İran səfirliyi Ronalduya 99 şallaq cəzası barədə açıqlama verdi
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu ictimai yerdə iranlı qızı qucaqlayıb öpdüyünə görə şallaq cəzası ilə üzləşməyəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə İranın İspaniyadakı səfirliyi məlumat yayıb.
"Biz İranda hər hansı beynəlxalq səviyyəli idmançının mühakimə olunma ehtimalını qətiyyətlə inkar edirik. Onun Fatimə Həmami ilə səmimi və humanist görüşü də yüksək qiymətləndirilib və həm xalqın, həm də ölkənin idman orqanlarının heyranlığına səbəb olub", - deyə səfirliyin "X" sosial şəbəkə hesabında bildirilib.
Qeyd edək ki, bundan əvvəl İran mətbuatında Ronaldunun futbolçunun portretini çəkən iranlı rəssam Fatimə Həmamini açıq şəkildə öpüb qucaqladığına görə 99 şallaq cəzası gözlədiyi barədə məlumat yayılmışdı. Hadisə Ronaldunun Asiya Çempionlar Liqasında yerli "Persepolis"lə oyun üçün Tehrana səfəri zamanı baş vermişdi. Futbolçu səfər çərçivəsində fanatları, o cümlədən Fatimə adlı rəssamla görüş keçirmişdi. Ronaldu fiziki məhdudiyyətli pərəstişkarı ilə ünsiyyətdə olarkən təşəkkür üçün onu qucaqlamışdı.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1464 Tarix: 14 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Real"ın futbolçusu Dani Karvahalın ayaq barmağında sınıq aşkarlanıb
İspaniyanın "Real" klubu zədəli futbolçusu Dani Karvahalın sağlamlıq vəziyyətini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Aparılan tibbi müayinələrin nəticələrinə əsasən, 34 yaşlı cinah müdafiəçisinin ayaq barmağında sını
02.05.2026 178 Mirça Luçeskunun ölüm səbəbi açıqlandı
"Gazeta Sporturilor" nəşrinin direktoru və Mirça Luçeskunun yaxın dostu Ovidiu İoanitsoaya rumın mütəxəssisin ölümü barədə danışıb. xəbər verirki, o, bu barədə "Golazo.ro"ya müsahibəsində danışıb. "2-2.5 ay əvvəl onun heç bir problemi yox idi. Sonra leykoz ortaya çıxdı və hə
12.04.2026 440 İslam Bazarqanov Albaniyada Avropa çempionu oldu
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatının qalibi olub. xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan təmsilçimiz Musa Mextixanovu (UWW) 8:6 hesabı ilə üstələyib. Beləliklə, bu, Avropa çempionatında Azərbaycanın üçüncü qızıl medal
25.04.2026 231 "Qarabağ" "Neftçi"yə uduzdu, "Sabah" çempionluğu rəsmiləşdirdi
"Sabah" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib. Qaynarinfo-nun məlumatına görə, bu, XXI turundan təxirə salınmış oyunda "Neftçi"nin "Qarabağ"ı məğlub etməsi ilə reallaşıb. "Palms Sports Arena"dakı qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşı
30.04.2026 339 "Qalatasaray" derbidəki inamlı qələbəsi ilə çempionluğun bir addımlığında
Türkiyə Super Liqasında XXI turun oyunları davam edir. xəbər verir ki, günün ən maraqla gözlənilən qarşılaşması İstanbulda baş tutub. "Qalatasaray" öz meydanında əzəli rəqibi "Fənərbağça" ilə üz-üzə gəlib. Görüş "sarı-qırmızılılar"ın üstünlüyü ilə keçib. Komanda 3:0 hesabl
26.04.2026 337 "İnter" Manuel Akanjini "Mançester Siti"dən tam transfer edəcək
"İnter" (İtaliya) "Mançester Siti"dən (İngiltərə) icarəyə götürdüyü müdafiəçi Manuel Akanjini tam transfer edəcək. "Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, A Seriyası klubu 30 yaşlı futbolçu üçün 15 milyon avro ödəyəcək. İsveçrəli müdafiəçi 2025-c
25.04.2026 242 Robertson "Tottenhem"ə keçmək üçün şərt irəli sürüb
"Liverpul"un müdafiəçisi Endryu Robertson "Tottenhem"in İngiltərə Premyer Liqasında yerini qoruyacağı halda bu kluba keçməyə razıdır. "Report" xəbər verir ki, tərəflər artıq şifahi razılıq əldə edib və müqavilənin detalları üzrə anlaşma təmin olunub. Şotlandiyalı futbolç
12.04.2026 324 "Qarabağ" Elvin Cəfərquliyevi satışa çıxardı
Bir neçə gün əvvəl Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyevlə bağlı mühüm qərar verilib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, "Qarabağ" klubu millimizin üzvünü satışa çıxarıb. Artıq bununla bağlı həm futbolçunun özünə, həm də menecerlərə məluma
21.04.2026 576 Serj Qnabrinin dünya çempionatında iştirakı ciddi zədə səbəbindən sual altına düşüb
Almaniya millisinin və "Bavariya"nın yarımmüdafiəçisi Serj Qnabrinin dünya çempionatında iştirakı sual altına düşüb. "Report" "Sky Deutschland"a istinadən xəbər verir ki, buna oyunçunun aldığı ciddi zədə səbəb olub. Münxen təmsilçisi 30 yaşlı futbolçunun sağ budunun əzələsini
19.04.2026 527