Kosmosda müəmmalı nəhəng - Alimlər heyrətamiz kəşfə imza atdılar!
Günəş sisteminin ən uzaq bölgələrindən birində indiyədək məlum olmayan yeni cırtdan planet namizədi aşkar edilib.
BiG.AZ xəbər verir ki, Çilidə yerləşən Vera Rubin Rəsədxanasının alimləri Plutonun orbitindən kənarda diametri 1500 kilometrə çata bilən nəhəng buzlu kosmik obyekt müəyyən ediblər.
"Reuters"in məlumatına görə, yeni göy cisminə 2026 ED138 adı verilib. Onun diametrinin 600-1500 kilometr arasında olduğu ehtimal edilir. Obyekt hazırda Günəşdən Yerin Günəşə olan məsafəsindən təxminən 46 dəfə uzaqda yerləşir.
Müqayisə üçün bildirək ki, Plutonun Günəşdən orta məsafəsi Yerlə Günəş arasındakı məsafədən təxminən 40 dəfə böyükdür.
Kəşfi ilk dəfə Harvard və Smitsonian Astrofizika Mərkəzinin alimi Mett Holman oktyabrın 13-də teleskop məlumatlarını araşdırarkən edib.
Sonrakı araşdırmalar zamanı məlum olub ki, obyekt 2026-cı ilin mart-iyul aylarında 20 müxtəlif gecədə 30 dəfə müşahidə edilib. Alimlər hətta 2016-cı ilə aid arxiv görüntülərində də həmin göy cisminin izlərini müəyyənləşdiriblər. Bu isə onun orbitini 10 ildən artıq dövr üzrə izləməyə imkan yaradıb.
Araşdırmalar göstərib ki, 2026 ED138-in orbiti Günəş sisteminin əsas müstəvisinə nəzərən təxminən 25 dərəcə meyillidir. Alimlər bunun Neptunun cazibə qüvvəsinin təsiri ilə əlaqəli ola biləcəyini bildirirlər.
Maraqlıdır ki, obyekt Süd Yolu qalaktikasının milyonlarla ulduzun göründüyü sıx bölgəsində yerləşdiyindən əvvəlki müşahidələr zamanı diqqətdən yayınıb.
Alimlər indi onun dəqiq ölçüsünü, səth xüsusiyyətlərini və kütləsini müəyyənləşdirməyə çalışırlar. Bunun üçün infraqırmızı müşahidələrin aparılması nəzərdə tutulur.
Bildirilib ki, Beynəlxalq Astronomiya İttifaqı hazırda beş cırtdan planeti rəsmən tanıyır: Pluton, Serera, Erida, Haumea və Makemake.(musavat.com)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 128 Tarix: 30 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Borşa da abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin
10.09.2021 1189 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571