"Gələcəkdə Xankəndidə ikinci parlament binasının tikilməsi istisna edilmir" - DEPUTAT
Məlum olduğu kimi, antiterror tədbirləri nəticəsində separatçı rəhbərliyinin təslim olmasından sonra Qarabağ iqtisadi rayonunun və erməni əhalisinin yaşadığı ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir. Hazırda mərkəzi hakimiyyətin bərpa olunması istiqamətində ciddi addımlar atılır. Məlum olduğumu kimi, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən erməni əsilli sakinlər Xankəndi və digər əraziləri tək etdikdən sonra, Azərbaycanın bir sıra qurumları ərazidə öz fəaliyyətlərinə başlayıblar.
Xüsusilə onu qeyd etmək lazımdır ki, Milli Məclisin komitə iclasları bir neçə dəfə Qarabağda keçirilib. Komitə iclaslarının Qarabağda keçirilməsi Azərbaycanın parlamentarizm tarixinə veriləcək böyük töhfədir. Bu konteksdə Xankəndidə ikinci parlament binası tikilə bilər? Bununla bağlı deputat, siyasi şərhçi Elman Nəsirov BiG.AZ-a açıqlama verib:
"Əvvəla onu qeyd edim ki, hər bir prosesin, atılacaq addımın öz zamanı var. Hadisələri nə sürərkəndirmək ya da yubandırmaq olmaz. Hesab edirəm ki, Azərbaycan parlamentinin ikinci binasının Xankəndidə tikilməsi bu günkü reallıqda xüsusi bir ehtiyac yoxdur. Məlum olduğu kimi, Ağdamda Qarabağ Universiteti açılacaq. Bundan əlavə, Qarabağdakı ermənilər, yəni separatçı rejim özlərinə bir parlament binası tikmək istəyirdi. Tikmək istədikləri o parlamentin binası Azərbaycan tərəfindən istifadə olunur. Ona görə də düşünürəm parlament səviyyəsində komitə iclasları söhbət burada 15 komitədən gedir. Hər birinin iclasları bir neçə dəfə Şuşa şəhərində keçirilib. İstisna deyil ki, gələcəkdə Xankəndidə parlamentimizin iclasları, hətta plenar iclas keçirilsin. Amma növbəti binasının tikilməsi hələki xüsusi bir ehtiyac, lüzum yoxdur. Bayaq bildirdiyim ki, söhbət bugünkü reallıq çərçivəsindən gedir. Amma təbii ki, buda istisna deyil. Gələcək şəraitə adekvat olaraq təhlükəsizlik məsələləri tam təmin edildikdən sonra belə bir addım atıla bilər. Bununla yanaşı, Xankəndiyə azərbaycanlıların köçürülməsi reallaşdıqda parlamentin iclasları ayrı-ayrı keçirilə bilər".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2671 Tarix: 11 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPapa XIV Leo ABŞ-da keçiriləcək seçkilərdə səs vermək istəyir
ABŞ-ın İllinoys ştatında qeydiyyatda olan seçici Papa XIV Leo ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə iştirak etmək üçün poçt vasitəsilə səsvermə bülleteni tələb edib. xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Katolik Kilsəsinin rəhbəri səsvermə bülleteni ilə bağlı müraciətin
10:26 172 Zəfər Günü və Şuşa Günü - Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və sarsılmaz iradəsinin təntənəsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın yaddaşına, milli kimliyinə, dövlətçilik düşüncəsinə və gələcək nəsillərin mənəvi dünyasına həkk olunur. 8 Noyabr - Zəfər Günü və 7 May - Şuşa Günü məhz belə tarixi hadisələrin rəmzidir
10:41 177 Putin Makron və Merzlə telefon danışığına hazırdır
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merzlə telefon danışığı aparmağa hazırdır. xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun açıqlamasını jurnalist Aleksandr Yunaşev "Telegram" kanalında yayımlayıb
11:00 177 Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini
29.10.2026 314 Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhu
10:23 201 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb
29.10.2026 485 İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. xəbər verir ki, bir ay davam edəcək təşəbbüs uşaqların ekran qarşısında keçirdiyi vaxtı azaltmaq və ailədaxili ünsiyyəti gücləndirmək məqsədi daşıyır. Layihə çərçivəsində telefonların
29.10.2026 358 Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı
"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar
11:00 205 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb
Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr
14:19 101