Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Martdan ETİBARƏN...
Bakı metropolitenində pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılıb. "Bakı Metropoliteni"dən verilən məlumata görə, Bənövşəyi xəttin "Xocəsən" və "8 Noyabr" stansiyalarında sərnişinlər "BakıKart" plastik kartından əlavə, "BakıKart" mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.
Bu məqsədlə "BakıKart" ödəmə sistemini həyata keçirən "K Group" MMC stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki qurğularda (turniketlərdə) texniki işləri yerinə yetirib, proqram təminatını həyata keçirən sistemlər quraşdırıb, test rejimində sınaqlar aparıb. Şirkət ötən müddətdə Bakı metropoliteninin stansiyalarındakı müvafiq avadanlıqlarda yeni sistemlərin quraşdırılması üçün mühüm olan texniki məsələləri öyrənib.
Yeni ödəniş üsulu "Xocəsən" və "8 Noyabr" stansiyalarında istifadəyə verilib, bəs metronun digər stansiyalarında nə zaman "BakıKart" mobil tətbiqinin QR biletlərindən də istifadə etmək olacaq?
Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov Referans.az-a açıqlamasında bildirib ki, bu iki stansiyadan sonra mərhələli şəkildədigər stansiyalarla tətbiq olunacaq:
"Metro insanların eyni anda kütləvi daxil ola biləcəyi xüsusi bir nəqliyyat növü olduğu üçün buna bir qədər ehtiyatlı yanaşmaq lazımdır ki, sərnişinlərin məmnuniyyəti normal qaydada olsun və hər hansı bir narazıçılıq yaranmasın. Təxminən bir ay texniki baxış keçirdikdən sonra yoxlama, monitorinq, sərnişin məmnuniyyətinin ölçülməsi, təklif-təşəbbüsə baxılacaq və bir aydan sonra Avtovağzal, Memar Əcəmi stansiyalarına quraşdırılacaq. Ardınca isə yaşıl və qırmızı xəttin digər stansiyalarına mərhələli şəkildə tətbiq olunacaq".
Metropoliten rəsmisinin sözlərinə görə, metroda mövcud olan turnikedlərin sayı 356 ədəddir, buna görə də onların hər birinə mobil versiyanın quraşdırılması mərhələli şəkildə həyata keçiriləcək: "Texniki cəhətdən bu işlərin yekunlaşdırılmasını gələn ilin mart ayına qədər nəzərdə tutumuşuq, amma çox böyek ehtimal daha tez yükunlaşacaq. Sərnişinlərin narazı olmaması üçün tələsmirik".
Bəxtiyar Məmmədov əlavə edib ki, gələn ildən eyni zamanda bank kartları ilə ödənişin olunması üçün texniki dizayn işləri aparılır. Texniki proseslər yekunlaşdıqdan sonra bank kartları ilə ödəniş edib metroya daxil olmaq mümkün olacaq. Bunun vaxtını dəqiq deyə bilmərəm, lakin bu sahədə işlər görülür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1941 Tarix: 09 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Instagram" ulduzu siam əkizləri haqqında şok həqiqətlər
Valeriya və Kamila adlanan, özlərini siam əkizləri kimi təqdim edən iki gənc qadının sosial şəbəkə hesabları qısa müddətdə viral olub. Onların "Instagram" bloqu 280 mindən çox izləyici toplayıb. Lakin mükəmməl görünüşlü fotolar və birləşmiş onurğa ilə bağlı dramatik hekayələr mütəxəssislərd
06.02.2026 493 Mətbuat Şurasından "İdrak" liseyindəki hadisə ilə bağlı - Çağırış
"İdrak" liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir". "Qafqazinfo" xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının yaydığı çağırışd
06.02.2026 490 Saleh Məmmədov vəzifəsindən azad edildi
Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Saleh Məmmədov 2017-ci ildə bu vəzifəyə təyin edilmişdi
06.02.2026 333 Rusiyaya ağır zərbə
Ukrayna qüvvələrinin gecə atəşləri nəticəsində Rusiyanın sərhəd şəhəri Belqorod ciddi şəkildə zərər görüb, elektrik enerjisi kəsintiləri qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, bəzi enerji obyektlərinə qarşı HIMARS raketləri və dronlar vasitəsilə də zərbələr endirildiyi bildirilir
06.02.2026 318 "İdrak" liseyində güllələnən müəllimənin vəziyyəti - Açıqlandı
Bu gün Bakıdakı "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub. Bu barədə "Qafqazinfo"ya Kliniki Tibbi Mərkəzdə
06.02.2026 999 2024 YR4 2032-ci ildə Ayla toqquşa bilər: Bu baş versə, partlayış Yerdən görünəcək
Ötən ilin bu dövrlərində diametri təxminən 60 metr olan bir asteroidin 2032-ci ildə Yerə çırpılma ehtimalı ilə bağlı xəbərlər qlobal miqyasda narahatlıq yaratmışdı. Lakin aparılan detallı hesablamalardan sonra 2024 YR4 adlandırılan bu göy cisminin planetimiz üçün təhlükə yaratmadığı dəqiqləşmişdi. B
06.02.2026 249 Nəhəng qızıl heykəli hazırlandı - Foto
Mayamidə Donald Trampın qızılla örtülmüş nəhəng heykəli ucaldılacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" yazır. Təxminən 4,5 metr hündürlüyündə olan Tramp heykəli bürüncdən hazırlanıb və qızılla örtülüb. O, Cənubi Florida ştatının Doral şəhərindəki "Trum
06.02.2026 278 ABŞ-İran arasında Oman danışıqları başlayıb - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ və İran arasında Oman vasitəçiliyi ilə aparılan danışıqlar Yaxın Şərqdə gərginliyin gələcək taleyi baxımından diqqətlə izlənilir. Uzun müddətdir davam edən qarşıdurma, qarşılıqlı sanksiyalar və diplomatik kanalların məhdudluğu fonunda Oman platforması tərəflər arasında nadir dialoq imkanlarında
06.02.2026 232 ABŞ vətəndaşlarına "İranı dərhal tərk etmək" çağırışını təkrarlayıb
ABŞ bir daha İrandakı vətəndaşlarını davam edən təhlükəsizlik risklərini əsas gətirərək "ölkəni dərhal tərk etməyə" çağırıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın Tehrandakı Virtual Səfirliyi tərəfindən verilən təhlükəsizlik xəbərdarlığında ABŞ vətəndaşları "Vaşinqton administrasiyasını
06.02.2026 208