Rəqqasə Fatimə həbs edilə bilər? - AÇIQLAMA
Bakı Apellyasiya Məhkəməsi şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasındakı mübahisə barədə məhkəmə qərarını icra üçün Nərimanov Rayon Məhkəməsinə gönədrib.
Bu barədə "Qaynarinfo"ya Nazilə Səfərlinin vəkili Fuad Bədəlov məlumat verib.
Vəkil qeyd edib ki, məhkəmənin qərarına əsasən, Fatimə Fətəliyeva qarşı tərəfə 500 manat təzminat ödəməli və üzr istəməlidir:
"Məhkəmə prosesi yekunlaşıb. Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb və işi icra olunması üçün Nərimanov Rayon Məhkəməsinə qaytarıb. Könüllü icra müddəti 10 gündür. Əgər 10 gün ərzində icra olunmasa, məcburi icra tədbirləri başlayacaq. İcradan yayınması ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulur. Əgər icra olunmasa, cavabdeh cinayət məsuliyyəti daşıyır".
Qeyd edək ki, tərəflər arasında qalmaqal sosial şəbəkədə başlayıb. Nazilə səhifəsində "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla", - deyə yazıb.
Fatimə Fətəliyeva bu sözlərin ona ünvanlandığını qeyd edib və Nazilə barəsində isə "Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum, otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan, yadına sal. Nazilə Səfərli, ağzını yum otur, mənimlə işin olmasın. Get, öz qabına bax gör, ərim deyə-deyə nə oyundan çıxırsan. Mən ərəb rəqsi oynayıb, ailəmi saxlayıb, uşaq böyütmüşəm", - deyib.
Bundan sonra Nazilə Səfərli məhkəməyə müraciət edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1190 Tarix: 12 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi yaddaşında əbədi yaşayacaq qələbə salnaməsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, milli iradəsini, mübarizə əzmini və gələcəyə baxışını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Milli Qurtuluş Günü deyil, məhz 15 May - Şuşa Şəhəri Günü Azərbaycanı
10:11 150 Ceyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. BİG.AZ -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nu
29.10.2026 614 Məktəblilər arasında zorakılıq halları ciddi narahatlıq doğurur: Məktəb təhlükəsizliyi və valideyn məsuliyyəti ön plana çıxmalıdır
Məktəblilər arasında bir-birinə qarşı fiziki və psixoloji zorakılıq hallarının baş verməsi cəmiyyəti narahat edən aktual problemlərdən biridir. Təhsil müəssisələri uşaqların yalnız bilik əldə etdiyi məkan deyil, eyni zamanda onların şəxsiyyət kimi formalaşdığı, sağlam ünsiyyət, qarşılıqlı hörmət, tolerantlı
11:58 126 Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi
10:09 188 Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhu
10:23 193 Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə
29.10.2026 366 Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini
29.10.2026 312 Məşq zamanı vəfat edən Rəsulun fotosu
İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında
29.10.2026 495 26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də
12:05 159