Sahibə Qafarova: "Prezident İlham Əliyev böyük nüfuza malik, sözü imzası qədər dəyərli olan siyasətçidir"

Sahibə Qafarova: "Prezident İlham Əliyev böyük nüfuza malik, sözü imzası qədər dəyərli olan siyasətçidir""Prezident İlham Əliyev böyük nüfuza malik, sözü imzası qədər dəyərli olan siyasətçidir. O, iştirak etdiyi bütün görüş və tədbirlərin ən arzuolunan qonağıdır. Azərbaycan Prezidenti həmkarları, tanınmış siyasətçilər üçün ən etibarlı tərəfdaşlardandır".

"Report" xəbər verir ki, bu fikirlər Milli Məclisin sədri Sahibə Qafarova rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

Vurğulanıb ki, Azərbaycan Prezidentinə beynəlxalq arenada böyük nüfuz qazandıran, onun dünya liderləri sırasında özünəməxsus yerini və rolunu təmin edən səbəblər, ilk növbədə cənab İlham Əliyevə xas olan yüksək liderlik keyfiyyətləri ilə əlaqədardır. O, dürüst siyasətçidir, cəsarətlidir, təşəbbüskardır.

Spiker qeyd edib ki, Prezident İlham Əliyev hansı platformada varsa, harada təmsil olunursa, orada uğur qazanacağı heç kəsdə şübhə doğurmur. Onun nüfuzu, təşəbbüsləri bir çox qlobal problemlərin həllində əvəzolunmaz rol oynayıb:

"Biz bunu Azərbaycan Prezidentinin beynəlxalq təşkilatlara sədrliyində də aydın müşahidə etmişik. Azərbaycan BMT Təhlükəsizlik Şurasına formal xarakterli sədrlik etmədi, Prezident İlham Əliyev bu yüksək kürsüdən beynəlxalq münasibətlər sistemində, o cümlədən, BMT-nin özündə mövcud olan qüsurları, problemləri açıq və cəsarətlə qınadı, islahatlara çağırış etdi.

Yaxud, bu gün Qoşulmama Hərəkatına üzv olan ölkələrin liderləri də etiraf edirlər ki, Azərbaycan və onun rəhbəri bu təşkilata sədrlik etməyə başlayana qədər Qoşulmama Hərəkatı faktiki olaraq, hərəkətsiz, qeyri-effektiv bir qurum təsiri bağışlayırdı. Azərbaycan və onun lideri bu təşkilata ikinci həyat bəxş etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması təşkilatın institusional inkişafında mühüm rol oynayan hadisələr olmuşdur. Türk dövlətləri arasında birliyin, əməldə həmrəyliyin təmin olunması, müsəlman ölkələri arasında əməkdaşlığın gücləndirilməsi məhz Azərbaycanın və onun liderinin bu təşkilatlarda aktiv fəaliyyətinin nəticələridir".

Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycanın gələcəyi üçün hər zaman böyük düşünür, möhtəşəm planlar qurur:

"Bir zaman sonra biz Azərbaycanın gündən-günə dəyişən, inkişaf edən mənzərəsi fonunda cənab Prezidentin düşüncələrinin reallığa çevrildiyinin şahidi oluruq. Bir çox dövlətlərin, hətta dünyanın böyük xalqlarının əsrlərlə əldə edə bilmədiyi nailiyyətləri Azərbaycan dövlət başçısının səriştəsi və idarəçilik bacarığı sayəsində bir neçə ilə qazanmaq bacarığı nümayiş etdirir.

Bəlkə də illər öncə bu gün Azərbaycanın məhdud saylı kosmik ölkələr sırasında yer alacağını söyləsək, etiraf edək ki, bu, xəyal kimi görünə bilərdi. Bu gün Azərbaycan dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir, dünyanın ən nüfuzlu elm xadimlərini Bakıda bir araya gətirir, paytaxtımız qlobal gündəmi, trendləri müəyyənləşdirən müasir innovasiyalar məkanı kimi qəbul edilir. Bu, eyni zamanda, Azərbaycan dövlətinin rəqabətli insan kapitalı, intellektual cəmiyyət quruculuğu istiqamətində həyata keçirdiyi siyasətin təntənəsidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 614   Tarix: 15 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrailin gələcək siyasi kursunu nə müəyyən edəcək?

"İsraildə seçkilərin nəticələri ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır. İlkin nəticələr göstərir ki, Benyamin Netanyahu siyasi mövqelərini qoruyub saxlayıb və hakimiyyətdə qalmaq imkanlarını itirməyib. Lakin əsas məqam ondan ibarətdir ki, seçkilərdə siyasi üstünlük əld

29.10.2026 284
.

Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır

Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind

29.10.2026 374
.

Ceyhun Bayramovdan nəzakətli addım - Video

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti öncəsi salınan "Beştəpə Millət Ormanı" və "Türk Dövlətləri Mədəniyyət Parkı" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib. "Qafqazinfo" xəbər veri

29.10.2026 285
.

Məktəbdə jurnalistlərə qarşı zorakılıqla bağlı - Açıqlama

"Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub". Axşam.az xəbər verir ki, bu, Azərbaycan Mətbuat Şurasının ötən gün Yasamaldak

29.10.2026 370
.

Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdır

225 nömrəli məktəbdə baş verən faciə məktəb mühitində məsuliyyət, tərbiyə, aqressiya və hüquq anlayışına yenidən nəzər salmağın vacibliyini ortaya qoyur. Bakının 225 nömrəli məktəbində baş verən faciə və ardınca jurnalistlərin çəkiliş qrupuna qarşı törədilən zorakılıq cəmiyyətdə ciddi suallar doğurur

29.10.2026 283
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

10:09 54
.

Diplomatiyada qarşılıqlı hörmət: Şuşadan Bakıya, Bakıdan Ankaraya uzanan mesaj

BİG.AZ-ın müxbiri Nuray Nəzərova yazır. Diplomatiyada bəzən bir görüşün keçirildiyi şəhər, bəzən nümayəndə heyətinin tərkibi, bəzən də verilən mesajın özü siyasi bəyanatlardan daha çox məna daşıyır. Şuşa, Bakı və Ankara arasında qurulan diplomatik təmaslara bu prizmadan yanaşdıqda, ayrı-ayrı görüşləri

29.10.2026 270
.

Canavarlar ov etmək üçün meşə yanğınlarından istifadə edirlər - Maraqlı kəşf

Alimlər müəyyən ediblər ki, canavarlar meşə yanğınlarından qaçmaq əvəzinə, bəzən alovun yaxınlığına gedərək ov imkanlarından yararlana bilirlər. xarici mediaya istinadən xəbər verir ki, adətən vəhşi heyvanların, xüsusilə yırtıcıların oddan qorxduğu düşünülür. Buna görə də ovçular gecələr vəhşi heyvanlar

29.10.2026 305
.

Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - Video

Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Hadisənin səhər saatlarında baş verdiyi, həmin vaxt mühafizəçinin postunda olmadığı bildirilir. Məsələ ilə bağlı yataqxana rəhbərin

29.10.2026 441
.