"Mal mənimdir, özüm bilərəm" sözünə görə arvadını öldürdü - Ağdamda xəyanət cinayətə səbəb oldu

"Mal mənimdir, özüm bilərəm" sözünə görə arvadını öldürdü - Ağdamda xəyanət cinayətə səbəb olduAğdam rayonunda 1974-cü il təvəllüdlü Şirvan həyat yoldaşı Samirəni (adlar şərti verilib - red.) qətlə yetirib.

BiG.AZ bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 21 dekabr 2022-ci ildə Ağdam rayonunun kəndində baş verib.

Şirvan yaşadığı evin yataq otağında sərxoş vəziyyətdə arvadı Samirə ilə söhbət edib və hansı səbəblə boşanmaq istədiyini soruşub. Arvadının artıq onu sevmədiyini bildirməsi və digər şəxslərlə yaxın münasibətdə olmasını nəzərdə tutaraq "mal mənimdir, özüm bilərəm" ifadəsini işlətməsi səbəbilə əsəbləşib.

Şirvan qısqanclıq zəminində qisas almaq niyyətilə arvadına çoxsaylı bıçaq zərbələri vurub. 70 bıçaq xəsarəti alan qadın vəfat edib.

İstintaq orqanı tərəfindən Şirvanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

"Məni istəmədiyini dedi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şirvan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ailə üzvləri - anası, bacısı, arvadı, uşaqları ilə birlikdə Ağdam rayonunda yaşayıb:

"Samirə ilə 2006-cı ildə rəsmi qayda da ailə həyatı qurmuşam. Həmin nikahdan bizim beş övladımız dünayaya gəlib. Samirə ilə münasibətlərimiz həmişə yaxşı olub. Ancaq hadisə baş verməmişdən bir həftə əvvəl arvadım məndən ayrılmaq istədiyini bildirdi. Səbəbi Samirədən soruşdum, artıq məni istəmədiyini dedi".

"Müraciət edə bilmədik"

Şirvanın sözlərinə görə, Tərtər rayonun Qapanlı kəndində usta kimi işləyərkən oğlu Vüsal ona zəng vurub və yaşadıqları evin həyətinə polis əməkdaşı gəldiyini xəbər verib: "Dərhal yaşadığımız evə gəldim. Həqiqətən tanımadığım polis əməkdaşının həyətdə məni gözlədiyini gördüm. O, arvadımın məndən polis şöbəsinə şikayət etdiyini dedi. Mən də şikayətin məzmununu soruşdum. Polis əməkdaşı isə arvadımın boşanmaq istədiyini, bu səbəbdən şikayət etdiyini bildirdi.

Cavabda dedim ki, boşanmaq istəyirsə məhkəməyə müraciət etmək hüququ var. Polis əməkdaşı getdi. Mən Samirənin yanına yollandım, nə üçün məndən şikayət etdiyini soruşdum.

Samirə isə mən yatdıqdan sonra istifadəmdə olan mobil telefonu götürdüyünü, sahə rəisini yığdığını bildirdi. Onun bu sözünə məhəl qoymadım. Samirənin bu hərəkətindən sonra boşanmaq qərarına gəldim. Biz bu səbəblə məhkəməyə müraciət etmək üçün əvvəlcə Ağdam rayon Məhkəməsinə getdik.

Məhkəmədə mənə və Samirəyə boşanmaq üçün ərizə vermək lazım olduğunu dedilər. Biz isə vaxt olmadığından hadisə baş verənədək rəsmi müraciət edə bilmədik".

"Həyatında başqa insanlar olduğunu bildirdi"

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl saat 11 radələrində yaşadığı evə gəlib, kartof qızartması ilə butulkada yarımçıq qalmış arağı içib: "Təxminən 250 qram içki içdim, gecə saat 1 radələrində anam, bacım və uşaqlarım yatdıqdan sonra arvadımla yataq otağında söhbət etməyə başladıq. Arada balaca qızım çay da içdi.

Samirəyə onsuz da boşanacağımızı, nə üçün mənim telefonumu gizli olaraq götürüb sahə rəisinə zəng vurduğunu, ümumiyyətlə sahə rəsinin mobil nömrəsini haradan bildiyini soruşdum. Samirə isə dedi ki, yaxşı eləyirəm, sənin nə işinə qalıb?!. Mən də israrla Samirədən nə üçün boşanmaq istəməsini soruşdum. O, artıq məni istəmədiyini, həyatında başqa insanlar olduğunu söylədi.

Nə üçün belə etdiyini soruşanda isə "mal mənimdir, özüm bilərəm" ifadəsini işlətdi. Samirənin bu sözündən əsəbləşdim, tamamilə özümdən çıxdım".

Təqsirləndirilən şəxs deyib ki, arvadının həmin şəxslərlə yaxın münasibətdə olmasını əvvələr görməyib və ya bu haqda eşitməyib: "Samirə stulda əyləşmişdi. Qəfil yumruqla Samirənin üz nahiyəsindən zərbə vurdum. Daha sonra boğazından yapışaraq onu boğmağa başladım. Qızım səs-küyü eşidərək otaqdan qaçdı. Samirə isə arxası üsdə yerə yıxıldı. Onu boğa-boğa stolun üzərində olan dəstəyi taxtadan olan bıçağı götürdüm və boyun nahiyəsinə bir dəfə zərbə endirdim.

Zərbəni endirərkən əlim Samirənin boğazında idi. Sonra onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurdum. Zərbələrin sayını dəqiq xatırlamamışam.

Bıçaq zərbələri vurarkən Samirə sağa-sola çevirlərək hərəkət edirdi. Sonuncu zərbədə bıçağın tiyəsi yarıdan qırıldı. Bıçağı qırıqları ilə birlikdə otağın küncünə atdım. Otaqdakı çarpayının ayaq hissəsində olan ət dəhrəsini götürdüm və yenidən Samirəyə zəbələr vurmağa başladım.

Samirə otağın giriş qapısından solda, yerdə üzü üstə uzanaqlı vəziyyətdə idi. Yüksək səslə çığıra bilməsə də, sağa sola ağır-ağır hərəkət edirdi. Samirənin ölmədiyini gördüm və ət dəhrəsi ilə baş, boyun nahiyəsinə çoxsaylı zərbələr vurmağı davam etdim. Zərbələrin dəqiqi sayı yadımda olmayıb, təxminən 10 dəfədən çox balta ilə zərbə vurduğumu deyə bilərəm.

Samirəni yerdə döşəmənin üzərində hərəkətsiz qaldığını görəndə əlimdə olan ət dəhrəsini meyitin yanına qoydum. Əllərimin qanını döşəmənin üzərində olan xalçaya sildim. Əynimdən olan qanlı paltarı soyundum və meyitin ayaqlarının yanına atdım. Başqa paltar geyindim və dəhlizə çıxdım. Çıxarkən bir cüt corabı cibimə qoydum. Ayağım qan olduğundan həmin vaxtı corabı geyinə bilmədim".

"Arvadımı xəyanət üstündə öldürmüşəm"

Təqsirləndirilən şəxs deyib ki, Samirəni öldürərkən özündə olmadığından otağa kiminsə daxil olub-olmamasını xatırlamayıb: "Dəhlizdə bacımı gördüm və ona şöbəyə getdiyimi dedim. Bacım mənə nə üçün belə etdiyimi soruşdum. Samirəni xəyanət etiyi üçün öldürdüyümü dedim.

Həyətdə su çəninin yanında əllərimi və ayaqlarımı yudum. Corabı ayağıma geyindim və təslim olmaq üçün polis şöbəsinə doğru getdim. Dördyol ərazisi deyilən yerə çatdıqda sürücüsünü tanımadığım avtomobili saxlatdım, onunla Quzanlı qəsəbəsinə gəldim. Şöbəyə gedərkən yolüstü mağazadan 0.5 litrlik 2 butulka pivə alıb içdim. Polis şöbəsinə gedib qətl barədə məlumat verdim".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Şirvan 18 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1517   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli birliyinin və əbədi qürurunun təcəssümü

Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimdəki bir tarixlə məhdudlaşmır. Bu günlər xalqın milli yaddaşına, dövlətçilik salnaməsinə və gələcək nəsillərin düşüncəsinə əbədi həkk olunur. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir

30.10.2026 366
.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

30.10.2026 280
.

Quruda gəzən və hava ilə nəfəs alan qeyri-adi balıq

Dünyanın müxtəlif bölgələrində yayılan ilanbaş balığı qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir. Bu balıq atmosfer havası ilə nəfəs ala, qısa məsafələrdə quruda hərəkət edə və sürətlə çoxala bilir. Dişi ilanbaş balığı bir dəfəyə 50 minə qədər kürü qoya bilir. xarici mediaya istinadən xəbər verir ki

30.10.2026 238
.

"Aliment uşağa verilən güzəşt deyil, valideynin qanuni borcudur" - Alimentin artırılması zərurəti gündəmdə

"Son dövrlər alimentin artırılması məsələsi cəmiyyətdə daha çox müzakirə olunmalı olan sosial problemlərdən biridir. Ölkədə ərzaq, geyim, təhsil, kommunal xidmətlər və digər gündəlik tələbat xərclərinin artması uşaqların maddi təminatı məsələsini daha da aktuallaşdırır. Bu reallıq fonunda illə

30.10.2026 254
.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

30.10.2026 215
.

Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış

Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla

30.10.2026 241
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30.10.2026 254
.

Tarixdə ilk yaşıl ulduz aşkarlandı

Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W

30.10.2026 204
.

Məktəblilər arasında zorakılıq halları ciddi narahatlıq doğurur: Məktəb təhlükəsizliyi və valideyn məsuliyyəti ön plana çıxmalıdır

Məktəblilər arasında bir-birinə qarşı fiziki və psixoloji zorakılıq hallarının baş verməsi cəmiyyəti narahat edən aktual problemlərdən biridir. Təhsil müəssisələri uşaqların yalnız bilik əldə etdiyi məkan deyil, eyni zamanda onların şəxsiyyət kimi formalaşdığı, sağlam ünsiyyət, qarşılıqlı hörmət, tolerantlı

30.10.2026 255
.