Nazir: "Minatəmizləmə sahəsində beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var"
Azərbaycanda davam edən mina problemini və dövlət qurumlarının bu problemi həll etmək istiqamətində üzləşdikləri çətinlikləri nəzərə alaraq, minatəmizləmə sahəsində Azərbaycanın potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının "Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi" mövzusunda ümumi müzakirələri zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, bu cür dəstək minatəmizləmə səylərinə kömək etməklə yanaşı, o cümlədən minalarla mübarizə istiqamətində qlobal kampaniyaya töhfə verəcək və regionda sülh və əməkdaşlığa sadiqliyi nümayiş etdirəcək.
C.Bayramov deyib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üzrə iki dövlət arasında aparılan proses ilə yanaşı, milli səviyyədə ərazilərimizin otuz illik hərbi işğalının ağır nəticələrinin aradan qaldırılması məqsədilə genişmiqyaslı bərpa, yenidənqurma işlərinə başlayıb:
"Bu tədbirlər yüz minlərlə azərbaycanlının öz pozulmuş təhlükəsiz və ləyaqətli qayıdış hüququnu həyata keçirməyi təmin etmək məqsədi daşıyır.hökumətin yorulmaz səyləri sayəsində Ermənistanın 30 illik hərbi işğalı zamanı görünməmiş vandalizm aktına məruz qalan ərazilərə həyat qayıdır. Köçkün ailələrin ilk qrupları artıq öz doğma torpaqlarına qayıdıb. Təəssüf ki, Azərbaycan ərazilərində kütləvi şəkildə yerüstü minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsi üçün əhəmiyyətli maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün təhlükə yaradır".
Nazir qeyd edib ki, Ermənistanın bütün minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi və bütün hərbi əməliyyatların dayandırıldığının elan edilməsindən sonra da minaların, mina tələlərinin və digər partlayıcı maddələrin davamlı yerləşdirilməsi vəziyyəti daha da ağırlaşdırır və insan tələfatının sayını artırır.
C.Bayramov vurğulayıb ki, 2020-ci ilin noyabr ayından bəri 315 nəfər Ermənistan tərəfindən yerləşdirilmiş minaların qurbanı olub. Bəzi minalar isə Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə köçürülüb və yerləşdirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 470 Tarix: 23 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ölkədə qadınların orta ömür uzunluğu ilk dəfə 90 ili keçə bilər
Cənubi Koreyada qadınların doğulduğu andan gözlənilən orta ömür uzunluğu 2030-cu ilədək ilk dəfə 90 ili keçə bilər. Bu nəticə 2017-ci ildə dərc olunmuş elmi araşdırmada irəli sürülüb. Qaynarinfo xəbər verir ki, "The Space Daily" nəşrinin yazdığına görə, araşdırmada bu nəticənin qəti fakt deyil
30.07.2026 123 "Yaban pub"ın qarşısında dava salanlar - Həbs edildi
Dənizkənarı Milli Parkın yeni salınmış hissəsində ictimai asayişi pozan 2 nəfər inzibati məsuliyyətə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında Su İdmanı Sarayının yaxınlığında yerləşən "Yaban Pub"un qarşısında baş verib. İctimai yerdə yüksək səsl
30.07.2026 233 Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Pakistanın Lahor şəhərində 3 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə hələlik müəyyən edilməyən səbəbdən baş verib. Məlumata görə, hadisə yerinə çoxsaylı xilasedici və təcili tibbi yardım briqadalar
30.07.2026 178 ABŞ-da hindu tayfası 300 il sonra tarixi torpaqlarının bir hissəsini geri aldı
ABŞ-ın Virciniya ştatında yaşayan Pamanki hindu tayfası əsrlər əvvəl itirdiyi tarixi torpaqlarının bir hissəsini geri alıb. Bu, son illərdə ştatda öz tarixi ərazilərini geri satın alan üçüncü yerli tayfa olub. Qaynarinfo xəbər verir ki, "The Washington Post"un məlumatına görə, tayfa Windso
30.07.2026 142 Qızıl 4101 dollara yüksəldi
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Birja məlumatlarına əsasən, qızılın bir troya unsiyasının dəyəri əvvəlki sessiya ilə müqayisədə 0,1% bahalaşaraq 4 101 ABŞ dollarına yüksəlib. Gümüş isə əksinə, ucuzlaşıb. COMEX-də bir unsiya gümüşün qiyməti 1,24% azalara
30.07.2026 182 FIFA Argentina millisinə qarşı intizam araşdırmasına başladı
FIFA Argentina millisi ilə bağlı intizam araşdırmasına start verib. Buna səbəb komandanın 2026-cı il dünya çempionatının yarımfinalından sonra Folklend (Malvin) adaları ilə bağlı siyasi məzmunlu banner nümayiş etdirməsi, həmçinin final qarşılaşmasından sonra meydanda baş verən insidentlər olub. Argentin
30.07.2026 199 Gələcəyin ən çox axtarılan peşələri - Hansı ixtisaslara tələbat sürətlə artacaq? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Texnologiyanın sürətli inkişafı, süni intellektin həyatın müxtəlif sahələrinə inteqrasiyası və əmək bazarında baş verən dəyişikliklər gələcəyin ən çox tələb olunan peşələrini də formalaşdırır. Artıq bir sıra ənənəvi ixtisaslara tələbat azalarkən, bəzi peşələr üzrə kadr çatışmazlığının daha da dərinləşəcəy
30.07.2026 275 Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
İqlimşünaslar bildirirlər ki, Sakit okeanda güclənən El Nino hadisəsi ən azı son 150 ildə müşahidə olunmayan miqyasa çata bilər. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının yazdığına görə, proqnozlar təsdiqlənərsə, okeandan istiliyin atmosferə ötürülməsi nəticəsində yaranan istilik dalğas
30.07.2026 160 Yaponiyada güclü zəlzələnin qurbanlarının sayı artdı - 34 nəfər ölüb
Yaponiyanın Kyuşu adasında yerləşən Kumamoto prefekturasında baş vermiş 7,1 maqnitudalı zəlzələnin qurbanlarının sayı 34 nəfərə yüksəlib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, həyatını itirənlərdən səkkizi Yatsuşiro şəhərində yerləşən "Nippo
30.07.2026 211