilə fərdiləşdirilməsi artıq uzaq bir fantastika deyil, yaxın gələcəyin real strategiyasıdır. Lakin bu texnoloji sıçrayışın təhsilin mahiyyəti, sosia

15:32 242
.