Söyüşə görə əmisini öldürdü: Bakıda qandonduran CİNAYƏT - FOTO

Söyüşə görə əmisini öldürdü: Bakıda qandonduran CİNAYƏT - FOTO2022-ci il sentyabrın 29-da Buzovna qəsəbəsi, R.Axundov küçəsində 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdən 30-40 metr aralıda aşkar edilib.

Daxil olan məlumatla əlaqədar Xəzər Rayon Prokurorluğu tərəfindən məhkəmə-tibb ekspertinin eləcə də polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Həmin gecə şübhəli şəxs qismində mərhumun qardaşı oğlu Şahin Qədəşov saxlanılıb. Anket məlumatlarna əsasən, o, 1989-cu ildə Bakı şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizası zamanı mərhumun qanında 1,6% qatılığında etil spirti aşkar edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, sentyabrın 29-u gecə saat 1 radələrində Şahin Qədəşov Buzovna qəsəbəsində, yaşadığı evin yaxınlığında aralarında yaranmış mübahisə zamanı əmisi Valeh Qədəşova bıçaqla bir dəfə zərbə endirərək, zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Şahin Qədəşov bildirib ki, ailəsi ilə Buzovna qəsəbəsində, R.Axundov küçəsi, ev 175-də yaşayır. Himayəsində 4 övladı var:

"2016-cı ildə atam xəstəliyi ilə əlaqədar vəfat etdi. Valeh spirtli içki aludəçisi idi. Demək olar ki, tüfeyli həyat tərzi keçirirdi. Son vaxtlar əmim sərxoş vəziyyətdə yaşadığım evə gələrək mənim və mərhum atamın ünvanına söyüş söyürdü. Heç vaxt Valehin təhqirlərinə cavab qaytarmırdım və bir böyük kimi həmişə onu yola verməyə çalışırdım. Atam sağ olanda əmim belə hərəkətlər etmirdi. Sentyabrın 28-i gecə saat 23 radələrində Valeh sərxoş halda bizə gəldi. Həmin vaxt arvadım və uşaqlarım yatmışdı. Məni söyən və ölümlə hədələyən əmimə "Narkoloji Mərkəzdən təzə çıxmısan, yenə spirtli içki içirsən, belə hərəkətlər etmə, kənddə hamı səndən danışır" dedim. Valehi yola salsam da, ayın 29-na keçən gecə o qayıdıb, yenə nalayiq ifadələr işlətməyə başladı. Səbrli olub əmimi sakitləşdirməyə çalışsam da, o, atamın qəbrini söydü. Artıq buna dözə bilmədim. Onu küçədə, yarı yolda qoyub evə qayıtdım. Mətbəx bıçağını götürüb cibimə qoydum. Çatıb bıçaqla Valehin qarnına bir dəfə zərbə vurdum və evimə tərəf getdim. Bıçağı hara tulladığımı unutmuşam. Əmim Salehə zəng edib Valehi bıçaqladığımı dedim. "Onu öldürmüsən?" soruşan əmimə, "yox, öldürməmişəm, qarnından vurmuşam" dedim. Evdə olanda zəng edən Saleh Valehin öldüyünü bildirdi. Bir neçə saatdan sonra evdə polis əməkdaşları tərəfindən saxlanıldım. Törətdiyim cinayəti etiraf edərək, əmimi öldürmək məqsədim olmadığını qeyd etdi".

Zərərçəkmiş şəxsin hüquqi varisi Rəsmiyyə Quliyeva ifadədəsində göstərib ki, Şahin Qədəşov qardaşı Bahadurun oğlu, qətlə yetirilən Valeh Qədəşov isə qardaşıdır:
"Son vaxtlar Valeh həddindən artıq spirtli içki qəbul etməyə başlamışdı. Valeh içkili olmayanda sakit və mehriban insan olurdu. 2022-ci il sentyabrın 29-da qardaşım Saleh mənə zəng vuraraq Şahinin Valehi bıçaqlayıb öldürdüyünü bildirdi. Xəbəri eşidən kimi, hadisə baş verən yerə gəldim. Saleh mənə dedi ki, Valeh valideynlərini söydüyü üçün Şahin özünü saxlaya bilməyib və onu qarnından bıçaqlayıb. Hadisədən sonra Şahin evdə oturub polislərin gəlməsini gözləyib".

Şahid Saleh Qədəşov ifadəsində göstərib ki, qardaşı Valeh axırıncı dəfə 2021-ci ildə oğurluğa görə məhkum olunub:

"2022-ci il sentyabrın 29-na keçən gecə qardaşım oğlu Şahin zəng edərək Valehi yaşadığı evin yaxınlığında bıçaqladığını dedi. Bundan sonra hadisə yerinə gedərək, Təcili Tibbi Yardıma və polisə məlumat verdim".

Məhkəmə iclasında Şahin Qədəşov ittiham üzrə özünü qismən təqsirli bilib. İstintaqda verdiyi ifadəsindən fərqli olaraq bildirib ki, həmin gecə Valeh Qədəşov ünvanına söyüş söyəndən sonra, şalvarının belindən bıçaq çıxardıb. O da, cəld kəsici aləti əlindən alaraq, ona zərbə endirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, 4 uşağına görə təqsirləndirilən şəxsi bağışlayır. Ondan şikayəti yoxdur.

Məhkəmə qənaətə gəlib ki, Şahin Qədəşovun əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Şahin Qədəşov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Söyüşə görə əmisini öldürdü: Bakıda qandonduran CİNAYƏT - FOTOSöyüşə görə əmisini öldürdü: Bakıda qandonduran CİNAYƏT - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1209   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İranın Çindən raket alacağı iddiası: ABŞ-Pekin münasibətlərində yeni gərginlik dalğası? - POLİTOLOQDAN AÇIQLAMA

Son günlər beynəlxalq mediada İranın Çindən hava hücumundan müdafiə üçün çiyindən buraxılan raket sistemləri almağa hazırlaşdığı barədə məlumatlar yayılıb. Məlumata görə, söhbət İranın müdafiə imkanlarını gücləndirmək məqsədilə yüzlərlə Çin istehsalı raket sisteminin tədarükündən gedir. Çin bu iddialar

30.07.2026 206
.

"Yaban pub"ın qarşısında dava salanlar - Həbs edildi

Dənizkənarı Milli Parkın yeni salınmış hissəsində ictimai asayişi pozan 2 nəfər inzibati məsuliyyətə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında Su İdmanı Sarayının yaxınlığında yerləşən "Yaban Pub"un qarşısında baş verib. İctimai yerdə yüksək səsl

30.07.2026 233
.

Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı

Xoşqədəm Hidayətqızı,. Əməkdar jurnalist. Açığı, illərin necə keçdiyini bilmədim… 60 ilin hekayəsi… Bu hekayənin xeyli hissəsinə şahidlik etmişəm deyə bilərəm. Rauf bəyi 90-cı illərdən tanıyıram. Üz-üzə ilk görüşümüz isə 199-cu ildə, Azərbaycan Yeni Nəsil Jurnalistlər Birliyinin tədbirində oldu. Təsisçis

30.07.2026 196
.

Alimlər qədim adətin sirrini açıqladı: İnsanlar niyə ölülərini evdə dəfn edirdilər?

Min illər boyu dünyanın müxtəlif bölgələrində insanlar yaxınlarını qəbiristanlıqlarda deyil, yaşadıqları evlərin içində və ya həyətyanı sahəsində dəfn ediblər. Antropoloqların yeni araşdırması bu qədim ənənənin səbəblərini və onun niyə zamanla demək olar ki, tamamilə yoxa çıxdığını ortaya qoyub. Qaynarinf

30.07.2026 109
.

İstanbulda məktəblərdə namaz otaqları yaradıla bilər

İstanbul valisi Davut Gül şəhərin bütün 39 rayonunun rəhbərliklərinə məktub göndərərək dövlət məktəblərində şagirdlər və təhsil işçiləri üçün namaz otaqlarının yaradılmasını təklif edib. "Qafqazinfo" "Yeni Şafak" nəşrinə istinadən xəbər verir ki, sənəddə ibadət üçün imkanların yaradılmasını

30.07.2026 194
.

Təkcə mineral vanna deyil: Termal suların başqa hansı faydaları var?

Dünyanın müxtəlif ölkələrində məşhur olan termal suların müalicəvi xüsusiyyətlərinin əsasən tərkibindəki minerallar və digər təbii komponentlərlə əlaqəli olduğu bildirilir. Məsələn, xarakterik qoxuya malik kükürdlü termal sular dəri və tənəffüs sistemi vasitəsilə orqanizmi kükürd birləşmələri ilə təmi

30.07.2026 117
.

Yeni Klinikada neonatal reanimasiya üzrə simulyasiya təlimi keçirilib - FOTO

Yeni Klinikanın Tibbi Tədris - Simulyasiya Mərkəzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin anestezioloq-reanimatoloqları üçün "Neonatal reanimasiya prinsipləri, Təməl transfer qaydaları" mövzusunda simulyasiya təlimi keçirilib. Təlimin məqsədi iştirakçıların neonata

30.07.2026 232
.

Mənzil bazarında yeni bahalaşma dalğası: Qiymətlər niyə artır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda mənzil bazarında bahalaşma davam edir. Dövlət Statistika Komitəsinin son məlumatları da göstərir ki, həm ilkin, həm də təkrar mənzil bazarında qiymətlər artım trendini qoruyub saxlayır. Bazarda müşahidə olunan bu dinamika həm ev almaq istəyən vətəndaşları, həm də investisiya məqsədilə daşınma

30.07.2026 241
.

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklər

30.07.2026 194
.

TOP MP3