Bu tarixdən elektrik enerjisinin qiyməti UCUZLAŞACAQ
"Energetika haqqında" yeni qanunun qəbul olunmasının elektrik enerjisinin qiymətlərinə müsbət təsir göstərəcəyini düşünürük.
Bunu Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
O bildirib ki, ötən gün komitənin iclasında müzakirə edilən və Milli Məclisin plenar iclasına tövsiyə edilən "Energetika haqqında" qanun layihəsi "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında", "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının qanunları arasında ümumiləşmə aparır, yəni bütün bu qanunlar bu qanuna istinad edəcək.
Komitə sədri vurğulayıb ki, bundan öncə "Elektroenergetika haqqında" qanunu qəbul ediləndə istehsal və satışın ayrılmasını məsələsi müzakirə olundu.
"2028-ci ildən başlayaraq elektrik enerjisinin satışı dövlət inhisarından çıxaraq tənzimləyici vasitəsilə tənzimlənəcək. Eyni zamanda daxili və xarici investorlar bu sahədə fəaliyyət göstərə biləcəklər, yəni elektrik enerjisinin satışı hissəsində. Amma ötürmə və paylama yenə də dövlətin inhisarında qalacaq. İstehsal isə sərbəst olacaq, misal üçün kimsə istəsə gəlib bir stansiya tikib, elektrik enerjisi istehsal edə və onu sərbəst şəkildə bazara sata biləcək. Ona görə də düşünürük ki, bazar rəqabəti olduğu üçün, yəni rəqabət mühitində elektrik enerjisinin qiymətləri aşağı düşməlidir", - deyə S.Qurbanov bildirib.
O qeyd edib ki, əhalinin, ticarət obyektlərinin elektrik enerjisi təchizatçısını seçim imkanı olacaq. "Misal üçün insanların necə ki, mobil operatorları seçmək imkanı var, eyni qaydada elektrik enerjisi təchizatçısını seçmək imkanı olacaq. Əhali hansı şirkəti uyğun biləcəksə onunla müqavilə bağlayacaq və elektrik enerjisini onun tarifi ilə alacaq. Bu da əhalimizin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasında və eləcə də qiymət seçiminə imkan verəcək. Hazırda qiymət seçimi imkanı yoxdur, ancaq 2028-ci ildən sonra elektrik enerjisini almaqda qiymət seçimi də mümkün olacaq", - deyə komitə sədri əlavə edib.
Qeyd edək ki, "Energetika haqqında" yeni qanunun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2061 Tarix: 21 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı
"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar
30.10.2026 296 Prezident onları təltif etdi - Adlar
Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:
30.10.2026 277 Arvadının xəyanətini görüb dəhşətli qətl törətdi
ABŞ-də xəyanətlə üzləşən kişi dəhşətli cinayət törədib. xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Kaliforniya ştatının Anahaym şəhərində qeydə alınıb. 34 yaşlı İsmayel Pinedalopes işdən evə tez qayıdarkən həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə yataq otağında görüb. Qarsiyanı
30.10.2026 281 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli birliyinin və əbədi qürurunun təcəssümü
Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimdəki bir tarixlə məhdudlaşmır. Bu günlər xalqın milli yaddaşına, dövlətçilik salnaməsinə və gələcək nəsillərin düşüncəsinə əbədi həkk olunur. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir
30.10.2026 366 Zəfər Günü və Şuşa Günü: Tarixi qələbədən milli dirçəlişə, hərbi zəfərdən dövlətçilik salnaməsinə
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və 7 May - Şuşa Günü yalnız əlamətdar təqvim tarixləri deyil. Bu günlər xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, milli iradəsinin, tarixi yaddaşının və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin nəticəsini özündə birləşdirən mühüm tarixi hadisələrdir
30.10.2026 210 ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ
Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb
30.10.2026 239 Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind
30.10.2026 232 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb
Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr
30.10.2026 280 "Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi
ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"
30.10.2026 194