Pul köçürmələri kəskin azalıb: "Bizim üçün ümumilikdə müsbət haldır" - ŞƏRH

Pul köçürmələri kəskin azalıb: "Bizim üçün ümumilikdə müsbət haldır" - ŞƏRHAzərbaycanda pul köçürmələrində kəskin azalma müşahidə olunur. 2023-cü ilin yanvar-avqust aylarında ölkədə banklara sürətli pulköçürmə sistemləri vasitəsi ilə 1 milyard 694,8 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 415,8 milyon manata bərabər olub.

Ötən ilin yanvar-avqust aylarına nisbətən sürətli pulköçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 2,2 dəfə və ya 2 milyard 66,2 milyon manat, banklardan xaricə köçürmələr isə 64,2% və ya 267,1 milyon manat azalıb.

Bəs görəsən, pul köçürmələrinin azalmasının səbəbi nələrdir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı Emin Qəribli pulköçürmə dövriyyələrinin azalmasının bir neçə səbəbinin olduğunu bildirib:

"Pulköçürmə dövriyyələrinin azalmasının bir neçə səbəbi var. Həm bizim hökumət, həm də bir çox xarici ölkələr qlobal inflyasiya ilə mübarizə aparırlar. Onun üçün də müvafiq pul axınının və ya inflyasiyanın qarşısını almaq üçün tədbirlər görülür. Tədbirlər nəticəsində pulköçürmələr azalır. Qarşılıqlı olaraq bir çox ölkələr bu siyasəti həyata keçirirlər. Azərbaycan da bu siyasəti həyata keçirir".
E.Qəribli qeyd edib ki, pul köçürmələrinin azalmasının neqativ təsirləri də ola bilər:

"Ticarət tərəfdaşlarımıza diqqət yetirsək, bunu aydın şəkildə görərik. Ən iri ticarət tərəfdaşımız Rusiyadır. Orada da devalvasiya baş verdi. Nəticədə iqtisadi artımda azalmalar oldu. Bu, ticarətdə azalmalara gətirib çıxardı. İkinci ticarət tərəfdaşımız Türkiyədir. Türkiyədə ilin əvvəlində zəlzələ oldu. Nəticədə daxili investisiyaları artırdı. Biz görürük ki, müəyyən problemlər yarandı. Bir neçə amil nəticəsində müvəqqəti olaraq pulköçürmələr azalıb.

Hesab edirəm ki, bu, təbii prosesdir. Xaricdə devalvasiya təhlükəsi varsa, Azərbaycan buna qarşı qabaqlayıcı addımlar atır. O da öz təsirini göstərəcək. Lakin pul köçürmələrinin azalmasının siyasətdə neqativ tərəfləri də ola bilər".

"Dövriyyə, idxal və ixrac əməliyyatları azalırsa, bu öz növbəsində iqtisadi aktivliyə təsir göstərə bilər. Hər il dinamikaya baxsaq, görərik ki, həm neft, həm də qeyri-neft sektorunun həcmi artır. Azərbaycanın daha çox ixrac etdiyi neft və qazın qiymətləri stabildir. Qeyri-neft sektorun payı durmadan artır. Bizim üçün ümumilikdə müsbət haldır. İnflyasiyanın qarşısını alır, devalvasiya təhlükəsi olmur. Bu səbəbdən müsbətdir. Pul köçürmələrinin azalmasının mənfi tərəflərinin qarşısını almaq üçün hökumət qabaqlayıcı tədbir görəcək", - deyə E.Qəribli əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1134   Tarix: 01 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Diplomatiyanın görünməyən tərəzisi: Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmətin sınağı

Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə münasibəti təkcə imzalanan sənədlərlə, verilən bəyanatlarla və keçirilən görüşlərlə ölçülmür. Bəzən protokolun ilk baxışdan adi görünən bir detalı daha geniş siyasi mənzərəni anlamağa imkan verir. Zirvə görüşündə kimin iştirak etməsi, dövləti hansı səviyyəl

30.10.2026 236
.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

30.10.2026 381
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30.10.2026 332
.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

30.10.2026 269
.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

30.10.2026 232
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30.10.2026 244
.

"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"

30.10.2026 149
.

Onlara xüsusi rütbələrin verilməsi vahid yanaşma ilə tənzimlənəcək

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi ilə bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişikliklər təklif edilir

30.10.2026 352
.

Məktəblilər arasında zorakılıq halları ciddi narahatlıq doğurur: Məktəb təhlükəsizliyi və valideyn məsuliyyəti ön plana çıxmalıdır

Məktəblilər arasında bir-birinə qarşı fiziki və psixoloji zorakılıq hallarının baş verməsi cəmiyyəti narahat edən aktual problemlərdən biridir. Təhsil müəssisələri uşaqların yalnız bilik əldə etdiyi məkan deyil, eyni zamanda onların şəxsiyyət kimi formalaşdığı, sağlam ünsiyyət, qarşılıqlı hörmət, tolerantlı

30.10.2026 249
.